5. İl ərzində qismən satınalınmalar
Əgər törəmə müəssisə il ərzində satın alınıbsa, konsolidasiya zamanı mənfəət və zərər haqqında hesabatın satınalmadan sonrakı elementləri nəzərə alınmalıdır.
Törəmə müəssisənin cəmi bölüşdürülməmiş mənfəəti hesabından həm nəzarət edilə bilməyən iştirak paylarını, həm də satınalmadan əvvəlki bölüşdürülməmiş mənfəətdə qrupun payını çıxarmalıyıq.
Əvvəlki fəsildə nəzərdən keçirdiyimiz kimi, törəmə müəssisə hesabat ili ərzində alınıbsa, satınalmadan əvvəl əldə edilmiş mənfəəti və satınalmadan sonra əldə edilmiş mənfəəti ayırmaq lazımdır.
Beləliklə, ilk olaraq, törəmə müəssisənin bütün mənfəət və zərər hesabatını satınalmadan əvvəlki və sonrakı hissələrə ayırmalıyıq. Mənfəət və zərər haqqında konsolidə edilmiş hesabatda yalnız satınalmadan sonrakı rəqəmlər daxil edilir.
Nümunə: A şirkəti B şirkətinin 80%-ni 1 may 2014-cü ildə alır.Hər iki şirkətin 31 dekabr 2014 tarixinə olan MZH hesabatı verilib. Bu hesabat əsasında konsolidə edilmiş mənfəət zərər haqqında hesabat hazırlıyaq :
Nəticə
Bu yazılanlardan belə nəticə çıxır ki, konsolidə edilmiş mənfəət zərər hesabatı hazırlanarkən hər iki şirkətin (ana və törəmə) mənfəət zərər hesabatlarnda olan bütün elementlər (gəlir, xərc, vergi xərcləri və s.) toplanır və sonda ana şirkətin birgə mənfəətdə payı, və onun birgə mənfəətdə nəzarət edə bilmədiyi hissə göstərilir. Təbii ki, əgər qrup daxili satışlar olubsa qrupdaxili fəaliyyətlərdən satış gəliri və satışın maya dəyərini çıxarılır.
Ədəbiyyat
F3 Mühasibat uçotu (Beynəlxalq əsaslarla) BPP Learning Media LTD;
Beynəlxalq Maliyyə Hesabatı Standartları Üzrə Milli Diplom GRBS® (“G&R Business Services” LLC)
Mühasibat (Maliyyə hesabatı) dərs vəsaiti S.M.Səbzəliyev iqtisad elmlər doktoru,dosent
Dostları ilə paylaş: |