Mənə deyirlər ki, Azərbaycanı niyə pisləmirsən? ” – Müsahibə



Yüklə 19,19 Kb.
tarix21.10.2017
ölçüsü19,19 Kb.
#8465

Mənə deyirlər ki, Azərbaycanı niyə pisləmirsən?...” – Müsahibə

İlk dəfə bunu Bakıda görən də, gözlərimə inana bilmədim”

http://www.azvision.az">AzVision.az-ın müsahibi İrina Koznoviçdir. Əslən rusiyalı olan İrina Azərbaycanın Estoniyadakı səfirliyində çalışır. İrina ilə söhbətləşməyimizə səbəb isə Azərbaycana və azərbaycanlılara olan sonsuz rəğbətidir. Sosial şəbəkələrdə, getdiyi bütün tədbirlərdə daima azərbaycanlılar haqqında sevgi ilə danışır, ermənilərlə bağlı mövqeyində isə həmvətənlərimizə dəstək olur. 16 yaşlı rusiyalı bu xanımla ölkəmizə, millətimizə bu qədər sevgi göstərməsi haqqında söhbətləşmişik.

- İrina səni tanıyaq. Oxucularımıza özünüzlə bağlı məlumat verin.

-Mənim 16 yaşım var. Tallinin Linameyskiy rus litseyində təhsil alıram. Orta məktəbi bitirmişəm. Sonrakı təhsilimi gimnaziyada davam etdirəcəyəm. Biz Estoniyada 12 il təhsil alırıq. Bunlardan ilk 9 il orta təhsil hesab olunur.

-Harada anadan olmusan?

-Mən Estoniyanın paytaxtı Tallində anadan olmuşam. Mən elə gəlir ki, mənim doğum tarixim mənim gələcəyimlə bağlı hər hansı bir işarədir. Mən 20 yanvarda, o dəhşətli hadisələrdən 9 il sonra doğulmuşam. Bu tarix Azərbaycanda “qara yanvar” matəm gün kimi qeyd olunur .

-Bizə ailən haqqında nə deyə bilərsən? Uşaqlığın harada keçib?

-Uşaqlığımı bütünlüklə Estoniyada keçirmişəm. Mənim valideyinlərim boşanıblar. Atam ilə əlaqə saxlamıram. Anamın ikinci əri var. O, mənə ata əvəzi olub və mən onu “ata” adlandırıram. Ailə vəziyyəti ilə əlaqədar olaraq, valideynlərim Estoniyanın cənubuna, başqa bir şəhərə köçdülər. Psixi travma almamağım üçün məni nənəm və babamın yanında qoyublar. Mən valideyinlərimin yanına həftə sonları və tətillərdə gedirəm. Anamla mənim çox yaxşı münasibətim var. O həmişə, hər şeydə mənə dəstək olmağa çalışır.

-İlk dəfə Azərbaycan haqqında haradan məlumat əldə etdin?

-Bizim ailənin ən yaxşı dostları azərbaycanlılar olub və artıq uşaqlıqdan mən bilirdim ki, belə bir millət və ölkə var. Lakin həmin vaxt bunun mənim üçün heç bir mənası yox idi. Onlar tez-tez bizim evin qonağı olurdular. Mən həmişə səbirsizliklə İmran dayının gəlişini gözləyirdim. Həmişə bilirdim ki, onlar nəsə şirniyyat hədiyyəsi gətirəcəklər. Onun ailəsi bizə gələndə həmişə sevinirdim, Çünki onların gəlişi ilə evimiz sevinc və şənliklə dolurdu. Onlar həmişə çox zövqlü geyimlərdə gəlirdilər. İmran dayı isə həmişə kostyumda olardı. Azərbaycanlılar istənilən formada olan gözəlliyi qiymətləndirirlər. Ola bilsin ki, Azərbaycanlıları sevmə və onlara hörmət etmə səbəblərimdən biri də məhz buradan başlayıb.

-İlk dəfə Azərbaycana gələndə təəssüratın necə oldu?

-Həmin vaxta qədər artıq mən azərbaycanlıları tanıyırdım. Mən bilirdim ki, azərbaycanlılar dünyada qonaqlara qarşı ən nəzakətli millətlərdən biridir. Hər kəs gülümsəyirdi, hamı çox xeyirxah idi. Bizi bir məqam çox heyran etdi. Deməli, nümayəndə heyəti ilə gecə gəzmək üçün bulavara getmişdik. Estoniyada insanların yatdığı vaxt Bakıda xeyli insan şəhərdə idi. Həmçinin iki yaşlı insan oturacaqda əyləşib çay içirdilər, onlar bizi də çay içməyə və əyləşməyə dəvət etdilər. Biz şokda idik. Onlara təşəkkür edərək dəvətdən imtina etdik. Mən həyatımda ilk dəfə belə şey görürdüm. Həmçinin tanışım danışırdı ki, o dostu ilə gəzməyə getdiyi vaxt yaşlı bir adam onlara yaxınlaşıb və xoşbəxtlik üçün 20 manat verib. Onlar heyrətlənmişdilər. Estoniyada əgər kimsə kiməsə yaxınlaşıb 20 avro versə, ona xəstə kimi baxarlar. Hətta onlar bu haqda düşünməzlər belə.

