Mövzuya ilkin baxış Audit prosesinə təşkilatın üzləşdiyi risklərin sistemli şəkildə araşdırılması və qiymətləndirilməsi prosesidir. Buna görədə auditə başlamazdan əvvəl auditorun yaxşı düşünülmüş və metodik planı olmalıdır. Nələri öyrənəcəyik a) Auditorun ümumi məqsədlərini müəyyən etmək b) Peşəkar skeptizm (şübhələnmək) yanaşması ilə auditin planlaşdırılması və keçirilməsinə, eləcə də peşəkar mühakimənin tətbiqinə olan ehtiyacı müəyyən və təsvir etmək c) Auditin BAS-lara uyğun həyata keçirilməsi, və ona olan ehtiyac
Auditorun ümumi məqsədləri a) Maliyyə hesabatında ümumilliklə saxtakarlıq və ya xətalar üzündən baş verən əhəmiyyətli təhriflərin olmaması haqqında məntiqəuyğun əminlik əldə etmək b) Maliyyə hesabatı haqqında arayış hazırlamaq c) Maliyyə hesabatının hər bir əhəmiyyətli cəhətdən müvafiq maliyyə strukturuna uyğun olması barədə rəy vermək d) Auditorun əldə etdiyi nəticələri uyğun olaraq BAS-ların tələb etdiyi formada məlumat vermək
Auditor öz məqsədlərinə çatmaq üçün aşağıdakı faktorlara nəzərə almalıdır
Peşəkar skeptisizmlə audit ( ayıq-sayıq olmaq, saxtakarlığı müəyyən etmək )
Peşəkar mühakimə tətbiq etmək ( etik tələbləri və BAS-ları izah etməklə bağlı olan məsələlərə aid )
Kifayət qədər müvafiq audit sübutu əldə etmək ( müvafiq audit rəyi əldə etmək üçün )
PEŞƏKAR SKEPTİSİZM ( ŞÜBHƏLƏNMƏK )
Peşəkar skeptisizm – Şübhəli düşüncə tərzi, xəta və ya saxtakarlıq üzündən baş verən təhrifi müəyyən etmək üçün ayıq-sayıq olma və sübutların tənqidi qiymətləndirilməsindən ibarət olan yanaşmadır
1.Auditor həmişə yadda saxlamalıdır ki , rəhbərliyin və ya işçilərin əvvəllər fakt və rəqəmləri qeyd etməsi, onları diqqətdən kənarda saxlamaması və ya səhv qeyd etməməsi onların gələcəkdə də belə davranacaqları anlamına gəlmir
2.Auditor heç də hamıdan şübhələnməməli və ya ona təqdim olunan fakt və rəqəmlərin heç də hamısını araşdırmamalıdır
PEŞƏKAR MÜHAKİMƏ
200 saylı BAS-a görə maliyyə hesabatlarının auditi üzrə planlaşdırma və fəaliyyət həyata keçirərkən auditor peşəkar mühakimədən istifadə etməlidir
PEŞƏKAR MÜHAKİMƏNİN TƏTBİQ EDİLMƏLİ OLDUĞU SAHƏLƏR
c) Qiymətləndirilmiş risklərə müvafiq cavablar hazırlamaq və tətbiq etmək
AUDİTİN BAS-LARA UYĞUN HƏYATA KEÇİRİLMƏSİNƏ OLAN EHTİYACI
Auditi BAS-lara uyğun həyata keçirmək o deməkdir ki, auditor aşağıdakı tələblərə əməl etmişdir
Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun həyata keçirilməsi adı 200 saylı BAS
Auditə aid olan müvafiq BAS-lar
AUDİTİ BAS-LARA UYĞUN HƏYATA KEÇİRMƏK EHTİYYACI
Auditor vəzifəsini yerinə yetirilməsi- Maliyyə hesabatlarının auditini həyata keçirməklə bağlı auditorun vəzifəsi maliyyə hesabatlarının BAS-lara uyğun hazırlanıb-hazırlanmaması ilə bağlı rəy verməkdir. Beləliklə, BAS-lara uyğun olan auditi həyata keçirməklə auditor öz vəzifəsini yerinə yetirir.
Audit işi üçün standartlar təmin edilməsi- BAS-lar bütövlükdə auditorun ümumi məqsadlərinin həyata keçirilməsində audit işi üçün standartlar təmin edir. Bu öz növbəsində audit hesabatlarına qlobal səviyyədə etibarlılıq verir.
Hesabat vermədə ardıcıllıq- Audit BAS-lara uyğun olaraq həyata keçirildikdə hesabat vermədə ardıcıllığa aparıb çıxarır. Bu həm də audit hesabatlarının oxucular üçün anlaşıqlı olmasını təmin edir.