– böyük təşkilatların maraqlarında hazırlanıb, onlar üçün funksional quruluşun effektivliyi artıq azalıb, bura aiddir: fəaliyyətə görə (məsələn, tikinti, əlavə xidmətlərin göstərilməsi) – məhsul ilə bağlı bütün prosedur öhdəlikləri bir rəhbərə tapşırılır, funksional icraçılar ona tabe olur (marketinq, mühasibat, istehsal və s.) və məhsula görə rəhbərin qarşısında məsuliyyət daşıyır. Şirkətin müstəqil qolları yaradılır, və onların hər biri müvafiq məhsul istehsal edir. Belə şirkətlər bazarda rəqabətə, texnologiyalara və istehlakçı tələbinin dəyişməsinə çevik cavab verir, lakin eyni tip işlərin müxtəlif məhsullar üçün təkrar aparılması xərcləri çoxalda bilər; regional struktur – müəssisə fəaliyyətinə görə idarəetmə məsuliyyəti müstəqil regional bölmələr arasında bölüşdürülür, bu bölmələr törəmə şirkətlər şəklində çıxış edə bilər. Bölmə strukturlarının vitse-prezidentləri mərkəzi apparata tabedir. Müstəqil fəaliyyət, mərkəzi apparatın gündəlik qərarların qəbul prosesindən azad olması müsbət hallardır, lakin törəmə şirkətlərə texniki məlumatın ötürülməsi, mürəkkəb fəaliyyət koordinasiyası, ayrı regionlarda eyni işin təkrarı mənfi cəhət kimi qəbul oluna bilər; alıcıya yönlənən strukturlar – şöbələr müəyyən istehlakçıya görə qruplaşır (ordu, texniki təminat, məişət), əgər iki və ya daha çox müştəri şirkət üçün önəmli olursa, şirkət alıcıya yönlənən struktura keçə bilər. Müsbət cəhət olaraq hər bir konkret alıcıya xüsusi diqqətin yetirilməsi, öhdəliklərin dəqiq bölüşdürülməsi, xərclərə yüksək nəzarətin mümkünlüyü, rəhbərlər üçün fəaliyyət şəffaflığı, xarici mühit dəyişikliklərinə çevik reaksiyanın olmasını qeyd etmək olar, mənfi cəhət olaraq eyni tip istehsal funksiyaların təkrar icrasını nümunə gətirmək olar. Diviziyalara yalnız məhdud xasiyyət daşıyan qərarları müstəqil qəbul etmək icazəsi verilmir, məsələn iqtisadi məqsədlər qoymaq. Amma məhsul çeşidini, sayını müəyyən etmək, istehsalda yeni inkişaf üsullarını tətbiq etmək kimi məsələlərdə diviziyalar müstəqlidir. Divizion strukturu yüksək məhsul diversifikasiyası (çeşidi) olan, ərazi baxımından geniş miqyas əhatə edən şirkətlərdə əlverişlidir. İlk dəfə divizion strukturu 1928-29 illər arası General Motors şirkətinin prezidenti A.Sloun tərəfindən istifadə olunmuşdur (müxtəlif markalı avtomobillər istehsal edirlər – chevrolet, cadillac, hummer və s., eyni zamanda müxtəlif regionlarda fəaliyyət göstərirlər – Avropa, Şimali və Cənubi Amerika və s. – divizion struktur).
Belə təşkilati strukturlar müəyyən bir müstəqillik qazanmışdır və öz vəsaitlərini ciddi olaraq sırf təyinata görə deyil - sürətlə dəyişən xarici mühitə və daxili imkanlara uyğun olaraq istifadə edirlər.