MergedFile



Yüklə 1,03 Mb.
səhifə19/32
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#109455
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

SÜKAN MEXANİZMİ


Hazırda minik avtomobillәrindә reykalı sükan mexanizmlәri әn geniş tәtbiq olunur (şәkil 2). Belә mexanizmin konstruksiyası sükan çarxı valı üzәrindә yerlәşdirilmiş vә dişli reyka ilә ilişmәdә olan dişli çarxdır.





Şәkil 2. “Dişliçarx – reyka” sükan idarәsinin işlәmә sxemi: 1 – qabaq tәkәr; 2 – dönmә lingi; 3 – sükan oynağı; 4 – sükan dartqısı; 5 – sükan valı dişli çarxla; 6 – sükan mexanizminin reykası; 7 – sükan çarxı

Sükan çarxı fırladıldıqda reyka sağa vә ya sola hәrәkәt edir vә ona birlәşdirilmiş sükan dartqıları vasitәsi ilә idarә olunan tәkәrlәri döndәrir. Minik avtomobillәrindә belә mexanizmin geniş istifadә olunmasına sәbәb konstruksiyasının sadәliyi, kütlәsinin vә qiymәtinin az olması, f.i.ә.-nın yüksәk olması, dartqı vә oynaqların sayının az olmasıdır. Bundan başqa avtomobilin eni istiqamәtdә yerlәşdirilmiş reykalı sükan mexanizminin gövdәsi mühәrrik bölmәsindә mühәrrikin, transmissiyanın vә avtomobilin digәr aqreqatlarının yerlәşdirilmәsi üçün lazımi qәdәr yer saxlayır. Reykalı sükan mexanizmlәri böyük sәrtliyә malik olur, bu isә sәrt manevrlәrdә avtomobilin dәqiq idarәolunmasını tәmin edir. Bununla bәrabәr reykalı sükan mexanizminin müәyyәn çatışmamazlıqları da var: yol nahamarlıqlarından dәyәn zәrbәlәrә qarşı hәssas olması vә belә zәrbәlәrin sükan çarxına ötürülmәsi; sükan idarәsinin vibroaktivliyinә meyllilik, detalların çox yüklәnmәsi, asılı asqılı avtomobildә belә sükan mexanizminin yerlәşdirilmәsinin çәtinliyi. Bu belә sükan mexanizmlәrinin istifadәsini yalnız qeyri-asılı asqılı minik avtomobillәri ilә (idarә olunan oxa düşәn yük 24 kN-a qәdәr olduqda) mәhdudlaşdırıb. İdarә olunan tәkәrlәri asılı asqılı minik avtomobillәrindә, kiçik tonnajlı yük avtomobillәrindә vә avtobuslarda, yüksәk keçiricilik minik avtomobillәrindә “qlaboidal sonsuz vint – diyircәk” tipli sükan mexanizmlәri istifadә olunur. Әvvәllәr belә sükan mexanizmlәri qeyri-asılı asqılı minik avtomobillәrindә dә istifadә olunurdu (mәsәlәn VAZ-2105, -2107 vә s.), hazırda isә onları reykalı sükan mexanizmlәri praktiki olaraq tamamilә әvәz edib.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin