Mövzu “ Mənim yaşıl şəhərim!”
Problem
Bəşəriyyətin inkişaf tarixinə bir neçə dövr qeyd olunmuşdur: dəmir, bürünc, mis dövrləri və s. Bizim yaşadığımız XX və XXI yüzilliklərdə tarix də güman ki, texniki tərəqqi əsri kimi qeyd ediləcək. Həqiqətən də nüvə enerjisinin kəşfi, kosmosun fəthi, lazerşüasının cilalanması və başqa nəaliyyətlərləsəciyyələnən XX yüzilliyin məşəqqətli təzadları da az olmamışdır. Dünya müharibələri, ictimai-siyasi və iqttisadi inqilablar, çəkişmələr araşdırdığımız dövrün ən böyük bəlası, ümumbəşəri miqyaslı təhlükə kimi qəbul olunan təzadlar və ekoloji böhrandır. Lap yaxın keçmişlə, yəni XX əsrin 50-60-cı illərilə müqayisə edilərsə son on illiklərdə ekoloji böhran barədə söz-söhbət daha tez-tez təkrarlanır. Çox dan sübut olunmuşdur ki, insan cəmiyyəti mövcud olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün canlılardan fərqli olaraq insan öz mühitini özü korlayır, zibilləyir, zəhərləyir və bununla da özünə və təbiətə qəsd etmiş olur. Əgər uzaq əcdadlarımız sapandla, dəyənəklə, ox-nizə ilə ov edirdilərsə, müasir insan bir göz qırpımında dünyanı alt-üst etmək qüdrətinə malik silahlara və texniki vasitələrə yiyələnmişlər. Məhz ona görə də müasir insan geoloji amil sayılır. Axı o, təbiətin iki milyon il ərzində yaratdığı faydalı qazıntı məhsullarını başlıca olaraq sonuncu yüzillik də mənimsəmişdir. Qədim mənbələrdən məlumdur ki, hələ eramızdan 5-6 əsr öncə Misirdə 6 misəridən zaman havanı korlayan, açıq suları çirkləndirən miskərlərə qarşı xüsusi cəza tədbirləri nəzərdə tutulmuşdur. Bizim eranın 12-13-cü yüzilliklərində Fransada Sena çayına rəngli, çirkli su axıdan emalatxana ləğve dilmiş, günahkarlar cəzalandırılmışlar. Deməli, ətraf mühitin qorunması qayğıları adamları yüzillərdən bəri narahat edir. Bununla belə biosferin vəziyəti ilbəil ağırlaşır, həyata milləri sayılan suyun, havanın, torpağın keyfiyyəti pisləşir. Çağdaş dünyamızda ekoloji böhranın ümumbəşəri təhlükə olmasına heç kim şübhə etmir. Məhz ona görə də qlobal ekoloji təhlükənin hamımıza aid olmasını qəlbən şüurlu olaraq dərk etməklə, əməli iş üçün həm birgə, həm də fərdi təşəbbüslər göstərməliyik.Ətraf mühitin mühafizəsi problemləri hazırda əsasən 3 başlıca səviyyədə həll olunur: Ölkə, regional və qlobal səviyyədə.
Biz isə ilk olaraq öz şəhərimiz olan Sumqayıtdan başlamaq istəyirik.Məqsədimiz bu layihəyə başqa şəhərləri də qoşub ölkəmizə az da olsa xeyir vermək və onun üçün əlimizdən gələni əsirgəməməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2016-cı il tarixli sərəncamı ilə isə Sumqayıtda çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat ayrılıb.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü və rəhbərliyi altında cəmi 8 aya inşa edilən, açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "möcüzə" adlandırdığı bu bulvarın dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici və perspektivlidir. İspaniyanın paytaxtı Madrid şəhərində 24-cü Beynəlxalq Üstünlük və liderlik forumu keçirilib. Forumda xüsusi seçimlə öz sahəsinin üstünü və lideri olan 20 dünya öncülünə "İnternational Award for Excellence & Lider ship" (beynəlxalq üstünlük və liderlk) mükafatı təqdim edilib.Sumqayıtımız da onların arasındadır.
