Yaş qrupu 12-16 yaş arası sagirdlərə nəzərdə tutulub.
İşin qısa təsviri
Bilirik ki yaşadığımız müasir zəmanədə beynəlxalq dil ingilis dili olaraq dillər arasında üstünlük təşkil edir.Oxu,yazı,dinləmə və danışma bacarığını möhkəmlətmək üçün belə layihələrin rolu böyükdür.Bu layihə bir neçə ölkələr arasında həyata keçiriləcək.Layihədə Azərbaycan,Gürcüstan,Türkiyə, Serbiya,Ruminiya,Fransa məktəblilərinin də iştirakı nəzərdə tutulub.
Layihəyə 11-16 yaş səviyyəsində şagirdlərin qoşulması nəzərdə tutulur.Hər ölkə əvvəl özünü,sonra ölkəsini,şəhərini və nəhayət məktəbini təqdim etməlidir.Daha sonra isə şagirdlər gördükləri işləri 1.Təqdimat 2.Şəkillər 3.Video şəklində təqdim edəcəklər.İşin getmə prosesi isə e-Twinning twinspace səhifəsində həyata keçiriləcək.Avropa ölkələrin məktəbliləri ilə Skype bağlantılar olacaq və bu zaman şagirdlərözlərini,təqdimatlarını,Posterləri dəqarşı tərəflə paylaşacaq.Skype bağlantı zamanı layihəyə dəstək olacaq təşkilatların nümayəndələri də iştirak edə bilər.Şagirdlər burada İKT bacarıqlarından da istifadə etmiş olacaqlar.
Dostları ilə paylaş: |