Məqalə və MÜsahiBƏLƏR


Təhsil qanunu hazırlayanlar



Yüklə 0,68 Mb.
səhifə16/31
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#110126
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Təhsil qanunu hazırlayanlar

prezidentə müraciət edəcəklər
Qanun layihəsində təkcə prinsiplər yox,

anlayışlar da dəyişdirilib.

Müsahiblərimiz Təhsil Naziri Misir Mərdənov, Milli Məclisdə «Təhsil haqqında» qanun layihəsini hazır­layan Elm Təhsil Daimi Komissiyasının sədri Şahlar Əsgərov Azərbaycan Universitetinin rektoru, professor Səlahəddin Xəlilovdur.

Misir müəllim, «Təhsil haqqında» qanun layihəsindən niyə na­ra­zısız?



Misir Mərdanov: Əvvəla, bu il Milli Məclisdə müzakirə olun­ma­sı nəzərdə tutulan «Təhsil haqqında» qanun layihəsi üzərində iş bitmədiyindən son variant hələlik ortalığa çıxmayıb.

Mən bilən sözügedən layihə parlamentin birinci oxunuşundan keçib.



M. Mərdanov: Birinci oxunuş çoxdan olub. Mən payız ses­si­ya­sın­da müzakirəsi gözlənilən layihəni nəzərdə tuturam. Layihənin mü­za­kirə olunun əvvəlki variantı ilə bağlı biz irad və təkliflərimizi ver­miş­dik. Güman edirəm ki, Milli Məclisin Elm və Təhsil Daimi Ko­mis­si­yası təkliflərimizi nəzərə alıb. Əlbəttə, irəli sürdüyümüz təkliflərin ha­mısı qəbul olunmayıb. Güman edirəm ki, qanun layihəsi mü­za­ki­rəyə çıxarılmazdan əvvəl yenidən tanış olmaq üçün bizə təqdim olu­na­caq. Layihədə nazirliklə komissiya arasında ciddi narazılığa səbəb olan məqamlar çoxdur. Əminəm ki, bu qanun Azərbaycan ictimaiy­yə­ti­ni və hər bir ailənin ciddi maraqlandırır. Məhz ona görə də layihə üzə­rində beş ildir ki, iş gedir. İldən-ilə qanun layihəsi ilə bağlı fikirlər ha­çalanır. Bu da təbiidir. Amma parlamentin payız sessiyasında mü­zakirələrə təqdim olunacaq qanun layihəsi barədə mən heç nə deyə bilmərəm. Çünki layihə haqqında məlumatım yoxdur. Müzakirəyə çıxarılanda irad və təkliflərimizi bildirəcəyik.

Şahlar müəllim, sizə elə gəlmirmi ki, Təhsil Nazirliyi «Təhsil haq­qında» qanun layihəsinin hazırlanma prosesində birbaşa iştirak etməlidir?




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin