Menecment kafedrasnıın müəllimi A. O. Məmmədova



Yüklə 110,18 Kb.
səhifə5/15
tarix31.12.2021
ölçüsü110,18 Kb.
#112711
1   2   3   4   5   6   7   8   9   ...   15
ASEU TEACHERFILE WEB 2547335079754092729.docx 1608707786

4. İş yerlərinin təşkili

Müəssisənin işçi sayı iş yerlərinə görə müəyyən olunur. İş yeri – ayrı-ayrı işçilər üçün təşkil olunan, əmək alətləri ilə təchiz olunan əmək fəaliyyəti zonasıdır. İş yeri əməyin təşkilinin başlıca obyektidir – burada əmək predmeti, vasitələri və işçinin öz fiziki və ya zehni əməyi birləşir. İş yerinin təşkili işin effektiv gedişatına böyük təsir göstərir, çünki o, işin məhsuldarlığını və keyfiyyətini müəyyən edir.Bunun üçün də iş yerinin təhlükəsiz yerdə yerləşdirilməsi və lazımi təchizatı böyük əhəmiyyət kəsb edir.



İş yerlərinin təsnifatı:

  • İşçinin fiziki əməyi (məs., fəhlələr);

  • Mexanikləşmiş əmək fəaliyyəti – işi maşın yerinə yetirir, işçi onu idarə edir, məs., yaşayış binalarının tikintisi və sökülməsi, yol tikintisi, həmçinin mədən işlərində istifadə olunan ekskavatorlar, ağac emalı, avadanlıq və mexanikləşdirilmiş alətlərin köməyi ilə yerinə yetirilən bütün növ yol və tikinti işləri;

  • Аvtomatlaşmış işlər – insanların zehni fəaliyyətlərinin, kompüterləşdirilmiş sistemlərin, informasiya şəbəkələrinin və müasir informasiya texnologiyalarının köməyi ilə həyata keçirilən məlumatların emalı, hesablamalar, məntiqi əməliyyatlarla əlaqəli olan proseslərdir; laboratoriyalarda kimyəvi, bioloji və ya elektrik enerji ilə çalışan apparatlar – cihazlar;

  • Texniki təminat və təchizat səviyyəsinə görə (kifayət qədər avadanlıqla, qabaqcıl əmək üsulları ilə təmin olunan və olunmayan);

  • Stabillik səviyyəsinə görə (stasionar iş yeri – stabil iş yeridir, məs., avadanlıq və ya texnologiya ilə təmin olunmuş ofis binaları; dəyişkən – qazıntı işləri, təmir işləri, inşaatçılar, növbətçilər və s.);

  • İstehsalın xüsusiyyətlərini xarakterizə edən digər amillər iş yerlərini təsnifləşdirmək üçün istifadə edilə bilər (məsələn, iş yerinin yerləşməsinə görə: qapalı, açıq havada, yüksəklikdə, yeraltı və s.).

İş yerlərinin təşkili - iş yerlərini iş və əmək obyektləri ilə təmin etmək, onların optimal yerləşdirilməsi və iş vaxtından səmərəli istifadə olunması üçün tədbirlərin hazırlanması sistemidir.İş yerlərinin təşkil edilməsində məqsəd, avadanlığın və iş vaxtının optimal istifadəsinə, texnikanın və iş metodlarının rasional tətbiqinə, işçilərin sağlamlığının və uzunmüddətli iş qabiliyyətinin qorunmasına, habelə işçilərin şəxsi inkişafına əsaslanan istehsal əməliyyatlarının yüksək keyfiyyətli və səmərəli həyata keçirilməsini, əməyinin məhsuldarlığını təmin etməkdir. Bu hədəfin reallaşdırılması üçün texniki, təşkilati, sosial-iqtisadi, psixoloji və erqonomik məsələlər həll olunmalıdır:

  1. Texniki problemlərin həlli iş yerinin - müasir avadanlıqlar, alətlər və texnologiya ilə təchiz olunması anlamına gəlir.

  2. Təşkilati məsələ iş yerinin rasional planlaşdırılması, xammal, material, alətlərin optimal istifadəsi, avadanlıqların vaxtında və keyfiyyətli təmiri, iş şəraitinin təhlükəsiz və rahat təşkil olunmasında öz əksini tapır.

  3. Sosial-iqtisadi məsələ iş vaxtının səmərəli istifadəsini, işçilərin optimal məşğulluğunu, tələb olunan keyfiyyət və təyin edilmiş iş həcminin vaxtında yerinə yetirilməsini, sabit məhsuldarlığın, peşəkar inkişafın və iş karyerasında böyümə imkanlarının təmin edilməsini, həmçinin yaradıcılıq səviyyəsinin yüksəldilməsini təmin etməlidir.

  4. Psixofizioloji məsələ iş prosesində yorğunluğu azaltmaq, fiziki enerjidən səmərəli istifadəni təmin etmək, rahat iş şəraiti təşkil etmək və işçi qüvvəsinin sağlamlığını qorumaq ilə əlaqəlidir.

  5. Ergonomik vəzifə iş yerində ətraf mühit faktorlarının insana təsirini müəyyən edir - fiziki, kimyəvi, bioloji, informativ, sosial-psixoloji, estetik və s. faktorların işçinin təhlükəsizliyini qorumaq üçün əlverişli təşkil olunmasıdır.

İş yerinə təyin olunan işçi əsasən aşağıdaki biliklərə sahib olmalıdır:

  • Müəssisənin fəaliyyət göstərdiyi sahə barəsində biliklər;

  • Özünün gördüyü konkret iş prosesi barəsində biliklər;

  • Təhlükəsizlik texnikası qaydaları;

  • Sanitariya və gigiyena qaydaları;

  • Cihaz, texnika və ya avadanlığı düzgün istifadə etmə bacarığı.


Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin