3. Mənfəət və zərər haqqında konsolidə edilmiş hesabat Mənfəət və zərər haqqında konsolidə edilmiş hesabat hər qrup şirkətinin mənfəət və zərər haqqında hesabatının sətirbəsətir birləşdirilməsi əsasında hazırlanır.Yəni mənfəət və zərər haqqında konsolidə edilmiş hesabatın hazırlanmsı üçün istifadə olunan məlumat mənbəyi qrupa daxil olan ayrı-ayrı müəssisələrin fərdi hesabatlarıdır. Mənfəət və zərər haqqında konsolidə edilmiş hesabat qrupun gəlir və xərclərini vahid müəssisə şəklində icmal edir. Konsolidasiya proseduru eyni qaydadır: hər şeyə sahib olduğunuz kimi konsolidə edin, sonra hansı hissəyə sahib olmadığınızı qeyd edin.
Nümunə: A şirkəti 2014-ci ildə yeni təsis olunan B şirkətinin adi səhmlərinin 80%-ni əldə edib. Hər iki şirkətin hesabat ili 31 dekabr günü bitir. 31 dekabr 2016-cı ildə hər 2 şirkətin yekun mənfəət və zərər haqqında hesabatları verilib. MZH konsolidə edilmiş maliyyə hesabatını quraq:
Sonuncu sətirə qədər B şirkətinin tam olaraq il üzrə mənfəət nəticələri qrup payına və nəzarət edilə bilməyən iştirak paylarına istinad edilmədən daxil edilmişdir. Sonra isə il üzrə məənfəət qrup və nəzarət edilə bilməyən iştirak payları arasında bölünmüşdür.