Menecment kafedrasnıın müəllimi A. O. Məmmədova



Yüklə 110,18 Kb.
səhifə15/15
tarix31.12.2021
ölçüsü110,18 Kb.
#112711
1   ...   7   8   9   10   11   12   13   14   15
ASEU TEACHERFILE WEB 2547335079754092729.docx 1608707786

e) Matris idarəetmə strukturu (ikitərəfli quruluş)

Layihə qrupunun üzvləri həm layihə rəhbərinə, həm də mütəmadi olaraq çalışdıqları bölmə rəhbərlərinə tabedir. Təşkilatın matris strukturu ilə qurulması praktiki reallaşmaq üçün ən mürəkkəb olan növdür. Lakin müəyyən şəraitlərdə belə quurluş çox effektivdir. Məsələn matris strukturu o zaman istifadə olunur ki, xarici mühitə uyğunlaşmaq üçün təşkilatdan mürəkkəb fəaliyyət sistemi tələb olunsun. Üstün cəhətlər olaraq, ətraf mühitə qarşı çeviklik, ümumi və xüsusi ixtisaslaşma, bütün işçilər üçün iş tapşırıqlarının məzmununun zənginləşdirilməsini qeyd etmək olar. Mənfi cəhətlər isə bəzən layihə və bölmə rəhbərləri arasında ziddiyyətlərin yaranması, layihə qruplarının koordinasiyasının mürəkkəbliyi, insan münasibətləri üzrə əməkdaşların təlimlənməsi zərurətini nümunə gətirmək olar. Matris strukturunun tətbiqi kifayət qədər yüksək səviyyədə korporativ mədəniyyət və işçilərin təcrübəsi olan təşkilatlarda yaxşı təsirə malikdir (Toyota şirkəti matris strukturunun tətbiqinə təxminən 10 il sərf etdi).


Xətti və funksional rəhbərlər arasında fərqlər: xətti rəhbərlər işçiləri istiqamətləndirir, koordinasiya edir, stimullaşdırır (team leader, müəssisə direktoru, təlimçilər), funksional rəhbərlər isə işçiləri sırf normativ-tənzimləyici fəaliyyət üzrə idarə edir, yəni funksional rəhbər işin texnoloji tərəfi ilə bağlıdır, xətti rəhbər isə standart tapşırıqlar nümunəsi ilə deyil - şəxsi keyfiyyətləri ilə idarəetməni həyata keçirir.

 


  1. Funksional struktur: 1) texnoloji struktur – məhsulun istehsalı ilə bağlı bütün proseslər; 2) təşkilati-idarəetmə strukturu – şaquli və üfüqi formada idarəetmə sistemi; 3) iqtisadi struktur - əmək haqqı və gəlirin bölüşdürülməsi; 4) sosial-psixoloji struktur – kollektivdə idarə edənlər və tabe olunanlar münasibətləri.

  2. Rol struktur (Şirkətin işçiləri arasında yaradıcı, kommunikativ və davranış rollarının bölüşdürülməsi.Yaradıcı rollar – təşəbbüskarlar, ixtiraçılar və təşkilatçılara aid olan rollardır, bu işçilər problemlərin həlli üçün hər zaman alternativ çıxış yolu axtarır.Kommunikativ rollar – hər hansısa qərarın qəbulu zamanı işçilərin informasiya mübadiləsi prosesində iştiraki səviyyəsini göstərir.Davranış rolları – işçilərin istehsalda, istirahətdə və ya münaqişəli situasiyada kollektivdə mühüm yer tutduğu rollardır). Rol strukturunun müəyyənləşdirilməsinin əsas üsulları sosial-psixoloji metodlar, test, müşahidə, bioqrafik və kadr məlumatlarının təhlili, kadr attestasiyası, rol oyunlarının nəticələri və s. Rəhbərin öz idarəedici rolunu məharətlə bacarması kollektivin ümumi fəaliyyətini effektiv istiqamətləndirir, destruktiv psixoloji münaqişələrin sayını aşağı salır, mürəkkəb qərarların qəbulunda yardımçı olur;

  3. Sosial struktur: sosioloqlar təşkilatın iki əsas hissəsinin ayırır – formal və qeyri-formal. Formal (inzibati) struktur təşkilatın bölmələri arasında funksiyaların bölüşdürülməsi; öhdəliklərin subordinasiyası – müxtəlif çətinlik səviyyəsi olan qərarların qəbulunda məsuliyyətin müəyyən olunması; kommunikasiyalar sistemi - məlumatın ötürülməsi vasitələri, kanalları; idarəetmə sistemi – idarəetmə fəaliyyətinin təşkili. Qeyri-formal struktur fərdlərin, kollektivdə kiçik qrupların və onların müasibətlərinin inkişafını göstərir.

  4. Ştat strukturu: Ştat strukturuna daxildir: şöbələrin tərkibi, vəzifələrin təsnifatı, tarif maaşları və əmək haqqı fondu, müəssisənin ştat cədvəli (struktur bölmələrin tərkibi, vəzifələrin təsnifatı, tarif maaşları, əməkdə iştirak etmə əmsalları, işçilərin ümumi sayı). Ştat – işə qəbul edən şəxslə imzalanan əmək müqaviləsi əsasında çalışanların sayıdır. Ştatdan kənar çalışan əməkdaşlar tarif əmək haqqısını alsalar belə, vəzifəyə uyğun müvafiq sosial imtiyazları almaq hüququnu itirirlər;

  5. Bölmələrin strukturu;

  6. İdarə aparatının strukturu (Təşkilati struktur)

  7. Bölmələrin istehsal və funksional strukturu: istehsal bölmələrinin faliyyəti, istehsal proseslərinin təşkili, texnoloji (istehsal) prosesə uyğun olaraq iş yerlərinin sayı, texnoloji təminat və xidmət və onların qarşılıqlı əlaqələri və s.




Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin