Hipoid baş ötürmә avtomobillәrdә avtomobilin kütlә mәrkәzini azaltmaq cәhdi ilә bağlı 1925-ci ildәn istifadә edilir. İlk vaxtlar o ancaq minik avtomobillәrindә istifadә edilirdi, lakin sonradan onun bütün üstünlüklәri aydın olduqdan sonra yük avtomobillәrindә dә geniş istifadә edildi. Konik ötürmәdәn fәrqli olaraq hipoid ötürmәnin dişli çarxlarının oxları kәsişmir. Bu zaman aparan dişli çarxın oxu aparılan dişli çarxın oxuna nәzәrәn, adәtәn aşağı sürüşdürülür. Hipoid ötürmәnin әsas üstünlüklәri: konik ötürmәdәn qabaritinin kiçik olması; dişә düşәn yükün az olması; iş zamanı sәs-küyün az olması, belә ki, konik ötürmә ilә müqayisәdә hipoid ötürmәdә daha çox diş ilişmәdә olur vә avtomobilin tәrtibatına tәsir göstәrmәk imkanının olmasıdır (kütlә mәrkәzinin aşağı salınması, kuzovun döşәmәsindә kardan keçәn tunelin kiçildilmәsi vә sairә). Digәr tәrәfdәn hipoid ötürmәdә sürüşmә sürtünmәsinin olması f.i.ә-nı 0,96-ya qәdәr azaldır.