Mənim yaşıl şəhərim!


Müəllim və şagirdlərin rolu



Yüklə 43,81 Kb.
səhifə4/5
tarix05.01.2022
ölçüsü43,81 Kb.
#76600
1   2   3   4   5
Müəllim və şagirdlərin rolu

  • Məktəb rəhbərliyini layihə ilə tanış edir, layihənin həyata keçməsi üçün şagirdlərə icazə alınır.

  • Layihədə iştirak edəcək şagirdlərin valideynlərini layihə ilə tanış edir və icazə alınır.

  • Şəhər Təhsil Şöbəsini layihə ilə tanış edir və layihənin həyata keçməsi üçün icazə istənilir.

  • Sumqayıt Şəhər İcra Hakimiyyətinin xidməti heyətinə müraciət edərək layihənin gedişatına icazə alınır.

İştirak edən şagirdlər qruplara bölünür.Məlumdur ki, belə layihələr şagirdlərin tətillərini səmərəli keçirmələrinə də səbəb olur.Təcrübəmizə əsasən deyə bilərik ki,belə layihələrə şagirdlər həvəslə qoşulurlar.Onlar il ərzində mövzu ilə bağlı təqdimatlar hazırlayırlar.

I qrup-“Mənim yaşıl şəhərim!”adlı poster hazırlayir.Heydər Əliyev adına parkın təmizliyinə nəzarət edir.Parkdakı zibilləri təmizləyir.İnsanları müşahidə edir.Heydər Əliyev Parkı haqqında Power Point sənəd hazırlayır.Məktəbimiz haqqında videoçarx hazırlayır.Təmizlik nə üçün vacibdir?sualına cavab axtarır.(müsahibə alır)Bu mövzu haqqında həm ana dilində həm də ingilis dilində təqdimat hazırlayırlar.



II qrup –“Ağaclar ağciyərimizdir!”adlı poster hazırlayır.Sumqayıt Bulvarında təmizlik işləri aparır.“Mənim şəhərim ” haqqındaPower Point da slayd və videorolik hazırlayır.”Kəsilmiş ağacların harayı!”adlı təqdimat hazırlayır.Şəhəriniz harada yerləşir?Xəritədə şəhərinizi qeyd edin.(Twinspace üçün)



III qrup- “Yaşa və yarat” adlı poster hazırlayır.Lüdviqşafen parkında və ətraf küçələrdə təmizlik işləri aparır.“My country”(Mənim ölkəm)haqqında videorolik və Power Point sənədində təqdimat hazırlayacaqlar.”Çiçəklənən şəhərimizi necə qoruyuruq?” Sualı ilə şəhər sakinlərinə müraciət.Ölkənizi xəritədə tapıb qeyd edin.Ölkəniz hansı ölkələrlə həmsərhəddir?Harada yerləşir?(şimal,cənub...)Ölkənizin mədəniyyətini, tarixini,görməli yerlərini,təbii sərvətlərini,resurslarını təqdimatda əks etdirin.(tüinspace üçün )

Qeyd: Hərəmiz bir ağac əkək aksiyası da hər 3 qrupa aiddir.

Hər qrupun işi üçün gün təyin olunacaq.Hər qrupda 8-10 nəfər iştirak edəcək.

Şagirdlərin üzərində Layihənin adı və loqosu yazılan geyimlər olacaq. Onlara əlcəklər, zibilləri toplamaq üçün paketlər,ağac əkmək üçün bel,ağac... lazım olacaq.Bütün bunlara görə müvafiq təşkilatlara müraciət nəzərdə tutulur.

Şagirdlər layihənin məqsədi ilə tanış olandan sonra layihə müəlliflərilə birgə işə başlayırlar .Bu layihə bir neçə ay davam edə bilər.Bütün işlər,məlumatlar hazır olandan sonra eTwinning portalında Layihənin twinspace-inde yerləşdirilir.

https://live.etwinning.net/projects

Burada digər ölkələrin də hazırladıqları məlumatlar yerləşdirirlir. Təyin olunmuş gündə skype görüşü vasitəsilə

1)Özünü təqdim edir.

2) Ölkəsini təqdim edir.

3)Şəhərini təqdim edir.

4)Məktəbini təqdim edir.

5) Hazırladıqları məlumatı təqdim edir.

Bu zaman şagirdin ingilis dili danışıq bacarığı təkmilləşir,eyni zamanda əks tərəfin də hazırladıqlarını görmüş olur və mədəniyyətlərarası,ölkələrarası əlaqə genişləndirirlir.




Yüklə 43,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin