MergedFile



Yüklə 1,03 Mb.
səhifə14/32
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#109455
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

DİFERENSİAL MEXANİZMİ


Diferensial (latın söz. differentia – fәrqlәnmә) ilk dәfә 1897-ci ildә buxar avtomobilindә istifadә edilib.



Diferensial ona verilәn burucu momenti aparan tәkәrlәr vә ya aparan körpülәr arasında paylamaq funksiyasını yerinә yetirir vә aparılan vallara müxtәlif bucaq sürәti ilә fırlanma imkanı verir. Dairәvi hәrәkәt edәn avtomobilin bütün tәkәrlәri ayrı-ayrı radiuslar üzrә diyirlәnib, müxtәlif yol keçir, әgәr aparan tәkәrlәr arasında sәrt әlaqә olarsa bu vә ya digәr tәkәr sürüşәcәk. Diferensiallar tәkәrlәr arası vә oxlararası (әgәr bir neçә aparan körpü arasında yerlәşdirilәrsә) olur.



Şәkil Diferensialın quruluşu: 1 – yarımox dişli çarxları; 2 – baş ötürmәnin aparılan dişli

çarxı; 3 – baş ötürmәnin aparan dişli çarxı; 4 – satellitlәr; 5 – gövdә

Tәkәrlәr arası konik simmetrik diferensial (şәkildə )gövdәdәn 5, satellit dişli çarxlardan (satellitlәrdәn) 4 vә yarımox dişli çarxlardan 1 ibarәtdir. Gövdә adәtәn baş ötürmәnin aparılan dişli çarxı ilә birlәşdirilir. Satellitlәr planetar reduktor rolu oynayır vә yarımox dişli çarxlarını diferensialın gövdәsi ilә birlәşdirir. Yarımox dişli çarxları (günәş) aparan tәkәrlәrlә yarımoxlarla şlisli birlәşmә ilә birlәşib.

Konik simmetrik diferensialın işini aydınlaşdıraq. Avtomobil düzxәtli hәrәkәt etdikdә hәr körpünün aparan tәkәrlәri eyni hәrәkәtә müqavimәtlә rastlaşır, onlar eyni sürәtlә fırlanır vә eyni yol gedir. Bu zaman diferensialın gövdәsi, satellitlәr vә yarımox dişli çarxları bütöv halda fırlanır. Bu halda satellitlәr öz oxları әtrafında fırlanmır, yarımox dişli çarxlarını pәrçimlәyir vә hәr iki aparan tәkәrә eyni burucu moment ötürülür.

Avtomobil döndükdә, dönmә mәrkәzinә tәrәf daxili tәkәrә xarici tәkәrә nisbәtәn böyük hәrәkәtә müqavimәt qüvvәsi tәsir edir, o lәng fırlanır vә bununla da daxili tәkәrin yarımox dişli çarxı öz fırlanma sürәtini azaldır. Nәticәdә aparan tәkәrlәr müxtәlif bucaq sürәtlәri ilә fırlanır, dönmә zamanı mәhz bu tәlәb olunur.





Şәkil . Konik simmetrik diferensialın detalları: 1 – satellitlәrin sağ qutusu; 2 – satellitlәr qutusunun boltu; 3 – dişli çarxın dayaq şaybası; 4, 8 – yarımox dişli çarxları; 5 – satellitin dayaq yastığı; 6 – satellitlәr; 7 – satellitlәrin oxu; 9 – satellitlәrin sol qutusu

Konik simmetrik diferensialın işini aydınlaşdıraq. Avtomobil düzxәtli hәrәkәt etdikdә hәr körpünün aparan tәkәrlәri eyni hәrәkәtә müqavimәtlә rastlaşır, onlar eyni sürәtlә fırlanır vә eyni yol gedir. Bu zaman diferensialın gövdәsi, satellitlәr vә yarımox dişli çarxları bütöv halda fırlanır. Bu halda satellitlәr öz oxları әtrafında fırlanmır, yarımox dişli çarxlarını pәrçimlәyir vә hәr iki aparan tәkәrә eyni burucu moment ötürülür.

Avtomobil döndükdә, dönmә mәrkәzinә tәrәf daxili tәkәrә xarici tәkәrә nisbәtәn böyük hәrәkәtә müqavimәt qüvvәsi tәsir edir, o lәng fırlanır vә bununla da daxili tәkәrin yarımox dişli çarxı öz fırlanma sürәtini azaldır. Nәticәdә aparan tәkәrlәr müxtәlif bucaq sürәtlәri ilә fırlanır, dönmә zamanı mәhz bu tәlәb olunur.

Avtomobil nahamar yollarda hәrәkәt etdikdә aparan tәkәrlәr müxtәlif müqavimәtlә rastlaşır vә müxtәlif yol gedir. Buna uyğun olaraq diferensial onlar üçün müxtәlif fırlanma sürәti, sürüşmәsiz vә yerindә boş fırlanmasız diyirlәnmәni tәmin edir.

Simmetrik diferensial ona ötürülәn burucu momenti, bucaq sürәtlәrinin istәnilәn nisbәtindә bәrabәr paylayır. Belә diferensialın tәkәrlәr arası qismindә istifadә edilmәsi düzxәtli hәrәkәtdә vә hәmçinin sürüşkәn yollarda mühәrriklә tormozlama halında dәyanәtliyi yaxşı tәmin edir.

Konik simmetrik diferensial kiçik sürtünmәli diferensialdır. Diferensialdakı sürtünmә avtomobilin keçicilik qabiliyyәtini artırır, diferensial geri qalan tәkәrә qabağa gedәn tәkәrә nәzәrәn daha böyük moment ötürür. Bu zaman aparan tәkәrlәrdәki cәm dartıcı qüvvә artır. Lakin kiçik sürtünmәli diferensialda cәm dartıcı qüvvәnin artımı cәmi 4 – 6% tәşkil edir, bu isә avtomobilin dartıcı keyfiyyәtlәrini vә keçicilik qabiliyyәtini artıra bilmir. Belә avtomobil sürüşkәn yollarda avtomobilin keçicilik qabiliyyәtini mәhdudlaşdırır. Aparan tәkәrlәrdәn biri sürüşkәn, digәri isә quru bәrk yol sәthinә düşdükdә bu xüsusi ilә aydın özünü göstәrir. Burucu momentin cәmi avtomobilin hәrәkәti üçün kifayәt etmәzsә avtomobil dayanacaq. Bu zaman quru bәrk yolda olan tәkәr tәrpәnmәz dayanacaq, sürüşkәn yoldakı tәkәr isә − yerindә fırlanacaq.

Müasir diferensiallar demәk olar ki, bu çatışmamazlıqdan uzaqdır. Bu çatışmamazlığı aradan qaldırmaq üçün onlarda müxtәlif konstruksiyalı bloklanan diferensiallardan istifadә edilir.

Bununla yanaşı müasir minik avtomobillәri kurs dәyanәtliyi sistemi ilә tәchiz olunur, bu sistem hәrәkәt trayektoriyasından asılı olaraq burucu momenti oxlar arasında vә ayrı-ayrı tәkәrlәr arasında optimal paylanmaya әsaslanır.




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin