Silindrik baş ötürmә qabaq intiqallı avtomobillәrdә mühәrrik eninә yerlәşdirildikdә istifadә edilir. Mövcud konstruksiyalarda silindrik ötürmәnin dişlәri çәp vә ya şevron şәkilli hazırlanır. Ötürmә әdәdi adәtәn 3,5 – 4,2 arasında götürülür. Ötürmә әdәdinin göstәrilәn hәddәn böyük götürülmәsi qabaritlәrin böyümәsinә vә baş ötürmәdә sәs-küyün artmasına sәbәb olur. Silindrik ötürmәnin f.i.ә-lı әn yüksәk olub 0,98 – 0,99-dan az olmur.
Şәkil. Silindrik ötürmә
İkiqat baş ötürmәlәr yük avtomobillәrindә vә avtobuslarda böyük ötürmә әdәdi almaq istәdikdә istifadә edilir. Tәrtibatına görә onlar mәrkәzi vә ya bölünmüş hazırlanır. Mәrkәzi baş ötürmәlәr ümumi karterdә yerlәşdirilmiş konik vә ya hipoid dişli cütlә silindrik cütün birlәşmәsindәn ibarәtdir. Bölünmüş baş ötürmәlәr konik vә ya hipoid cüt şәklindә mәrkәzi reduktordan vә tәkәr toplarında vә ya tәkәrә yaxın yerlәşdirilmiş iki reduktordan ibarәtdir.
Şәkil. İkiqat mәrkәzi baş ötürmә: 1 – konik ötürmә; 2 – silindrik ötürmә
Baş ötürmәnin işini arxa körpünün sxemindә aydınlaşdıraq. Burucu moment kardan ötürmәsindәn flans 1 vasitәsi ilә aparan vala 2 ötürülür. Aparan konik dişli çarx aparan valın üzәrindә onunla birlikdә fırlanır. Aparan dişli çarx 3 aparılan dişli 4 çarxı fırladır vә burucu moment yarımoxlar 6 vasitәsilә aparan tәkәrlәrә 5 ötürülür.
Şәkil Baş ötürmәnin iş sxemi: 1 – flans; 2 – aparan dişli çarxın valı; 3 – aparan dişli çarx; 4 – aparılan dişli çarx; 5 – aparan (arxa) tәkәrlәr; 6 – yarımoxlar; 7 – baş ötürmәnin karteri
Konik baş ötürmәdә dişlәrin möhkәmliyini vә eyni zamanda ilişmәdә olan dişlәrin sayını artırmaq üçün adәtәn әyrixәtli spiral dişli çarxlar istifadә olunur. Yük avtomobilinin bir qat konik baş ötürmәsinin kiçik dişli çarxı (aparan dişli çarx) 9 valla birlikdә bütöv hazırlanır vә aparan flans ilә kardan ötürmәsinә birlәşdirilir.
Şәkil . Konik baş ötürmә: 1 – qoruyucu klapan; 2 – diferensialın yastığı; 3, 8 – nizamlayıcı ara qatı; 4 – aparan dişli çarxın arxa yastığı; 5 – nizamlayıcı halqa; 6 – yağqovucu halqa; 7 – qayka; 9 – aparan dişli çarx; 10 – aparan dişli çarxın qabaq yastığı; 11 – yarımox dişli çarxının dayaq yastığı; 12 – böyük dişli çarx
Valın әyilmәsini azaltmaq üçün o dişli çarxın hәr iki tәrәfindә yerlәşәn üç diyircәkli yastıq üzәrindә yerlәşdirilib. Konik diyircәkli radial-dayaq yastıqlar 10 gövdәdә vә aparan val üzәrindә, diyircәkli radial yastıq 4 isә yalnız aparan val üzәrindә bәrkidilib vә karterdә sәrbәst yerlәşdirilib. Böyük dişli çarx (aparılan dişli çarx) 12 iki konik diyircәkli radial-dayaq yastıq 2 üzәrindә fırlanan diferensialın gövdәsinin flansına bәrkidilib.
Diyircәkli radial-dayaq yastıqları ilkin gәrilmә ilә yerlәşdirilir. Baş ötürmәnin dişli çarxlarını zavodda seçirlәr vә xüsusi dәzgahda bir-birinә uyğunlaşdırırlar. Onların ilişmәsini nizamlayıcı araqatlarının 8 qalınlığını yığım zamanı dәyişmәk − kiçik dişli çarxı böyük dişli çarxa nәzәrәn hәrәkәt etdirmәklә nizamlayırlar.
Böyük burucu moment ötürüldükdә böyük dişli çarxa tәsir edәn oxboyu qüvvә onu çәplәşәdirәn moment yaradır. Buna görә dә ilişmәnin pozulmasının qarşısını almaq üçün yük avtomobillәrinin baş ötürmәlәrindә nizamlanan dayaq (şәkildә göstәrilmәyib) yerlәşdirilir, böyük yüklәnmә ötürülәrkәn böyük dişli çarx yan tәrәfi ilә bu dayağa söykәnir.
Dostları ilə paylaş: |