Menecment kafedrasnıın müəllimi A. O. Məmmədova


Əməyin elmi təşkili, onun vəzifələri istiqamətləri



Yüklə 110,18 Kb.
səhifə3/15
tarix31.12.2021
ölçüsü110,18 Kb.
#112711
1   2   3   4   5   6   7   8   9   ...   15
ASEU TEACHERFILE WEB 2547335079754092729.docx 1608707786

2. Əməyin elmi təşkili, onun vəzifələri istiqamətləri

Əməyin elmi təşkili (ƏET) Amerika mühəndisi F.Teylora məxsusdur. O, XIX əsrdə ilk dəfə olaraq elmi metodla insanin fiziologiyasının iş səraitinə uyğunlaşmasını təhlili etməyə çalışmışdı. Əməyin elmi təşkili texniki, iqtisadi, sosial, fizioloji, estetik və b. tərəflərin birləşmələrini nəzərə alaraq formalaşır. Ə.E.T. - texniki və estetik ölçülərin elmi təşkil olunması ilə, az əmək və xammal xərci ilə, istehsal səviyyəsinin artırılmasına nail olmaqdan ibarətdir.



İstehsal mədəniyyəti - onun elmi, texniki və sosial münasibətlərinin təkmilləşmə dərəcəsindən asılıdır. İstehsal mədəniyyəti texnikanın, texnologiyanın, istehsalın və əməyin təşkilini, əmək şəraitini, estetikanı, kollektivdə əmək münasibətini özündə cəmləşdirir.

Texniki estetika - dizayn nəzəriyyəsini prinsip və metodlarından istifadə edərək sənayenin, istehsalın, konstruksiyaların, istehsal mühitinin optimal şərtlər daxilində mövcudluğudur.

Göstərilən anlayışlar – Ə.E.T, istehsal mədəniyyəti və texniki estetika – istehsalın düzgün inkişafının və mükəmməlliyinin kompleks əsasını təşkil edir. Bu amillər istehsalın artmasına zəmin yaradır, işçi qüvvəsinin sağlamlığının qayğısına qalır.

Əməyin məqsədə uyğun şəraiti (sanitar – gigienik, fizioloji, estetik) əməyin təhlükəsizliyini və komfortunun dərəcəsindən asılıdır.

İstehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi aşagıdakı kimidir:

1. İstehsalın təşkilində texnologiyanın düzgün qurulması, yüksək avtomatlaşma

2. Əmək alətlərinin təkmilləşməsi - yeni materialların tətbiqi, istehsal prosesinə uyğunlaşma

3. Əmək prosesinin rasional təşkili, əməyin bölünməsi və kooperasiyası, əmək prosesində qabaqcıl metodların tətbiqi

4. Əməyin əlverişli şəratinin tətbiqi

5. Əmək mədəniyyətinin artırılması

6. İş və istirahət rejiminin optimallaşması

7. İşçilərin ixtisasının, yaradıcılıq fəallığının artırılması



İstehsalat mədəniyyətinin və iş şəraitinin əsas faktorları bunlardır:

1. Fizioloji. İşin tempi, sürəti, monotonluğu, işçinin intensiv əmək fəaliyyətinə təsiri, işçinin yorulması və ya iş fəaliyyətini gümrah davam etməsi imkanı.

2. Sanitar – gigienik normalar. İş yerində təmizliyə riayət olunması.Bəzi zərərli bakteriyalar, viruslar, göbələklər işçi sağlamlığı üçün təhlükə yaradır.

3. Əmək prosesində istifadə edilən kimyəvi maddələr çox vaxt peşə xəstəliklərinin yaranmasına səbəb olur. Məsələn, turşular, tozlar, boğucu qazlar, hidrokarbonatlarla işləyən şəxslər daha çox peşə xəstəliklərinə tutulurlar. İşçilərin bu xəstəliklərə məruz qalmasının qarşısını almaq məqsədilə onlara xüsusi geyimlər verilməlidir.

4 Bəzi fiziki faktorlar. Tozlar, yüksək səs, həddindən artıq işıqlı mühit, yüksək atmosfer təzyiqi, radiasiya, yüksək rütubət bir çox peşə xəstəliklərinin yaranmasına şərait yaradır.

