Məmmədov Ravil Mahir oğlu Abşeronda becərilən zeytun və ondan alınan məhsullarının əmtəəşünaslıq


Cədvəl 6 Zeytun yağının netto kütləsi



Yüklə 127,95 Kb.
səhifə31/32
tarix10.01.2022
ölçüsü127,95 Kb.
#108784
1   ...   24   25   26   27   28   29   30   31   32
Cədvəl 6

Zeytun yağının netto kütləsi

Nümunələrin nömrəsi

Standarta görə

Faktiki fərq

Netto

Brutto

Netto




1

500

885

485

-15

2

500

890

495

-5

3

500

870

470

-30

4

500

905

500

-

5

500

895

505

+5

6

500

1000

500

-

7

500

995

490

-10

8

500

900

500

-

9

500

945

475

-25

10

500

900

500

-

Cədvəlin materiallarından göründüyü kimi netto kütləsi yoxlanılan 10 butulkanın

6-sında standartın tələbi ödənişmiş, 4-də isə az olmuşdur. Netto kütləsində maksimum 30 q, minimum 10 q çatışmamışdır. Orta hesabla butulkalarda 20 q əskik gəlir.

Zeytun yağının sensor qiymətləndirilməsi zamanı aşağıdakı nəticələr əldə edilmişdir. Dadı və qoxusu - xoşagələn, iştah açan dada və iyə malikdir. Lakin azacıq acıtəhər tam verir. Bu acıtəhər tam heç də zeytun yağının keyfiyyətsizliyi haqqında məlumat vermir. Daha doğrusu saxlanılma rejiminin pozulması və bunun nəticəsində yağın tərkibində gedə bilən kimyəvi, fiziki-kimyəvi, bioloji və s. çevrilmələrlə baş verə bilən nöqsan deyildir. Göstərilən nöqsan istehsal prosesinə düzgün əməl edilmədikdə də ortaya çıxa bilər. Lakin göstərilən nöqsan istehsal prosesi ilə əlaqədar deyildir. Fikrimizcə bu acıtəhər tam yağın zeytunun dənəsində və ətlik hissəsindən soyuq presləmə üsulu ilə alındığını göstərir.

Rəngi - açıq sarıdır. Bütün səth üzrə eynidir. Rənginin açıq-sarıtəhərliyi ona dəlalət edir ki, yağın istehsalında əsasən yaşıl rəngli zeytundan istifadə edilib. Qara və qəhvəyi rəngli yetişmiş zeytundan istifadə edilməyib və yaxud çox cüzi miqdarda olub.

Şəffaflıq - nisbətən şəffafdır. Gözlə görünə bilən qatışıq və çöküntü yoxdur.

Yoxlanılan nümunələrin birində azacıq bulanlıqlıq hiss edilirdi. Bu çatışmazlıq heç də yağın tərkibində bərk qliseridlərin olduğunu göstərmir. Hərçənd ki, bu nöqsan əsasən yağın tərkibində bərk qliseridlər çox olduqda meydana çıxır. Belə hallarda yağ mütləq təkrar təmizlənməlidir. Lakin bizim tədqiqatda ortaya çıxan bulanıqlıq, zeytun yağının otaq temperaturunda saxlanılması nəticəsində yaranmışdır.



Konsistensiyası - normaldır. Duru olub butulkadan başqa bir qaba süzdükdə axır, bərkimiş, qatılaşmış əlaməti hiss olunmur. Butulkanın qapağının tədqiqində göstərdik ki, qapaq asanca açıldı. Görünür asan açılmasına baxmayaraq qapaq germetik olmuş, butulkanın daxilinə hava keçməmişdir. Əks halda yağın quruması baş verərdi və bunun nəticəsində isə konsistensiyada kənarlaşma müşahidə edilmiş olardı.

Rəy.

Zeytun yağının qablaşdırmasında istifadə edilən nəqliyyat tarası (yeşik) əsasən standartın tələbinə cavab versə də, köhnədir. Üzərinə vurulan etiketin materialı ucuz, sadə və gözoxşayan deyildir. Bədii tərtibatı qeyri-qənaətbəxşdir. Etiketdə malı səciyyələndirən bəzi məlumatlar göstərilmir. Bu sözləri zeytun yağı doldurulan butulkaların üzərinə yapışdırılan etiket barəsində də demək olar.