Biz Sumqayıt şəhər 26 № li tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Şükürova Arzu və ingilis dili müəllimi Qafarova Könül şagirdlərlə birlikdə “Mənim təmiz şəhərim”komandasını yaratdıq.
Məqsəd
Şəhərimizi ətraf mühit çirklənməsindən qoruyur. Ətraf mühitin qorunması ilə bağlı bacarıqları nümayiş etdirir.Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.Gündəlik həyatda ətraf aləm və onun təmizliyinin qorunması qaydalarına əməl edir.Etwining portalında layihəni Avropa məktəblilərilə paylaşaraq Avropa məktəlilərini də belə layihələrə cəlb edir.Eyni zamanda xarici dildə(ingilis dili) dinləyib anlama,danışma,oxu,yazı bacarığını da möhkəmlədir.
Nəticə
Şəhərin küçə və parklarında təmizlik işləri aparır
“Hərəyə bir ağac əkək!”( Ümummilli liderimiz Heydər Əliyevin nəsihəti)
Ətrafdakı insanlara “Mənim yaşıl şəhərim!”!şüarını aşılayır.
Ətraf mühitin təmizliyi üçün təbliğat xarakterli Posterlər hazırlayır.
Etwinning portalında bu layihə yerləşdirirlir.Şagirdlərin bütün işləri orada twinspace-də özəksini tapır və layihəyə bir neçə Avropa ölkələrinin məktəbləri,müəllim və məktəbliləri cəlb edilir.Skype bağlantılar olur.
Hər bir ölkə də öz ölkəsində görəcəyi ekoloji təmizlik haqqında layihənin məqsədinə uyğun işlər görür.Danışıq dili isə təbii ki ingilis dilidir.Biz bir neçə belə layihədə iştirak etmişik.Təcrübəmiz var. Regionlararası danışıqlar zamanı ingilis dilində dinləyib anlama və danışma bacarığı da möhkəmləndirilir.
https://live.etwinning.net/projects
Standartlar
Ana dili VII sinif
2.1.3. Müzakirədə deyilən müxtəlif fikirlərə münasibət bildirir.
Ana dili VIII sinif
4.1.1. Topladığı fakt və məlumatlara münasibətini bildirir.
Ana dili X sinif
4.1.1. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.
4.1.4. Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.
İngilis dili VII sinif
1.1.1. Müraciətlərə uyğun tapşırıqları icra edir.
2.1.2. Dialoqlarda nitq etiketlərindən istifadə edir.
2.1.3. Mövzu ilə bağlı fikirlərini müxtəlif formalarda ifadə edir.
4.1.4. Afişa və dəvətnamə yazır.
İngilis dili X sinif
2.1.1. Fakt və hadisələri şərh edir.
2.1.2. Müxtəlif mövqeli fikirlərə münasibət bildirir.
2.1.3. Ümumiləşdirmə aparmaqla fikirlərini şərh edir.
4.1.4. Hesabat və çıxışlar hazırlayır.
Cografiya VIII sinif
3.2.5. Ekoloji problemlərin insan həyatına təsirini izah edir.
Cografiya X sinif
2.1.1. Yer qabığında dəyişikliklərə dair proqnozlar verir.
3.2.5. Qlobal ekoloji problemlərin yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.
Biologiya VII sinif
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.
4.2.1.Yerli şəraitdə canlıların qorunmasına dairmüşahidələr əsasındamülahizərini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir.
Biologiya VIII sinif
4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izahedir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.
4.2.2.Gündəlik həyatda ətraf aləm və onun təmizliyinin qorunması qaydalarına əməl edir.
Biologiya X sinif
3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat, təqdimat hazırlayır.
