Məmməd Rahim -110. Quşlar oxuyanda gül budağında



Yüklə 29,15 Kb.
tarix31.05.2018
ölçüsü29,15 Kb.
#52189

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Məmməd Rahim -110.



Quşlar oxuyanda gül budağında

Dinləyər insanlar öz otağında.

Bu dünya durduqca , deməli sağam,

Mən yenə ömr edib yaşayacağam!
Tərtib edən: Tarverdiyeva Əntiqə

Metodika və biblioqrafiya” şöbəsi

Neftçala-2017

Azərbaycan xalq şairi Məmməd Abbas oğlu Hüseynov (Məmməd Rahim) 1907-ci il aprel ayının 20- də Bakıda anadan olmuşdur. 1917- ci il də atası rəhmətə gedəndən sonra dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. İbtidai təhsilə Bakıdakı 5- ci rus- tatar məktəbində başlamış, sonra təhsilini 23 saylı məktəbdə davam etdirmişdir.

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri olan Məmməd Rahim yaradıcılığa 20- ci illərin ortalarında başlanmış, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Osman Sarvəlli kimi qüdrətli sənətkarlarla bir sırada addımlamışdır

1928- ci ildə Azərbaycan Pedaqoji İnistitunun şərqşünaslıq fakultəsinə daxil olmuş, inistutu bitirdikdən sonra bir neçə il Bakının orta məktəblərində müəllimlik etmişdir. Eyni zamanda Azərnəşrdə tərcüməçilik vəzifəsində çalışmışdır.

Şer yazmağa hələ orta məktəbdə oxuduğu ilərdə başlamışdır. Şairin “Gördüm” adlı ilk şeri 1926- cı ildə “Gənc işçi” qəzetində sonra isə “Gənc qızıl qələmlər” adlı məcumədə dərc olmuşdur. 1930-cu ildə ilk şer kitabı çap olunmuşdur. Dövrü

mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şer bölməsinin rəhbəri və təşkilat katibi işləmişdir. 1940- cı ildə müdafiə bölməsinin rəhbəri , 1941- 1946- cı ildə həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946- cı ildən yalnız yaradıcılıqla məşğul oduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir. 1947- ci ildən 1952- ci ilədək Türkiyə və Aralıq dənizinə səfərə çıxmışdır. Xəstə olduğu vaxta qədər yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur.

Şairin 1955- 1957-ci illərdə iki cildlik “Seçilmiş əsərləri” Azərnəşr tərəfindən nəşr edilmişdir. 60- 70-ci illər şairin yaradıcılğınında daha məhsuldar dövr adlandırmaq olar. Həmin illərdə bir neçə poema, yüzlərlə şer yazmış, ondan çox kitabını: “Şerlər və poemalar”, “Arzular gül açanda”, “Tonqal başında”, “Dayağım”, “Məhəbbət dastanı” və sair şerlərini çap etdirmişdir. Görkəmli şairin bir çox əsərləri başqa xalqların dillərinə tərcümə olunmuşdur.

“Leninqrad göylərində” poeması şairə ümümittifaq şöhrəti qazandırmışdır. 1948- ci ildə çap olunmuş poema Azərbaycan ədəbiyyatında xüsusi yer tutan əsərlərdəndir. Poemada olduqca mənalı bir motiv vardır, oda vətən yolunda həlak olanların ölməzliyidir.Şairin “Moskva”, “Satqınlara cavab”nşerləri bilavəstə sülh uğrunda mübarizəyə, müharibə qızışdıranların ifşasına həsr edilmişdir. Satira və yumor M.Rahimin yaradıcılığında aparıcı xətt olmasa da, hər halda özünəməxsus yer tutur.

Şair 1940- cı il də Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına,1948- ci ildə “Leninqrad göylərində” poemasına görə Stalin mükafatına layiq görülmüş. 1950- ci ildə “Lenin” 1957- ci ildə “Qırmızı əmək bayrağı” ordenləri ilə təltif olunmuşdur. 1964- cü il ildə Azərbaycanın xalq şairi” fəxri adına layiq görülmüşdür. 1967- ci ildə ikinci dəfə “Lenin”, 1977- ci ildə ”Oktyabr inqilabı” ordenləri ilə mükafatlandırmışdır.


