Məmmədov Ravil Mahir oğlu Abşeronda becərilən zeytun və ondan alınan məhsullarının əmtəəşünaslıq


II. 2. 1.Zeytunun ev şəraitində konservləşdirilməsi



Yüklə 127,95 Kb.
səhifə16/32
tarix10.01.2022
ölçüsü127,95 Kb.
#108784
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
II. 2. 1.Zeytunun ev şəraitində konservləşdirilməsi

1 kq təzə yaşıl zeytun; qalın duz; 1 limon (dilimlənmiş); 1 limonun suyu; 2 ədəd dəfnə yarpağı, 1 çay qaşığı keşniş dənələri (istəyə görə); 5-6 xörək qaşığı zeytun yağı, bir yumurta.



Hazırlanmağı

Qırma yaşıl zeytun. Zeytunun saplağı və s. təmizlənir, bərk bir səth üzərində sərt bir alətlə çox da möhkəm olmadan zeytun əzilir. Əzilmiş zeytun başqa bir qaba keçirilir və ağzına qədər su ilə doldurulub qapağı bağlanır. Zeytunun acılığının getməsi üçün 10-12 gün səhər-axşam suyu dəyişdirilir. Sonra zeytunun dadına baxılaraq acılığının getməsi yoxlanılır.

Cızma yaşıl zeytun. Zeytun 2 yerindən çəyirdəyə keçməyərək bıçaqla çərtilir. Başqa qaba keçirilir, su ilə ağzınadək doldurulur, qapağı bağlanır. 10-12 gün səhər-axşam suyu dəyişdirilir və acılığının getməsi yoxlanılır.

Şorba suyunun hazırlanması:

Zeytunla dolu qabımıza təmiz suyumuzu dolduraq. Bu suyu başqa bir qaba boşaldaq. Bundakı məqsəd nə qədər su işlədəcəyimizi öyrənməkdir.

Zeytunları da başqa bir qaba alaq. Zeytunları geriyə tökəndə aralarına bir dənə dəfnə yarpağı və limon dilimlərini əlavə edək.

Ayırdığımız suya qalın duzu yavaş-yavaş əlavə edək, qarışdıraq.

Burada şorba üçün duzun kifayət olub-olmadığını başa düşmək üçün yumurtadan istifadə edəcəyik.

Duzu qarışdırdıqdan sonra suyun içinə yaxşıca yuyulmuş yumurtanı buraxaq.

Yumurta suyun üstündə qalırsa duzun miqdarı kifayətdir.

Daha sonra bir limonun suyunu əlavə edək.

Hazırladığımız bu suyu Zeytunların üstünə yavaşca tökək.

Ən üstə dəfnə yarpağı qoyaq. Zeytunların hava ilə əlaqəsini kəsmək üçün üstü bağlanacaq şəkildə zeytun yağını əlavə edib qapağını bağlayaq.

Haradasa bir həftə sonra zeytunlar dadlanmış olaraq yeməyə hazır olacaqlar.

Qırma zeytunda da eynidir, lakin dadına cızma zeytundan fərqli olaraq 1-2 gün əvvəl baxılmalıdır.


Yüklə 127,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin