Kombinә olunmuş körpü (şәkil 4) aparan vә idarә olunan körpü funksiyasını yerinә yetirir, qabaq intiqallı minik avtomobillәrindә vә tam intiqallı avtomobillәrdә qabaq körpü kimi vә nadir hallarda isә aralıq vә ya arxa körpülәr kimi istifadә olunur. Kombinә olunmuş körpünün yarımox örtüyünә üzәrindә çiv barmaqları olan oynaqlı dayaq bәrkidilir. Sonuncularda dönmә yumruqları (sapfalar) yerlәşdirilir. Oynaqlı dayaqların vә dönmә yumruqlarının içәrisindә kardan oynağı (bәrabәr bucaq sürәtli) yerlәşir, onlardan aparan vә idarә olunan tәkәrlәrә ötürmә verilir.
Saxlayan körpülәr yalnız şaquli yükü vә tormoz qüvvәsini çәrçivәdәn (kuzovdan) avtomobilin tәkәrlәrinә ötürür. O sonluqlarına yastıqlar üzәrindә tәkәrlәr yerlәşdirilmiş tirdir. Saxlayan körpülәr qoşqularda vә yarımqoşqularda vә hәmçinin qabaq intiqallı minik avtomobillәrindә tәtbiq olunur