350. Hansı variant təşkilatda planlaşdırmanın olmaması nəticəsində
yaranmış çətinliklərə aid edilə bilməz?
A) təşkilatda kadr axıcılığının səviyyəsi yüksəlir
B) cari fəaliyyət strateji fəaliyyətə üzvi şəkildə əlaqələndirilə bilinmir
C) təşkilat bazar orientiri itirir, belə ki, yalnız qısa müddətli məqsədləri əsas
götürür və baş verən hadisələrin dərin kökünü dərk edə bilmir
D) təşkilat üzvləri qoyulmuş məqsəd və vəzifələri başa düşmür
E) motivasiya zəif olur
351. SWOT – təhlilə görə firma üçün xarici təhlükə hesab edilir:
A) Əvvəlki məhsullara tələbin düşməsinə səbəb olan innovasiyalar;
B) Şaquli inteqrasiya;
C) Geriya şaquli inteqrasiya;
D) İnnovasiya təcrübəsi;
E) Cəlb edilmiş kreditlərin çox olması üzündən qeyri – sabit maliyyə vəziyyəti.
352. SWOT – təhlilə görə firma üçün xarici imkan hesab edilir:
A) Şaquli inteqrasiya;
B) İstehlakçı firmalar tərəfindən təzyiqin artırılması;
C) Əlverişsiz demoqrafik dəyişikliklər;
D) Miqyasdan qənaət imkanı;
E) Səmərəli reklam kompaniyası və əmtəələrin irəlilədilməsi metodikası
Dostları ilə paylaş: |