Zeytun yağının doldurulması üçün digər duru məhsulları (su, şərab, sirkə və s.) doldurulmasında istifadə edilən butulkalardan istifadə edilmişdir. Butulkaların brutto çəkiləri, eləcə də ölçüləri eyni olmadığından və yaxud doldurucu aqreqat düz köklənmədiyindən və ya başqa səbəblər ucbatından yağın netto kütləsində fərq standartın yol verdiyi normadan çox olmuşdur. Maraqlı cəhət ondan ibarətdir ki, fərq artıq tərəfə deyil, az tərəfədir.

Sensor göstəricilərinə gəldikdə göstərməliyik ki, istər dad və qoxusuna, istərsə də rənginə, şəffaflığına görə standartın tələbinə cavab verir. Odur ki, satış davam etdirilə bilər.



III nümunə: Təhlil üçün götürülən zeytun yağı 2004-cü ildə Türkiyənin İzmir şəhərində Cidersan A.S. şirkətində istitehsal edilmişdir. İstehsal partiyasındakı seriya nömrəsi Party-Serial №:S 3/2-dir. Məhsul Türkiyənin standartı TS 888 tələbinə uyğun hazırlanmışdır. Göstərilən standart nömrəsi taranın üzərinə vurulmuşdur.

Zeytun yağı hündürlüyü 30 sm, qalınlığı 10 sm olan tənəkə qablarda qablaşdırılmışdır. Tənəkə qabın səthi sarımtıl rəngli, xoşagələn rənglə örtülmüşdür. Üzərində zeytun şəkli və məhsul haqqında bəzi məlumatlar həkk olunmuşdur.

Dördbucaqlı düzbucaq formasında olan tənəkə banka deformasiya olunmayıb, əzilməyib üzərində pas, çirk əlaməti yoxdur. Qapağı dairəvi formalı, diametri 4 sm olub, kip bağlanmışdır. Nümunə götürülən anadək uzaq məsafədən daşınmasına, bir neçə dəfə nəqliyyatda yüklənib-boşaldılmasına baxmayaraq, qapaq hissəsindən axıtmamışdır.

Tənəkə bankanı götürmək üçün 5 sm uzunluğu, 3 sm hündürlüyü olan dəstək bankanın üst qapağında qaynaq edilmişdir. Dəstək qapağın üstünə yatır.

Tənəkə banka dörd tərəfində markalanma aparılmışdır. Markalanma ingilis, rus və ərəb əlifbası ilə aparılmışdır.

Bankanın enli tərəfində göstərilir ki, yağ salat hazırlamaq, xörək bişirmək, qızartmaq üçündür. Bu məlumat rus dilində üç yerdə verilmişdir. Bizə elə gəlir ki, göstərilən məlumat bir yerdə verilsə daha yaxşı olar. İngilis dilində göstərilən məlumat yalnız bir yerdə bankanın enli tərəfində yuxarıda verilmişdir.

Şirkətin Ankarada təmsilçisi Etsun A.Ş. onun telefon nömrəsi 90 312+418 10 20; fax 90 312+418 16 66 Rafinasiya olunmuş 100% təmiz yağdır. Tərkibində aşağıdakı maddələrin olduğu göstərilir:

Serving size (1 Tablespoon) 14 g

Serving per 1 lt 65

Cholesterol 0 g

Protein 0

Carbohydrate 0

Unsaturated fat (min) 8

Saturated fat (max) 2

Caorie 125

Sodium 0 g

Vitamin E (min) 3 mg

Bankanın tutumu 5 l-dir. Netto çəkisi 4550 q-dır. Qeyd edək ki, netto çəkisi yoxlanılarkən 4500 q oldu. Bu isə Türkiyənin TS 888 saylı standartında qarşıya qoyulan tələb uyğundur.

Rus dilində istehsal tək tarixi göstərilmir. Lakin saxlanılma müddətinin 24 aya bərabər olduğu göstərilir. İngilis dilindəki markalanmada isə 2004-cü il fevral ayında istehsal edildiyi göstərilir. Lakin saxlanılma müddəti verilmir. Digər məlumatları tutuşdurduqda görünür ki, heç də bütün məlumatların hamısı ingilis və rus dillərində eyni verilmir.