-İlk dəfə Azərbaycana nə zaman gəldin?

-Odlar yurduna ilk dəfə 2014-cü ildə gəlmişəm. Mən “Azərbaycan haqqında nə bilirəm” müsabiqəsinin qaliblərindən biri idim. Bizi Gənclər və İdman Nazirliyindən dəvət etmişdilər.

-Azərbaycanlıları və Azərbaycanı bu qədər çox sevməyinizə başqa bir səbəbi varmı?

-Xüsusi səbəb yoxdur. Azərbaycanda başqa ölkələrdə olmayan nəsə bir şey var. Mən gecələr şəhərdə gəzərkən heç vaxt belə məmnunluq, xoşbəxtlik və yaşamaq arzusunu bu qədər hiss etməmişdim. Azərbaycana aşiq olmamaq mümkün deyil. Orada olub-olmamağın vacib deyil. Mən anamla səfirliyə Azərbaycanda viza ilə bağlı məlumat almaq üçün gələndə, bu ölkə haqqında videorolik göstərirdilər.Hətta anam da dedi ki, Azərbaycan gözəl ölkədir.

-Hazırda harada yaşayırsan və nə işlə məşğulsan?

-Mən öz şəhərimi tərk etməmişəm. Elə Tallində yaşayıram. Hazırda yay tətilində olduğum üçün işləyirəm. Estoniyanın Azərbaycan səfirliyində təcrübə keçirəm. Mənə belə bir şans verdikləri üçün çox şadam. Mənə zəng edib səfirlikdə işləməyi təklif edəndə mən heç inanmadım. Qarşıma məqsəd qoymağım və ona nail olmaq üçün etdiyim cəhdlər anamın xoşuna gəlirdi. Bu 16 yaşında olan adam üçün çox yaxşı təcrübədir.

Mən Azərbaycan diasporu ilə tanış olmuşam. Burada hər hansı tədbir olanda onlar məni dəvət edirlər. Mənə qarşı çox yaxşı münasibət göstərirlər. İşdə də hansısa narazılıq, mübahisə yoxdur. Hamı dostcasına davranır .

Hələ ki, yaydır və mən işləyirəm. Ona görə də babamla birlikdə yaşayıram, nənəm isə öz yay tətilini bağda keçirir.

-Azərbaycan dilində danışa bilirsənmi?

-Bir az bilirəm. Mən heç vaxt oturub hər hansı bir dili xüsusən öyrənməmişəm. Öz-özünə alınıb. Bir az bilirəm və anlayıram. Əlbəttə, bu kifayət deyil. Lakin çoxları üçün mənim bu dildə hər hansı bir söz deməyim belə xoşdur. Hərdən mənim milliyətcə rus olduğuma inanmırlar. Çünki “«Ты азербайджанка?»” sualına “yox” deyə cavab verirəm. Ümid edirəm ki, haçansa bu dili öyrənəcəyəm. Mən bu dildə edilən söhbətləri eşitmək mənə rahatlıq gətirir. Bu, mənim xoşuma gəlir.

-Gələcəklə bağlı planlarınız necədir. Azərbaycanda yaşamaq istəyirsninizmi?

-Hazırda mən məktəbi bitirməyi və Avropaya gedib beynəlxalq iqtisadiyyat sahəsində təhsil almağı planlaşdırıram. Əgər hər şey yaxşı alınsa, o zaman Azərbaycanda yaşamağa gələcəyəm, əgər nəsə alınmasa, sadəcə Azərbaycandakı dostların yanına gedərəm və orada dincələrəm.

Mən bilirəm ki, Azərbaycandan uzağa gedən və o ölkədə yaşamaq istəməyən insanlar var. Mənə tez-tez irad tuturlar ki, guya mən Azərbaycana həddən artıq qiymət verirəm, ölkədə olan pislikləri görmürəm, bunları pisləmirəm. Əslində əgər mən bu barədə yazmıramsa, bu o demək deyil ki, mən bunları görmürəm. Mən Azərbaycan haqqında xəbərləri, insanların şərhlərini oxuyuram, onlarla əlaqə saxlayıram və baş verən hadisələrin əksəriyyətindən xəbərim var. Hər bir ölkənin “mənfi” və “müsbət” tərəfi var. Kimlərsə onu qəbul edir, kimlərsə etmir.

Estoniyada yaşasam da Azərbaycanda yaşamaq mənim üçün asandır. Bu, mənim fikrimdir və mən öz fikrimi kiməsə yeritmək istəmirəm. Özüm üçün mən bütün nəticələrə gəlmişəm.

- Azərbaycanlı oğlanla ailə həyatı qurarsan?

-Bütün qohumlar və yaxınlar mənimlə zarafat edirlər ki, istəyib-istməməyimdənasılı olmayaraq məni qaçıracaqlar. Fikrimcə, insanın özü yaxşı olsa, milliyyət önəmli deyil.

Şahanə Rəhimli
Yüklə 19,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin