Asqının elastik quruluşunun vәzifәsi dinamiki yüklәnmәni azaltmaqdır. Tәkәr nahamarlıqla görüşdükdә asqının elastik elementi sıxılır vә tәkәrdәn kuzova ötürülәn zәrbәni xeyli azaldır. Açılaraq o kuzova rәqslәr ötürür, elastik elementin uyğun xarakteristikasını seçәrәk rәqslәrә arzu olunan xarakter vermәk olar. Elastik elementin tәtbiq olunması kuzovun yolun profilinin surәtini tәkrar etmәsini istisna edir, avtomobilin hәrәkәt sәlisliyini yaxşılaşdırır. Bununla bәrabәr sürücü vә sәrnişinlәrdә xoşagәlmәyәn hiss yaratmadan hәrәkәt etmәyә imkan verir vә onların tez yorulmasının vә daşınan yüklәrin zәdәlәnmәsinin qarşısını alır. Yaxşı hәrәkәt sәlisliyi kuzovun 1 − 1,3 Hs tezliklә rәqsi hesab olunur.
Elastik quruluş bir vә ya bir-neçә elastik elementdәn ibarәtdir. Elastik elementlәr metal vә ya qeyri-metal ola bilәr. Metal elastik elementlәr ressor, spiral yay vә torsion (burulmaya işlәyәn mil) şәklindә hazırlanır. Qeyri-metal elastik elementlәr rezin, pnevmatik vә hidravlik elementlәrә bölünür. Onlar rezinin, havanın vә mayenin elastikliyi hesabına asqının elastikliyini tәmin edirlәr.
Müasir avtomobillәrin asqılarında iki vә daha çox elastik elementi (metal vә qeyri-metal) birlәşdirәn kombinә edilmiş elastik elementlәrdәn geniş istifadә edilir.
Sürәtli rәqslәrdәn oturacağın yumşaq örtüyü, mühәrrikin, ötürmәlәr qutusunun vә s.-nin rezin dayaqları qoruyur. Asqının elastik elementlәri, tәkәr vә şinlәr kuzovu alçaq rәqslәrdәn qorumaq üçündür.
Dostları ilə paylaş: |