5. Estetik cəhətdən istehsalat binalarının və ofis ləvazimatlarının rəng seçimində erqonomik tələblərin nəzərə alınması.

6. İşçilərin iş mühitinə uyğunlaşan geyimi (dress-code).

Bütün yuxarıda göstərilən amillər Ə.E.T istehsalat mədəniyyəti və estetikanın əsasını təşkil edir və insanın yaxşı işləyib, istirahət etməsi və işindən yüksək zövq almasının əsasını təşkil edir.



Əməyin elmi təşkili – onun adi təşkilindən fərqli olaraq subyektiv qərarlarla deyil, iqtisadi, texniki, sosioloji və psixoloji cəhətdən əsaslandırılmış istiqamətdə elm və təcrübənin nəticələrinin əməyin təşkilində tətbiqi prosesidir. Yeni texnika və mütərəqqi texnoloji proseslərin inkişafı kompleks avtomatlaşdırma, kompyuterləşmənin geniş tətbiqi, habelə müəssisələrin daha da ixtisaslaşması əsasında istehsalın texniki səviyyəsinin yüksəlməsi, əməyin təşkilinin elmi əsaslarla həyata keçirilməsini zəruri edir. Əməyin elmi təşkili – elmi naliyyətlər və qabaqcıl təcrübəyə, müəssisənin əmək və maddi ehtiyatlarının daha səmərəli istifadə olunmasına əsaslanan əmək fəaliyyətinin optimal bir növüdür.

Əməyin elmi təşkilinin əsas idarəetmə istiqamətləri:

I.Əməyin ödənilməsi və motivasiyası. Bu proseslər işçilərin digər daha yüksək əməkhaqqı ödəyən şirkətlərə getməməsi üçün nəzərdə tutulub, əks halda “işçi qüvvəsinin miqrasiyaı” baş verəcək və bu şirkətin fəaliyyətinə ziyan vuracaq.

  1. Şəxsi naliyyətlər və tövhələrə görə əlavələr. Əsas maaşa əlavə olaraq şirkətlər ən yaxşı işçilər üçün güzəştlər edir. Məsələn, şirkətin məhsuluna endirimlər, yemək və yol xərclərinin ödənilməsi, təhsilin ödənilməsi və s.

  2. İşçilərin əminliyi və qorunması. Əməkhaqqı işçilərdə sabahsı günə əminlik, təşkilatın daxili və xarici mühitindəki dəyişikliklərdən qorunma hissini yaratmalıdır. Burada məqsəd odur ki, işçilər əsas diqqətini təşkilatın məqsədlərinin çatmasına yönəltsinlər. Onları maddi problemlər, ailə təminatı işdən yayındırmamalıdır. Bu məsələni stabil əməkhaqqı həll edir.

II. Əmək bölgüsü və kooperasiyası.

III. Texniki təminat.Bazar münasibətlərində istehsalın artması və informasiyanın çoxalması kimi proseslər texnologiya istifadəsinin nə dərəcədə önəmli olmasını göstərir. Texnika tətbiqi sənədlərə sərf olunan vaxtı azaldır, onun sistemli istifadəsi isə idarəçilik əməyinin məhsuldarlığını artırır.

IV. Əməyin normalaşması. İş saatı və ya həcminə görə.

V. Əlverişli əmək şəraiti. Əmək və istirahət zamanının tarazlığı, sanitar-gigiyenik şərait, komfortlu iş yeri, maddi və mənəvi maraq, texnikanın təmin olunması və s.

Əməyin elmi təşkilinin əsas vəzifələri:

  • Iqtisadi vəzifə - əmək məhsuldarlığının yüksəldilməsi, maddi və əmək ehtiyatlarından daha səmərəli istifadəni əks etdirir;

  • Sosioloji vəzifə - əmək prosesində insan amilinin rolunun yüksəlməsi, insanın hərtərəfli inkişafının təmin edilməsini əhatə edir;

  • Psixofizioloji vəzifə - cəmiyyətin başlıca məhsuldar qüvvəsinin (insanların) əmək prosesində sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edən daha əlverişli istehsalat şəraitinin yaradılmasına xidmət edir.




Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin