Tədris metodları və kursun tədris üsulu: dərs mövzu və şəraitdən asılı olaraq müxtəlif; prezentasiya, sual-cavab, tapşırıq, qrup işi və s. metodlarla keçirilir. Tədris dövründə tələbələr “Situasiya təhlili” metodundan istifadə etməklə iş mühitində ortaya çıxa biləcək etik dilemaları həll etməyə çalışacaqlar.
Dərsdə istifadə olunan materiallar: flip-çart, lövhə, paylama materialları, markerlər (lövhə və flip-çart üçün), A4 kağızları
Nəticəni ölçmək üçün fəaliyyətlər(qiymətləndirmə):
Dərsə davamiyyətə görə qiymətləndirmə:
Dərsə davamiyyətə görə verilən maksimum bal 10-dur və dekanlıq tərəfindən müəyyən olunur. Tələbə fənn üzrə auditoriya dərslərinin 25%-dən çoxunda iştirak etmirsə, bu zaman tələbə həmin fəndən imtahana buraxılmır.
Sərbəst işlərə görə qiymətləndirmə:
Semestr ərzində hər bir tələbə iki sərbərst iş təqdim edilir. Onlardan biri mühazirə mövzusundan, digəri isə sərbəst tədqiqat tələb edən mövzulardan olmalıdır.
Semestr ərzində hər bir tələbəyə sərbəst öyrənmək məqsədilə sillabusda nəzərdə tutulan mövzular və ya onların alt mövzularını əhatə edən 2 mövzu və ya alt mövzu verilir;
Mövzular auditoriyadan kənar müəllimin təyin etdiyi vaxtda şifahi və yazılı formada verilir, həmçinin elektron formada göndərilir;
Sərbəst tədqiqat işinin qəbulu xüsusi yaradılmış komissiya qarşısında müdafiə şəklində təşkil olunur. Mövzunun xülasəsi tədris dilindən başqa 2 dildə də təqdim olunur. Müdafiə kameraya yazılır.
16.03.18 tarixinədək tədqiqat tələb edən sərbəst iş nümunəsi, 13.04.18 tarixinədək isə mühazirə mövzusundan olan sərbəst iş nümunəsi təqdim olunmalıdır. təqdim olunur. Sərbəst işlər texniki, məntiqi mahiyyətini və akademik dürüstlük (plagiarizm) siyasəti, sosial məsuliyyət, inkluzivlik və s. prinsipləri, universitet tərəfindən qoyulmuş qaydalara uyğunluq siyasətini nəzərə alaraq təhvil verilməlidir. (dəqiq vaxt müəllim tərəfindən ilk dərs həftəsində tələbələrin nəzərinə çatdırılacaq)
Gündəlik qiymətləndirmə:
Tədris prosesi dövründə tələbələrin bilikləri mütamadi qiymətləndirilir;
Gündəlik qiymətləndirmələr sual-cavab əsasında aparılır və 1 dərsdə ən azı 20-25% tələbə qiymətləndirilir. Suala cavabdan asılı olaraq tələbələr “0”-“10” bal arası qiymətlə qiymətləndirilir;
Kollekvium ərzində ən azı 1 dəfə 2 mövzunu əhatə edən 2 və ya 3 sual olmaqla yazılı qiymətləndirmə aparılacaq. Hər sual maksimum 10 balla qiymətləndirilərək orta bal təyin ediləcəkdir.Qiymətləndirmə zamanı tələbənin sillabusda göstərilmiş biri xarici dil olmaqla ən azı iki ədəbiyyatdan istifadə etməsi, müqayisəli təhlil, lokaniklik və məntiqi təhlil bacarıqları nəzərə alınacaqdır.
Beləliklə 5 həftə ərzində hər tələbənin ən azı 2 qiyməti olmalıdır.
Kollokviumların keçirilməsi:
Semestr ərzində hər 5 həftədən bir 3 dəfə( V-X-XV həftələrin sonunda) hər biri 10 baldan ibarət olan kollokvium keçirilir;
Kollokvium qiyməti müəllimin qərarından asılı olaraq gündəlik qiymətlərin orta balı + əlavə qiymətləndirmə vasitəsilə müəyyən edilir(yazılı).
Final imtahan qiymətləndirilməsi:
Final imtahanına qədər tələbənin maksimum toplayacağı bal 50-dir. Bu bala minimum hədd qoyulmur. Final imtahanında tələbənin toplaya biləcəyi maksimum bal 50-yə bərabərdir. Final imtahanından 17-dən aşağı bal toplayan tələbə qeyri məqbulla qiymətləndirilir.
Nəzəri sualların hər biri maksimum 10 balla qiymətləndiriləcəkdir. Qiymətləndirmə zamanı tələbənin sillabusda göstərilmiş biri xarici dil olmaqla ən azı iki ədəbiyyatdan istifadə etməsi, müqayisəli təhlil, lokaniklik və məntiqi təhlil bacarıqları nəzərə alınacaqdır.
Yoxlama zamanı hər hansı köçürmə halı müşahidə olunarsa, köçürməyə imkan verən və köçürən tələbələrin qiymətləri “sıfırlanacaqdır”;
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:
«qeyri məqbul» – 0-50 bal;
«məqbul» – 51-60 bal;
«kafi» - 61-70 bal;
«yaxşı» - 71-80 bal;
«çox yaxşı» - 81-90 bal;
«əla» - 91-100 bal.
Dostları ilə paylaş: |