Yurdumun

( İxtisarla )

Çiçəkləri ətri-ənbər qoxuyan,

Al günəşli cənnəti var yurdumun;

Bülbülləri cəh-cəh vurub oxuyan

Bir səfalı xilqəti var yurdumun.

Şərq elinə işıq saçan məşəldir,

Gözəlləri mələklərdən gözəldir,

Eşqi sönməz bir müqəddəs əməldir,

Çox mənalı söhbəti var yurdumun.
Ağ cunadan yaşmaq tutur dağları,

Gəlin kimi al geyinir bağları,

Ağızlarda gəzir, qədim çağları,

Qəhrəmanlıq şöhrəti var yurdumun.
Sənətkarlar ondan alır pərvazı,

Qoynundadır Nizaminin avazı,

Cavanşiri, Koroğlusu, Eyvazı,

Yenilməyən qüdrəti var yurdumun.



( M.Rahim )

Kitabxanamızda olan kitabların sayı:

1.Məmməd Rahım. Seçilmiş əsərlə ri. II cild. Bakı: Azərnəşr,1957.- 411s.

2.Məmməd Rahim. Seçilmiş əsərləri.I cild. Bakı: Azərnəşr,1967.- 406s.

3.Məmməd Rahim.Seçilmiş əsərləri.III cild.Bakı: Azərnəşr,1967.-261s.

4.Məmməd Rahim.Seçilmiş əsərləri. III cild. Bakı: Azərnəşr, 1967.- 207s.

5. Məmməd Rahim . Seçilmiş əsərləri.II cild. Bakı:Azərnəşr,1967.-380s.

6.Məmməd Rahim. Leninqrad Göylərində.Bakı: Gənclik,1967.-57s.

7.Məmməd Rahim. Tonqal Başında. Bakı:Gənclik, 1968.- 27s.

8.Məmməd Rahım. Seçilmiş əsərləri. Bakı: Azərnəşr. 1988.-255s.

9.Məmməd Rahim. Seçilmiş Əsərləri.I icild.II cild. Bakı: Avrasiya Press. 2006.- 201 s.

10.Məmməd Rahim.Seçilmiş Əsərləri. I cild. Bakı: Avrasiya Press 2006.- 262 s.

M. Rahim haqqında olan ədəbiyyat:

1. XX Əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı: Nurlar,-2004.-983 s.

2.Əliyeva İfrat. Məmməd Rahim,B.,1987

3.Sovet ədəbiyyatı,B.,1987

4. Azərbaycan yazıçıları XX-XXI yüzillikdə, B., 2011

Filial kitabxanalarda Məmməd Rahimin 110 illiyi ilə əlaqədar keçiriləçək tədbir və sərgilərin başlıqları:

  • “Azərbaycan xalq şairi Məmməd Rahim – 110.”

  • “Mən yenə ömr edib yaşayacağam.”

  • “Arzular”- Məmməd Rahim.

  • “Vətən sevgisi”

Tərcümələri.

  • Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Azərnəşr, 1946, 356 səh.

  • Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan (I hissə). Bakı: Azərnəşr, 1937, 284 səh.

  • A.S.Puşkin. Ruslan və Lyudmila. Bakı: Uşaqgəncnəşr, 1949.

  • Avetik İsahakyan. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1951, 260 səh.

  • M.Y.Lermontov. Seçilmiş şeir və poemalar. Bakı: Azərnəşr, 1939, 218 səh.

  • M.Y.Lermontov. Mtsıri. Bakı: Uşaqgəncnəşr, 1939, 44 səh.

  • M.Y.Lermontov. Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə. Bakı: Usaqgəncnəşr, 1939, 30 səh.

  • M.Y.Lermontov. Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə. Bakı: Usaqgəncnəş, 1961, 20 səh.

  • Aleksandr Blok. On ikilər. Bakı: Azərnəşr, 1932.

10.Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Yazıçı, 1983, 356 səh.

11.Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan. Bakı: Azərnəşr, 1966, 300 səh.

Tərtib edən: Tarverdiyeva Əntiqə.
Yüklə 29,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin