ASQI
Asqı avtomobilin çәrçivәsini (kuzovunu) körpülәr vә ya bir başa tәkәrlәrlә elastik әlqalәndirir, tәkәrlәr yolun nahamarlıqlarını basdıqda yaranan tәkan vә zәrbәlәri zәiflәdir. Avtomobilin asqısı olmasaydı sürücü, sәrnişinlәr vә daşınan yük daim yol nahamarlıqlarından yaranan tәsirlәrә mәruz qalar, avtomobil hәrәkәt etdikdә tәkanlar, zәrbәlәr vә titrәyişlәr hiss edәrdilәr. Belәliklә avtomobilin asqısı sәrnişinlәr üçün lazımi komfortluğu vә yüklәrin saxlanılmasını tәmin edir. Asqı avtomobilin konstruksiyasına yoldan düşәn qüvvә tәsirini azaldaraq sınmaların baş vermә ehtimalını azaldır vә tәkәrlәrin yolla daimi kontaktını tәmin edir. Asqının konstruksiyasından avtomobilin yolda özünü necә aparması, yüksәk sürәt әldә etmәsi, manevr etdikdә isә tәhlükәsizliyin tәmin olunması әsaslı surәtdә asılıdır.
Avtomobilin asqısı elastik, istiqamәtlәndirici vә söndürücü quruluşlardan tәşkil olunur. Bәzi asqılarda yan dәyanәtlik stabillәşdiricisi dә olur.
Şәkil . Asqının elementlәri
Dostları ilə paylaş: |