382. Aşağıdakılardan hansı xüsusiyyət qədim idarəetməyə aid deyil:
A) İdarəetmə işlərinin dəqiq müəyyənləşdirilməsi və digər işlərdən ayrılması;
B) Təşkilatda rəhbər vəzifələrin irsi hüquqa görə yaxud güc tətbiq etməklə tutulması;
C) Ali səviyyə rəhbərlərinin azsaylı olması;
D) Böyük təşkilatların azsaylı olması;
E) Təşkilat üçün mühüm qərarlar qəbul etmək qabiliyyətinə malik olan adamların sayının az olması.
383. Menecmentə proses kimi yanaşma ideyası ilk dəfə hansı məktəb tərəfindən irəli sürülmüşdür?
A) İnzibati idarəetmə məktəbi tərəfindən;
B) İnsan münasibətləri məktəbi tərəfindən;
C) Kəmiyyət üsulları məktəbi tərəfindən;
D) Elmi idarəetmə məktəbi tərəfindən;
E) Davranış elmləri məktəbi tərəfindən.
Dostları ilə paylaş: |