Menecment kafedrasnıın müəllimi A. O. Məmmədova



Yüklə 110,18 Kb.
səhifə13/15
tarix31.12.2021
ölçüsü110,18 Kb.
#112711
1   ...   7   8   9   10   11   12   13   14   15
ASEU TEACHERFILE WEB 2547335079754092729.docx 1608707786

c)Xətti-funksional.

Xətti funksional quruluşa bəzən klassik quruluş deyirlər, çünki bu quruluş öyrənilən və təhlil edilən ilk quruluş olmuşdur. Burada bir tərəfdən xətti səlahiyyətlər var, yəni səlahiyyət ierarxiya ilə rəhbərdən aşağı pillədə durana ötürülür və beləcə pillə-pillə davam edir. Məsələn, başda CEO durur, ona kommersiya direktoru tabedir, kommersiya direktoruna korporativ satışlar direktoru tabedir (onun öz işçiləri də var), bundan əlavə marketinq direktoru tabedir (onun da öz işçiləri də var). Daha sonra CEO-ya texniki direktor tabedir, texniki direktora istehsal, logistika, xidmət üzrə şöbələrin direktorları tabedir, və hər bir icraçı direktorun ayrılıqda öz şöbələri və işçiləri var. Bu şöbələrdən ayrılıqda CEO-ya mühasibatlıq, katiblik, insan resursları departamenti, təhlükəsizlik və s. tabedir (Ф1). Eyni zamanda burada hərənin öz dəqiq müəyyən olunmuş öhdəlikləri və vəzifələri (funksiyaları) vardır. Bütün səlahiyyət kollektivi idarə edən əsas xətti menecerin əlindədir. Lazımi sual və qərarların tərtib edilməsində ona funksional bölmələrdən ibarət olan apparat vasitəçilik edir (Л1, Ф2). Üstün cəhət ondadır ki, xətti menecerlər öz zamanını problemlərin dərin təhlilinə sərf etmir, çünki bunun üçün ixtisaslaşmış işçilər var. Mənfi cəhət isə odur ki, şöbələr yalnız öz işlərinin icrasında maraqlıdır, nəinki bütün təşkilatın, eyni zamanda xarici dəyişikliklərə təşkilat çevik reaksiya vermir. Bu cür struktur məhdud çeşidli məhsul istehsal edən, stabil xarici şəraitlərdə fəaliyyət göstərən, stabil idarəetmə qərarları qəbul edən şirkətlərdə əlverişlidir.



Xətti-funksional quruluş özlüyündə xətti və funskional quruluşun inkişaf etmiş formasıdır. Fərq ondadır ki, burada baş direktora tabe olan daha iki şöbə yaranır, məsələn, marketing şöbəsi və planlaşdırma və yaxud marketing və maliyyə və mühasibat uçotu. Fərq ondadır ki, bu iki şöbələrin rəhbərlərinə işçilər tabe deyil, bu şöbələr funksional icraçı-mütəxəssis rolunu icra edir və baş direktorun apparatına daxildir. Yəni istehsal planları qərarlarını xətti menecer (baş direktor) qəbul edir, lakin planlaşdırma, mühasibat uçotu, marketing kimi məsələri sırf öz məsuliyyətinə götürmək baş direktor üçün çətin olardı, ona görə də ona tabe olan ixtisaslaşmış mütəxəssis apparatı yaradılır. Bu apparatın vəzifəsi qərar qəbul edib rəhbərlik etmək deyil – onlar müəyyən analitik düşünülmüş qərarları baş direktora təqdim edir, direktor razılaşdığı halda, bu qərarları xətti şöbələrə yönləndirir.
Ümumiyyətlə müəssisədə xətti şöbələr birbaşa istehsal proseində iştirak edən şöbələrdir, funksional isə maliyyə, insan resursları və s.. yəni istehsal prosesinə öz tövhəsini verməyən şöbələr.

Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin