III.1.4. Zeytun yağlarının donma temperaturunun təyini
Bu üsulla zeytun yağların 0-50ºC-dən arad donma temperaturu müəyyən edilir və dəqiqliklə cavab alınır. Ləvazimat və reaktivlər: Jukov cihazı (şəkil) suvaşqanlığı təyin etmək üçün olan termometr: saniyə ölçən: kristallaşdırıcı kasa: 1ºC bölgülü 11 tip texniki termometr və ya TL-2 laboratoriya termometri: tutumu 100-400 sm3 olan şüşə stəkan: laboratoriya ştativi.
İşin gedişi
Təmiz stəkanda 50-60 q zeytun yağı götürüb 55-60ºC temperaturda isidilir və lazım gələrsə süzülür. İsidilən zeytun yağının tutumunun ¾-dək Jukov cihazına doldurulur. Cihaz içərisində termometr keçən tıxacla bağlanılır. Termometr elə yerləşdirilməlidir ki, onun civə kürəciyi təqribən zeytun yağının ortasında olsun.
Cihaz içərisində zeytun yağının donma temperaturundan 3-4ºC aşağı temperaturlu su olan kristallaşdırıcı kasanın içərisinə qoyulur. Cihaz aramsız fırlanmaqla isidilmiş zeytun yağı hiss olunan məhlul alınanadək çalxalanır. Sonra ştativə bərkidilib yağın sakit vəziyyətdə donmasına şərait yaradılır.
Temperaturun hər dəqiqə ərzində dəyişməsi yazılır. Civə sütunun aşağı enməsi dayandıqda və ya temperaturun aşağı enməsi ilə termometrdəki civə sütunu müəyyən qədər yuxarı qalxarsa bu halda ən yüksək temperatur zeytun yağının donma temperaturu kimi qəbul edilir. İki paralel təhlillər arasındakı fərq 0,5ºC-dən artıq olmamalıdır. Hesablama 0,1 dəqiqliyi qədər aparılır.
Dostları ilə paylaş: |