Ədədin hasilə bölünməsi
Xassə. Ədədi hasilə bölmək üçün verilmiş ədədi vuruqlara ardıcıl bölmək lazımdır.
Qismətin ədədə bölünməsi
Xassə. Qisməti ədədə bölmək üçün bölünəni bölənlə ədədin hasilinə bölmək lazımdır və ya bölünəni ədədə bölüb alınan qisməti bölənə bölmək lazımdır.
və ya
Ədədin qismətə bölünməsi
Xassə. Ədədi qismətə bölmək üçün onu bölənə vurub alınan hasili bölünənə bölmək lazımdır və ya ədədi bölünənə bölüb ( mümkündürsə), alınan qisməti bölənə vurmaq lazımdır.
və ya
Tutaq ki, mənfi olmayan və ədədlərinə görə mənfi olmayan ədədini
tapmağa imkan verən bölmə əməli təyin edilmişdir. ( ədədi - nin bölünənidir ). və komponentlərinin dəyişməsi ilə qismətinin necə dəyişdiyini araşdıraq. natural ədəd olsun.
Bölünəni dəfə artırıb, böləni dəyişmədikdə qismət dəfə artar.
Böləni dəfə artırıb, bölünəni dəyişmədikdə qismət dəfə azalar.
Böləni dəfə azaldıb, bölünəni dəyişmədikdə qismət dəfə artar.
Bölünəni və böləni eyni zamanda dəfə artırsaq və ya azaltsaq qismət dəyişmir.
Əməllər sırası
Toplama, çıxma, vurma və bölmə əməllərinin hamısının daxil olduğu ədədi ifadələrin qiymətlərinin tapılması zamanı ədədlər üzərində hesab əməllərinin eyni zamanda yerinə yetirilməsi zərurəti yaranır. Bu halda dörd hesab əməlinin hansı ardıcıllıqla yerinə yetirilməsinə dəqiq əməl etmək ən mühüm tələblərdəndir. Toplama və çıxma əməlləri birinci pilləli əməllər, vurma və bölmə əməlləri isə ikinci pilləli əməllər qrupuna daxil edilmişdir. Bu prinsipə görə əməllərin yerinə yetirilməsi sırası aşağıdakı qaydalara əsaslanır.
Qayda 1. Əgər verilmiş ədədi ifadə eyni pilləli əməllərdən düzəlmişsə və ifadədə mötərizələr iştirak etmirsə, onda əməllər yazıldıqları sıraya uyğun soldan sağa doğru ardıcıllıqla yerinə yetirilir. Məsələn,
Qayda 2. Əgər verilmiş ifadə həm birinci, həm də ikinci pilləli əməllərin köməyilə düzəlmişsə və ifadədə mötərizələr iştirak etmirsə, onda əvvəlcə ikinci pilləli əməllər, sonra isə birinci pilləli əməllər yerinə yetirilir. Məsələn,
1)
2)
Qayda 3. Əgər verilmiş ifadə həm əməl işarələrinin, həm də mötərizələrin köməyilə düzəlmişsə , onda əvvəlcə mötərizənin daxilindəki əməlləri yerinə yetirib mötərizələri açmaq və sonra alınan ifadəni hesablamaq lazımdır.
Aydındır ki, bu zaman birinci və ikinci qaydaların gözlənilməsi zəruridir. Məsələn,
Dostları ilə paylaş: |