KÖRPÜLӘR
Avtomobilin körpülәri çәrçivә vә ya kuzovu saxlamaq vә onlardan tәkәrlәrә şaquli yüklәri ötürmәk vә hәmçinin tәkәrlәrdәn çәrçivәyә (kuzova) itәlәyici, tormoz vә yan qüvvәlәri ötürmәk üçündür.
Yerlәşdirilәn tәkәrlәrin tipindәn asılı olaraq körpülәrin aşağıdakı növlәri var:
aparan, idarә olunan, kombinә edilmiş (eyni zamanda aparan vә idarә olunan) vә saxlayıcı.
Aparan körpü (şәkil 1) aparan tәkәrlәrdәn çәrçivәyә (kuzova) itәlәyici qüvvәlәr, tormozlama zamanı isә tormoz qüvvәlәri ötürmәk üçündür.
Şәkil 1. 4 4 tipli avtomobilin qabaq aparan körpüsü
Asılı asqılı aparan körpü sonluqlarına yastıqlar üzәrindә aparan tәkәrlәrin topu, içәrisindә isә baş ötürücü, diferensial vә yarımoxlar yerlәşdirilmiş sәrt, içiboş tirdir. Qeyri-asılı asqılı aparan körpü kәsikli hazırlanır, bu zaman baş ötürücünün karteri çәrçivәyә bәrkidilir, yarımoxlar isә yellәnәn hazırlanır. Kәsiksiz körpülәrin tirlәri (asılı asqı) sökülәn vә ya sökülmәyәn, hazırlanma üsuluna görә isә − ştamplanmış vә ya ştamplanmamış hazırlanır. Sökülәn tirin baş ötürücünün karteri üzrә eninә kәsiyi olur. Tir boltlarla birlәşdirilmiş iki hissәdәn ibarәt hazırlanır. Sökülәn aparan tirin karteri adәtәn döyülә bilәn çuqundan hazırlanır. Karter öz aralarında birlәşmiş, uzununa şaquli müstәvi üzrә kәsiyi olan iki hissәdәn ibarәtdir. Karterin hәr iki hissәsinin yarımoxların örtüyü preslәnәn vә bәrkidilәn boruşәkilli polad boğazlığı var. Onlara elastik elementlәrin dayaqları vә tәkәr tormoz mexanizmlәrinin dayaq disklәrinin bәrkidilmәsi üçün flanslar qaynaq edilir.
Sökülәn aparan körpülәr minik avtomobillәrindә, kiçik vә orta yükgötürmә qabiliyyәtli yük avtomobillәrindә istifadә edilir. Sökülmәyәn ştamplanmış-qaynaq olunmuş aparan körpü (bandjo tipli) orta hissәsi üzük şәklindә inkişaf etmiş bütöv tir şәklindә hazırlanır. Tirin en kәsiyi boru şәklindәdir vә uzununa müstәvi üzrә qaynaq olunmuş iki ştamplanmış polad hissәdәn ibarәtdir. Körpünün tirinin orta hissәsi baş ötürücünün karterinin vә diferensialın yerlәşdirilmәsi üçün nәzәrdә tutulur. Körpünün tirinә asqının yaylarının dayaq fincanları, tormoz mexanizmlәrinin dayaq disklәri vә asqıların detallarının bәrkidilmәsi üçün kronşteynlәr qaynaq olunub. Sökülmәyәn ştamplanmış-qaynaq olunmuş aparan körpülәr minik avtomobillәrindә vә kiçik vә orta yükgötürmә qabiliyyәtli yük avtomobillәrindә istifadә edilir. Bu körpülәr lazımi möhkәm vә sәrt olmaqla sökülmәyәn körpülәrlә müqayisәdә daha az kütlәyә vә hazırlanma qiymәtinә malikdir, bununla yanaşı onlar baş ötürücünün tәmiri vә nizamlanması zamanı daha rahatdır.
Şәkil 2. Yük avtomobilinin sökülmәyәn körpüsü
Sökülmәyәn tökmә üsulu ilә hazırlanan aparan körpü (şәkil 2) döyülә bilәn çuqundan vә ya poladdan hazırlanır. Körpünün tirinin en kәsiyi düzbucaqlı şәklindәdir. Yarımox qollarına legirlәnmiş poladdan borular preslәnir, sonlarına tәkәr topları yerlәşdirilir. Flanslar tormoz mexanizmlәrinin dayaq disklәrini bәrkitmәk üçün nәzәrdә tutulur. Sökülmәyәn tökmә üsulu ilә hazırlanan aparan körpülәr böyük yükgötürmә qabiliyyәtli avtomobillәrdә tәtbiq olunur. Belә körpülәr böyük sәrtliyә vә möhkәmliyә malik olur, lakin onların kütlәsi vә qabarit ölçülәri böyük olur.
Şәkil 3. İdarә olunan körpü
Sökülmәyәn aparan körpülәr sökülәnlәrlә müqayisәdә xidmәt üçün daha rahatdır, çünki baş ötürücü vә diferensiala xidmәt göstәrmәk üçün körpünü avtomobildәn çıxartmaq lazım gәlmir.
İdarә olunan körpü (adәtәn qabaq körpü) (şәkil 3) oynaqlarında dönmә sapfaları vә birlәşdirici elementlәr yerlәşdirilmiş tirdir. İdarә olunan körpünün әsası ştamplanmış tir vә ya çәrçivәaltı ola bilәr.
Dostları ilə paylaş: |