SÜKAN İDARӘSİNİN ÜMUMİ QURULUŞU
Müasir avtomobillәrin sükan idarәsinә (şәkil 1) aşağıdakı elementlәr daxildir.
sükan valı (sükan kolonkası) ilә birlikdә sükan çarxı;
sükan mexanizmi;
sükan intiqalı (güclәndirici vә (vә ya) amortizatorlar da ola bilәr.
Sükan çarxı sürücü kabinәsindә yerlәşir. Sükan çarxının diametri nә qәdәr böyük olarsa,
Bu halda digәr eyni şәraitdә sükan çarxı çәnbәrindә az qüvvә tәlәb olunur, lakin bu zaman sәrt manevr etdikdә sükanın tez döndәrilmә imkanı azalır. Müasir avtomobillәrin sükan çarxı 380 – 425 mm, ağır yük avtomobillәri vә avtobuslar üçün isә 440 – 550 mm arasında dәyişir.
Şәkil 1. Hidravlik güclәndiricili sükan mexanizmi: 1 – nasos; 2 – paylayıcıcnın gövdәsi; 3 – sükan mexanizmi; 4 – sükan soşkası; 5 – birlәşdirici şlanqlar; 6 – yağ çәni
Sükan mexanizmi mexaniki reduktordur, onun әsas vәzifәsi sükan çarxına tәtbiq olunmuş qüvvәni idarә olunan tәkәrlәrin döndәrilmәsi üçün lazım olana qәdәr artırmaqdır. Sürücü bir başa idarә olunan tәkәrlәri döndәrәn, sükan mexanizmi olmayan sükan idarәlәri yalnız çox yüngül nәqliyyat vasitәlәrindә, mәsәlәn motosikletlәrdә istifadә edilir. sükan mexanizminin ötürmә әdәdi çox böyük olur, buna görә dә idarәolunan tәkәrlәrin maksimal bucaq 30 – 45° döndәrmәk üçün sükan çarxını bir neçә dövr fırlatmaq lazımdır. Sükan valı sükan çarxını sükan mexanizmi ilә birlәşdirir, çox hallarda oynaqlı hazırlanır, bu sükan idarәsi elementlәrini daha rasional tәrtib etmәyә, yük avtomobillәri üçün isә qatlanan kabinә tәtbiq etmәyә imkan verir. Bununla bәrabәr oynaqlı sükan valı qәza zamanı sükan çarxının zәdә tәhlükәsizliyini yüksәltmәyә, sükan çarxının salonun daxilinә yerdәyişmәsini azaltmağa, sürücünün döş qәfәsini zәdәlәmәyi azaltmağa imkan verir. bu mәqsәdlә sükan valına bәzәn әzilәn elementlәr (şәkil 5.5) yerlәşdirilir, sükan çarxı dağılma zamanı sәrt qәlpәlәr yaratmayan nisbәtәn yumşaq materialla örtülür.
Dostları ilə paylaş: |