Mən oxudum indi sən oxu



Yüklə 27,11 Kb.
tarix20.05.2018
ölçüsü27,11 Kb.
#51028
növüXülasə

Mən oxudum indi sən oxu”Layihəsi

I B Ö L M Ə

Layihənin xülasəsi

  1. Layihə haqqında ümumi məlumat.

Bu siyasətə uyğun olaraq ölkədə investisiya mühitinin daha da

yaxşılaşdırılması üçün müvafiq innovasiya strukturlarının, başqa sözlə innovasiya mərkəzlərinin, texnoloji biznes-inqubatorların, texnoparkların yaradılması nəzərdə tutulmuşdur. Bundan başqa, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdəelmin inkişafı üzrə Milli Strategiya”da innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji mərkəzlər, biznes inqubatorları şəbəkəsinin genişləndirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Həmin vəzifələrin yerinə yetirilməsi isə, öz növbəsində, göstərilən innovasiya infrastrukturu elementlərinin ən vaciblərindən biri olan İKT-profilli texnoparkların fəaliyyətinin səmərəliliyinin təhlilini, öyrənilməsini və onun qiymətləndirilməsini daha da aktuallaşdırır.Tələbələrlə aparılan söhbətlərdən aydın olur ki, bir çox ali və orta ixtisas təhsil müəssisələrində çalışan müəllimlərin mühazirə mətnlərindən istifadə etdiklərini deyir. Onun sözlərinə görə, müəllimlər ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırırlar.Amma tələbələr mühazirələrlə kifayətlənirlər. Səbəb isə həmin dərsliklərin çox çətin tapılmasıdır. Ya tapılmır, ya da ki, olan materiallar rus dilindədir. Bundan Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan yetərli məlumatı əldə edə bilmirik. Əlavə məlumat əldə etmək də bu dəqiqə müşkül məsələyə çevrilib. Bununla yanaşı eyni zamanda mühazirələrdə kiril əlifbası ilə yazıldığından, yeni qəbul olan tələbələr bunu oxumağa çətinlik çəkirlər. İrəli sürdüyümüz problemin həlli məqsədi ilə www.telebedostublogspot.com internet resursunu təqdim edirik. Bu resurs yaradılarkən iş prinspipi bir neçə istiqamətdə qurulmuş olacaq:

Yaradılacaq Resursun quruluşu:



  • Ana səhifə

  • Haqqımızda

  • Faydalı İnternet resursları- bu bölmədə Azərbaycan və Rus bölmələrində dərs alan tələbələr üçün, öz oxuduqları ixtisaslar üzrə müxtəlif saytlarda gedən maraqlı məlumat və faydalı resurslar öz əksini tapmış olacaq.

  • Özünü yoxla- bu bölmədə onlinequizcreator.com, learningapss.com, proprofos.com və digər veb2.0 alətlərində hazırlanmış bütün dərslik mövzularını əhatə edən interaktiv İnternet resurslarında hazırlanmış maraqlı dərs tapşırıqları öz əksini tapacaq. Burdan istifadə edən tələbə özünü yoxlamazdan əvvəl bu mövzu haqqında ətraflı bilgilərə sahib olacaq. Həmdə bir növ sabahkı dərsədə özünün nə dərəcə hazır olduğunu müəyyən etmiş olacaq.

  • Elektron kitab kataloqu bölməsi- bu bölmədə ali və orta ixtisas təhsil müəsissələrində tədrisdə istifadə olunan və az nüsxədə olan kitabların skan versiyası PDF şəklində yerləşdiriləcəkdir. Bu da kitab probleminin aradan qaldırılmasına və onun müəyyən qədər həll olunmasına səbəb olacaq.

  • İstifadə etmədiyim kitabımı satıram- Belə bir adda maraqlı bölmə fəaliyyət göstərəcək. Bu bölmədə tələbələr özlərində olan, əvvəlki kurslarda aldıqları müxtəlif tədris yönümlü dərslikləri ucuz qiymətə tələbə həmkarına satmaq üçün, elan yerləşdirə bilər və bunu sata bilər.

  • Forum – bu bölmədə tələbələri narahat edən mövzularla bağlı maraqlı müzakirələr olacaq. Bu müzakirələr öz növbəsində yeni dostluqların yeni münasibətlərin qurulmasına yardımcı olacaq.

  • Müəllim xidməti-bu bölmədə layihəyə tələbələrin suallarını cavablandırmaq üçün,hər fənn üzrə bir müəllim ilkin olaraq, bu layihəyə cəlb olunacaq. Burda tələbələrin suallarına müəllimlər tərəfindən müəyyən edilmiş vaxtlarda onlayn şəkildə cavablandırılacaqdır. Bu da öz növbəsində tələbələrin onları öz ixtisasları üzrə narahat edən




  1. Layihənin məqsədinin ətraflı şərhi;

  • Onlayn, distant təhsil siteminə keçid - bu gün dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq oxşar platformaların təhsil sistemində tətbiq edilməsi və elektron təhsildən istifadə etmələri, bir sıra üstünlüklər - əyani dərs vəsaitlərin sayı azalması, rahat hərəkət, mobillik, sürətlilik kimi üstünlüklər əldə etmiş olacayıq. 

  • Tələbə-müəllim arasında münasibətləri daha da yaxşılaşdırmaq və inamın qazanılmasına yardımcı olmaq və onlayn platformadan istifadə edərək, digər sosial şəbəkələrdə olan dostluq qrupunun yaradılmasına nail olmaq;

  • informasiya cəmiyyətinə keçidin təmin edilməsi;

Bloqda tələbələrin öz gələcək karyeralarını qurmaları və gələcək Azərbaycana layiqli vətəndaş olmaları üçün, onların daha da peşəkar bir gənc kadr olmaları üçün müxtəlif yerli və beynəlxalq treyninqlər barədə məlumatlar vermək;

  • Tələbələrin onlayn platformadan istifadə edərək,öz tədris yönümlü ehtiyaclarının qarşılanmasını təmin etmək və həm də müasir cəmiyyətin tələblərinə uyğun olaraq, İKT-nin geniş imkanları haqında bilik və bacarıqlarını artırılmasına nail olmaq.

Bloq istifadəçilər bilavasitə təhsil sahəsində informasiyaları həm bloqdan , həmdə bloqa abunə olmaqla sms vasitəsi ilə ala biləcəklər.

  1. Maliyyələșmə mənbələri, həcmi və təyinatı;

Layihənin əsas maliyyə mənbələri Azərbaycan Dövlət Pedaqoji Universiteti nəznində Azərbaycan Pedaqoji Kolleci və tələbələrin üzvülük haqqından yaradılacaqdır.

  1. Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) satıș bazarı haqqında qısa məlumat;

  • www.telebedostu.az platforması üzərində qurulacaq bloqda ali və orta ixtisas təhsil müəssisələrində çalışan müəllim, oxuyan tələbələrin qeydiyatdan keçirilməsi nəzərdə tutulmuşdur.

  • Bu bloqda eyni zamanda müxtəlif kitab mağazaları, özəl biznes sektorlarıda qeydiyyatdan keçiriləcək. Qeydiyyat ödənişli əsaslarnan olacaqdır.Hər bir qeydiyyat illik abunə üzərində keçirilməsi aparılacaq (20 AZN tələbə) 50 AZN isə özəl biznes sektoru. Bulayihənin davam etməsi üçün, işin keyfiyyətinin artırılması üçün olduqca əhəmiyyətlidir.



  1. Layihənin nəticələri və gələcək addımlar;

Layihənin əsas nəticələri aşağıdakılardır:

  • Məsafədən təhsilə keçidə yardım edilməsi;

  • Tələbələrin dərslik və mühazirə probleminin həllinnə yardım edəcək;

  • Tələbələrin asudə vaxtının səmərəli istifadəsinə nail olmaq;

  • Tələbələrin dərsə və imtahana hazırlıq səviyyəsinin ölçülməsinə nail olunacaq;

  • təhsil informasiyalarının tələbələr üçün rahat istifadə imkanlarının yaradılması

Bu layihə bütün Azərbaycan tələbələrini əhatə edəcək və tələbələrin vahid bir informasiya şəbəkəsində birləşməsinə yardımcı olacaq.

Layihənin kommersiyalaşdırılması və digər investorların(yerli və xarici) cəlb olunması:



II B Ö L M Ə

Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri

Hazırlanması nəzərdə tutulan məhsul (iș və xidmət) barədə məlumatların verilməsi layihənin mühüm tərkib hissələrindən biridir.

Bu bölmədə așağıdakı məlumatlar əks olunmalıdır:


  1. Məhsulun (iș və xidmətin) xüsusiyyətləri;

- sadə interfeys;

- bütün brauzerlərdə işləmək imkanına malik;

email xidməti mövcud olan; (Bizimlə əlaqə)

2. Məhsulun (iș və xidmətin) keyfiyyət üstünlükləri;

- interaktivözünü yoxlama testlərinin mövcudluğu;

- platformanın intelektual olması;

- Elektron dərsliklərin və mühazirələrin mövcudluğu

- Tələbələr üçün ünsiyyət imkanlarının mövcudluğu(forum)

- platformanın genişlənmək imkanının olması;

III B Ö L M Ə

Maliyyə planı

Bu bölmə layihə rəhbərinin sərəncamında olan əsas və dövriyyə kapitalının pul ifadəsində əks etdirilməsi, qrant vəsaiti.öz vəsaitinin hərəkəti və layihə dövrü ərzində pul vəsaitlərinin dövriyyəsi ilə șərtlənir.



Maliyyə planı bölməsində așağıdakı məlumatlar verilməlidir:

  1. Layihənin tam həyata keçirilməsinə tələb olunan maliyyə vəsaitinin məbləği (tələb olunan qrant vəsaiti və sahibkarlıq subyekti tərəfindən qoyulan vəsait göstərilməklə);

Layihənin ümumi dəyəri 5.000manatdır. Bunun 5.000 manatı layihə icraçıları tərəfindən qoyulacaq.

  1. Vəsaitin təyinatı üzrə bölgüsü;

Yüklə 27,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin