Məqalə və MÜsahiBƏLƏR



Yüklə 0,68 Mb.
səhifə25/31
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#110126
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
Vahid milli testin mahiyyəti nədən ibarətdir sizcə TQDK bu işin öhdəsindən gələ biləcəkmi?

Hesab edirəm ki, hər bir məktəbin ayrı-ayrılıqda imtahan keçirərək attestat verməyindənsə, bu imtahanın mərkəzləşdirilmiş şə­ki­ldə TQDK tərəfindən götürülməsi daha doğrudur. Onu da qeyd edim ki, TQDK-nın adı onun real funksiyasına uyğun deyil. Bu uyğunlaşma gedəndən sonra TQDK-nın ən böyük işi məhz orta mək­təblərin buraxılış imtahanlarını aparmaq olacaq, nəinki tələbə qəbulu. Çünki orta məktəbi bitirənlər sayca daha çoxdur. Ola bilsin ki, bu­rada iki variant olsun: orta məktəbin buraxılış imtahanları mərkəz­ləş­dirilmiş qaydada ayrı keçirilsin və ali məktəbə qəbul prosesi də hazırkı formada qalsın. Şübhəsiz, ən optimal variant odur ki, orta məktəbin buraxılış imtahanlarının nəticələri eyni zamanda tələbə qəbulu üçün də əsas olsun. Mənim əsas təkid etdiyim variant odur ki, orta məktəb­lərdə bilənə də, bilməyənə də attestat vermək praktikası dayandırılsın. Onu da qeyd edim ki, orta məktəbin buraxılış imtahanları bütün bilik sahələrini əhatə edən prinsiplərlə aparılma­lıdır. Bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə ilə söhbətimiz olub. Onların kifayət qədər imkanları var ki, bu prosesi aparsınlar və bu, prinsipcə mümkündür. Hesab edirəm ki, bu, orta məktəb direktorlarının da işini azaldar və onlar ancaq bilik verməklə məşğul olarlar. Bununla da orta məktəblərdə rüşvətlə bağlı dedi-qodu­lar qalxar.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin