Tələb olunan zəruri biliklər:Xarici dil, informatika və s.
Kursun təsviri: İşgüzar yazışmalar fənni tələbələrə məktubların, hesabatların, təqdimatların, prezentasiyaların, pres-relizlərin, məqalələrin, tərcümeyi-halların (CV və rezumeler), ərizələrin, istək məktublarının (cover and motivation letters) və s. sənəd və materialların ən müasir şəkildə hazırlanmasında bilik və bacarıqlar verəcək və onların onlayn yazışmaların aparılmasında olan qabilliyətlərini artıracaq.
Kursu tamamladıqdan sonra, tələbələr əsasən aşağıdakıları bacaracaqlar: Yazılı ünsiyyət formalarını analiz etmək və onları qiymətləndirmək bacarığına yiyələnəcklər;
Yazılı materialların təhlil olunmasında tənqidi və proqressiv bilik və bacarıqlar əldə edəcəklər;
İşgüzar yazışmanın aparılması vasitələrindən istifadə edərək tərəfdaş təşkilat və ya şəxslərə təqdim olunan fikir və istəklərin müfəssəl şəkildə çatdırılmasını təmin edə biləcələr;
Yazı materiallarını hazırlayan zaman düzgün element və vasitələri seçməklə tərəfdaş təşkilat və ya şəxslərə diqqəti cəlb edən və peşəkar şəkildə informasiyanın çatdırlıması metodlarını mənimsəyəcəklər;
Müasir texnalogiya və yeni media vasitələrini düzgün şəkildə istifadə etməklə effektiv işgüzar yazışmalar apara biləcəklər;
Təqdimatçı kimi öz şəxsi güclü və zəif tərəflərini müəyyən etməyi bacaracaqlar;
Müvafiq verbal və qeyri-verbal ünsiyyət üsullarından istifadə edərək, tərəfdaş təşkilat və ya şəxslərin diqqətini cəlb etmək bacarığını nümayiş etdirəcəklər
Müvafiq yazı texnikalarından əyani olaraq istifadə edərək, özünə güvən nümayiş etdirəcək və gələcəkdə işgüzar yazışmalarının iş heyatında necə təqtbiq olunmasının yollarını və əhəmiyyətini anlayacaqlar.