3.2.2. Sağlam həyatt ərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır.
4.2.1. Qlobalekolojiproblemlərvəonlarınhəlliyollarıhaqqındatəqdimatlaredir.
4.2.2. Təbiişəraitdəekolojitarazlığınqorunmasınınəhəmiyyətinişərhedir, referatlarhazırlayır.
İnformatika
2.2.4. Hazırladığı veb-səhifə üzrə təqdimatlar edir.(Xsinif)
2.2.4; Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarığını nümayiş etdirir.(IX sinif)
3.2.2;Mətn redaktorunda cədvəl və diaqramlar qurur.
3.3.2;Elektron poçtda fayllarla işləyir.
Yaş qrupu 12-16 yaş arası sagirdlərə nəzərdə tutulub.
İşin qısa təsviri
Bilirik ki yaşadığımız müasir zəmanədə beynəlxalq dil ingilis dili olaraq dillər arasında üstünlük təşkil edir.Oxu,yazı,dinləmə və danışma bacarığını möhkəmlətmək üçün belə layihələrin rolu böyükdür.Bu layihə bir neçə ölkələr arasında həyata keçiriləcək.Layihədə Azərbaycan,Gürcüstan,Türkiyə, Serbiya,Ruminiya,Fransa məktəblilərinin də iştirakı nəzərdə tutulub.
Layihəyə 11-16 yaş səviyyəsində şagirdlərin qoşulması nəzərdə tutulur.Hər ölkə əvvəl özünü,sonra ölkəsini,şəhərini və nəhayət məktəbini təqdim etməlidir.Daha sonra isə şagirdlər gördükləri işləri 1.Təqdimat 2.Şəkillər 3.Video şəklində təqdim edəcəklər.İşin getmə prosesi isə e-Twinning twinspace səhifəsində həyata keçiriləcək.Avropa ölkələrin məktəbliləri ilə Skype bağlantılar olacaq və bu zaman şagirdlərözlərini,təqdimatlarını,Posterləri dəqarşı tərəflə paylaşacaq.Skype bağlantı zamanı layihəyə dəstək olacaq təşkilatların nümayəndələri də iştirak edə bilər.Şagirdlər burada İKT bacarıqlarından da istifadə etmiş olacaqlar.
Müəllim və şagirdlərin rolu
-
Məktəb rəhbərliyini layihə ilə tanış edir, layihənin həyata keçməsi üçün şagirdlərə icazə alınır.
-
Layihədə iştirak edəcək şagirdlərin valideynlərini layihə ilə tanış edir və icazə alınır.
-
Şəhər Təhsil Şöbəsini layihə ilə tanış edir və layihənin həyata keçməsi üçün icazə istənilir.
-
Sumqayıt Şəhər İcra Hakimiyyətinin xidməti heyətinə müraciət edərək layihənin gedişatına icazə alınır.
İştirak edən şagirdlər qruplara bölünür.Məlumdur ki, belə layihələr şagirdlərin tətillərini səmərəli keçirmələrinə də səbəb olur.Təcrübəmizə əsasən deyə bilərik ki,belə layihələrə şagirdlər həvəslə qoşulurlar.Onlar il ərzində mövzu ilə bağlı təqdimatlar hazırlayırlar.
I qrup-“Mənim yaşıl şəhərim!”adlı poster hazırlayir.Heydər Əliyev adına parkın təmizliyinə nəzarət edir.Parkdakı zibilləri təmizləyir.İnsanları müşahidə edir.Heydər Əliyev Parkı haqqında Power Point sənəd hazırlayır.Məktəbimiz haqqında videoçarx hazırlayır.Təmizlik nə üçün vacibdir?sualına cavab axtarır.(müsahibə alır)Bu mövzu haqqında həm ana dilində həm də ingilis dilində təqdimat hazırlayırlar.
