Təhsil qanunu hazırlayanlar
prezidentə müraciət edəcəklər
Qanun layihəsində təkcə prinsiplər yox,
anlayışlar da dəyişdirilib.
Müsahiblərimiz Təhsil Naziri Misir Mərdənov, Milli Məclisdə «Təhsil haqqında» qanun layihəsini hazırlayan Elm və Təhsil Daimi Komissiyasının sədri Şahlar Əsgərov və Azərbaycan Universitetinin rektoru, professor Səlahəddin Xəlilovdur.
– Misir müəllim, «Təhsil haqqında» qanun layihəsindən niyə narazısız?
Misir Mərdanov: Əvvəla, bu il Milli Məclisdə müzakirə olunması nəzərdə tutulan «Təhsil haqqında» qanun layihəsi üzərində iş bitmədiyindən son variant hələlik ortalığa çıxmayıb.
– Mən bilən sözügedən layihə parlamentin birinci oxunuşundan keçib.
M. Mərdanov: Birinci oxunuş çoxdan olub. Mən payız sessiyasında müzakirəsi gözlənilən layihəni nəzərdə tuturam. Layihənin müzakirə olunun əvvəlki variantı ilə bağlı biz irad və təkliflərimizi vermişdik. Güman edirəm ki, Milli Məclisin Elm və Təhsil Daimi Komissiyası təkliflərimizi nəzərə alıb. Əlbəttə, irəli sürdüyümüz təkliflərin hamısı qəbul olunmayıb. Güman edirəm ki, qanun layihəsi müzakirəyə çıxarılmazdan əvvəl yenidən tanış olmaq üçün bizə təqdim olunacaq. Layihədə nazirliklə komissiya arasında ciddi narazılığa səbəb olan məqamlar çoxdur. Əminəm ki, bu qanun Azərbaycan ictimaiyyətini və hər bir ailənin ciddi maraqlandırır. Məhz ona görə də layihə üzərində beş ildir ki, iş gedir. İldən-ilə qanun layihəsi ilə bağlı fikirlər haçalanır. Bu da təbiidir. Amma parlamentin payız sessiyasında müzakirələrə təqdim olunacaq qanun layihəsi barədə mən heç nə deyə bilmərəm. Çünki layihə haqqında məlumatım yoxdur. Müzakirəyə çıxarılanda irad və təkliflərimizi bildirəcəyik.
– Şahlar müəllim, sizə elə gəlmirmi ki, Təhsil Nazirliyi «Təhsil haqqında» qanun layihəsinin hazırlanma prosesində birbaşa iştirak etməlidir?
Dostları ilə paylaş: |