Konik baş ötürmә 1913-cü ildә «Qlisson» firması dairәvi dişli ilişmә icad etdikdәn sonra geniş istifadә edilmәyә başlanıb. Konik ötürmәnin konstruktiv xüsusiyyәti aparan vә aparılan dişli çarxların tәpәlәri bir nöqtәdә yerlәşir. Belә ötürmәnin dişli çarxlarına tәsir edәn qüvvәlәr konik dişli çarxların düzgün ilişmәsini pozmağa çalışır, buna görә dә baş ötürmәnin bütün elementlәri: karter, yastıq qovşaqları lazımi qәdәr sәrt olmalıdır. Konik ötürmәdә adәtәn diyircәkli konik yastıqlar istifadә olunur, sәrtliyi tәmin etmәk üçün onlar da ilkin gәrilmә ilә yerlәşdirilir. Dişli çarx cütünün ilişmә dәqiqliyinin tәsirini azaltmaq üçün aparan dişli çarxın dişlәrinin әyrilik radiusu aparılan dişli çarxın dişlәrinin әyrilik radiusundan bir qәdәr kiçik götürülәr. Konik ötürmәdә dişlәr arasında sürtünmә sürüşmәsi kiçik olduğundan f.i.ә-lı lazımi qәdәr yüksәkdir (0,97 – 0,98). Bununla bәrabәr mövcud ötürmәlәr arasında o әn böyük qabaritә malikdir vә iş zamanı daha çox sәs-küy salır.