II qrup –“Ağaclar ağciyərimizdir!”adlı poster hazırlayır.Sumqayıt Bulvarında təmizlik işləri aparır.“Mənim şəhərim ” haqqındaPower Point da slayd və videorolik hazırlayır.”Kəsilmiş ağacların harayı!”adlı təqdimat hazırlayır.Şəhəriniz harada yerləşir?Xəritədə şəhərinizi qeyd edin.(Twinspace üçün)
III qrup- “Yaşa və yarat” adlı poster hazırlayır.Lüdviqşafen parkında və ətraf küçələrdə təmizlik işləri aparır.“My country”(Mənim ölkəm)haqqında videorolik və Power Point sənədində təqdimat hazırlayacaqlar.”Çiçəklənən şəhərimizi necə qoruyuruq?” Sualı ilə şəhər sakinlərinə müraciət.Ölkənizi xəritədə tapıb qeyd edin.Ölkəniz hansı ölkələrlə həmsərhəddir?Harada yerləşir?(şimal,cənub...)Ölkənizin mədəniyyətini, tarixini,görməli yerlərini,təbii sərvətlərini,resurslarını təqdimatda əks etdirin.(tüinspace üçün )
Qeyd: Hərəmiz bir ağac əkək aksiyası da hər 3 qrupa aiddir.
Hər qrupun işi üçün gün təyin olunacaq.Hər qrupda 8-10 nəfər iştirak edəcək.
Şagirdlərin üzərində Layihənin adı və loqosu yazılan geyimlər olacaq. Onlara əlcəklər, zibilləri toplamaq üçün paketlər,ağac əkmək üçün bel,ağac... lazım olacaq.Bütün bunlara görə müvafiq təşkilatlara müraciət nəzərdə tutulur.
Şagirdlər layihənin məqsədi ilə tanış olandan sonra layihə müəlliflərilə birgə işə başlayırlar .Bu layihə bir neçə ay davam edə bilər.Bütün işlər,məlumatlar hazır olandan sonra eTwinning portalında Layihənin twinspace-inde yerləşdirilir.
https://live.etwinning.net/projects
Burada digər ölkələrin də hazırladıqları məlumatlar yerləşdirirlir. Təyin olunmuş gündə skype görüşü vasitəsilə
1)Özünü təqdim edir.
2) Ölkəsini təqdim edir.
3)Şəhərini təqdim edir.
4)Məktəbini təqdim edir.
5) Hazırladıqları məlumatı təqdim edir.
Bu zaman şagirdin ingilis dili danışıq bacarığı təkmilləşir,eyni zamanda əks tərəfin də hazırladıqlarını görmüş olur və mədəniyyətlərarası,ölkələrarası əlaqə genişləndirirlir.
Lazım olan materiallar
Posterlər.Əlcəklər.Köynəklər.Bellər.Zibil paketləri.
Layihəyə köməklik göstərəcək təşkilatlar.
Sumqayıt şəhər 26 saylı tam orta məktəb.
Sumqayıt şəhər Təhsil Şöbəsi
Sumqayıt Şəhər İcra hakimiyyəti
SOCAR təşkilatı
Qiymətləndirmə
Layihədə iştirak etmiş şagirdlər mükafatlandırılır.(Gəzintilər təşkil olunur)
Sonda Heydər Əliyev Mərkəzində Mənim təmiz şəhərim adlı seminar keçirilir.Seminara Sumqayıt şəhərinin bütün məktəblərindən nümayəndələr dəvət olunur.Görülən işlər təqdim olunur və belə layihələrin davamlı olması vurğulanır.
Layihənin tarixi 2017-2018 tədris ili
Layihənin çöldə görüləcək işlərinin vaxtı
Payız tətili(16-20 noyabr) Qış tətili (27-31 yanvar) Yaz tətili (20-26 mart)
Mənbə və Resurslar
http://anl.az/el/Kitab/2014/Azf-278359.pdf
http://www.almazhasret.com/?p=595
http://82.194.5.14/images/kurikulumTam/Azrbaycan%20dili%20dvlt%20dili%20kimi.pdf
http://anl.az/down/meqale/ayna/2011/yanvar/150595.htm
http://eco.gov.az/az/9-elaqe
https://azvision.az/news/121092/sumqayit-bulvari-avropada-mukafat-aldi.html
Dostları ilə paylaş: |