Yağın sensor göstəriciləri aşağıdakı kimidir:



Dadı və qoxu - aydın və təmiz zeytun yağına xas olandır. Kənar dad və qoxu vermir. Köhnəlik əlaməti hiss edilmir.

Rəngi - ilk baxışda açıq qəhvəyiyə çalandır. Lakin diqqətlə baxdıqda yaşımtıl boz rənglidir. Bütün səth boyu başqa çalarlar hiss olunmur.

Şəffaflığı - çox şəffafdır, içərisində heç bir hissəcik və kənar birləşmə görünmür. Etiketdə göstərildiyi kimi 100 % saflaşdırılmış və rafinadlaşdırılmış məlumatına uyğun gəlir. Digər tərəfdən isə yağın saxlanma rejiminə əməl edildiyinə dəlalət edir.

Konsistensiyası - şəffaf, duru məhluldur. Bütün səth üzrə eynidir.

Rəy.

Təhlilin nəticələri göstərir ki, istehsal edildiyi vaxtdan təqribən bir ilədək keçməsinə baxmayaraq, istər qablaşdırıldığı tarada, istərsə də taranın içərisindəki yağın sensor göstəricilərində nəzərə çarpacaq dəyişiklik baş verməmişdir. Belə ki, taranın bərkliyi, möhkəmliyi, sazlığı, eləcə də markalanmanın oxunması və təmizliyi, içindəki yağın dadı, qoxusu, rəngi, şəffaflığı normal olub, tələbə cavab verir.

Zeytun yağının pərakəndə satış qiyməti baha olduğundan, 5 l miqdarında qablaşdırılan mala tələbat çox azdır.

Sorğu nəticəsində məlum olmuşdur ki, Bakıya gətirilən 2 ton zeytun yağının ötən 10 ay ərzində cəmi 250 kq (50 bankası) satılmışdır, Daha doğrusu mağazalarına verilmişdir. Deməli təminatlı saxlanılma müddətinədə yerdə qalan malın satılacağına arxayın olmaq lazım deyildir. Odur ki, yağın saxlanılma rejiminə dəqiq riayət edilməsi üçün tədbir görülməlidir. Seçilən nümunələrdən Sensor və alətlərlə təyin edilən göstəriciləri tədqiq etmək üçün DÖST 5471 tələbinə uyğun qaydada orta nümunə götürülür.

Təhlil üçün seçilən və içərisində zeytun yağı olan nəqliyyat tarasının hər birindən bir ədəd içərisində məhsul olan istehlak tarası götürülür. Göstərmək lazımdır ki, mal partiyasının nəqliyyat tarası seçilməzdən öncə taranın zahiri görünüşü və markalanması yoxlanılır. Yalnız Normativ-texniki sənədlərin tələbinə cavab verən taralara qablaşdırılmış və düzgün markalanmış məhsul qəbul edilir.

Seçilmiş nəqliyyat tarasında məhsulun temperaturu, kütləsi və həcmi yoxlanılır.

Seçilmiş nəqliyyat tarasında olan zeytun yağında yabançı maddələr aşkar edildikdə, kif olduqda mal partiyasında olan taraların hamısı bir-bir yoxlanılır.

Yoxlama aparılan zaman göstəricilərinə görə Normativ sənədlərin tələbinə cavab verən mal qəbul edilir.

İstehlak tarasında olan yağda yabançı maddələr, o cümlədən pestisidlər olduqda, kif aşkar edildikdə dəst qəbul edilmir.

Sensor və alətlərlə yoxlanılan göstəriciləri təyin etmək üçün seçilən orta nümunə lazımi qaydada qablara qoyulmalı, sənədləşdirilməli, saxlanma, daşınma və təhlil qaydasına və müddətinə riayət edilməlidir.

Sensor və alətlərlə təyin edilən göstəricilərin hətta birində qənaətbəxş cavab alınmadıqda ikinci dəfə ikiqat nümunə götürülərək təhlil aparılır.

Təhlil nəticəsində alınan göstəricilər mal dəstəsində olan bütün məhsula şamil edilir.




Yüklə 127,95 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin