Elastik elementlәrin әsas tiplәri. Vәrәqli ressor (şәkil ) yay poladından hazırlanmış, öz aralarında bәrkidilmiş müxtәlif uzunluqlu vәrәqlәr yığımından ibarәtdir. Vәrәqli ressor adәtәn yarım ellips şәklindә olur. Ressoru tәşkil edәn vәrәqlәrin uzunluğu vә әyriliyi müxtәlif olur. Vәrәqlәrin uzunluğu azaldıqca onların әyriliyi artır. Belә konstruksiya hesabına ressorun әn uzun vәrәqinә düşәn yük azalır. Ressor vәrәqlәri öz aralarında mәrkәzi bolt vә ya xamıtlarla bәrkidilir. Әn böyük uzunluqlu vәrәq әsas vәrәq adlanır. Çox hallarda bu vәrәqin qalınlığı da digәrlәrindәn daha çox olur. Әsas vәrәq vasitәsi ilә ressor hәr iki sonluğu ilә kuzova vә ya çәrçivәyә oynaqlı birlәşir. Әsas vәrәqin sonluqlarının forması ressorun birlәşmә üsulundan vә vәrәqin uzunluğunun dәyişmәsinin kompensasiya edilmә ehtiyacı ilә müәyyәn olunur.
Şәkil . Ressor: 1 – birlәşmә başlığı; 2 – әsas vәrәq; 3 – xamıt; 4 – mәrkәzi bolt; 5 – ressor vәrәqi
Ressorun bir ucu dönә, digәri isә hәm dönә, hәm dә yerdәyişmә edә bilmәlidir. Ressor sonluqları hamar, 90 qatlanmış vә ya qulaqcıq formasında qatlanmış ola bilәr (şәkil 93). Ressor deformasiya etdikdә onun vәrәqlәri әyilir vә uzunluqlarını dәyişir. Bu zaman vәrәqlәr bir-birinә sürtünür vә buna görә dә onların yağlanması tәlәb olunur, minik avtomobillәrinin ressor vәrәqlәri arasına isә xüsusi antifriksion araqatı yerlәşdirilir. Ressor yığıldıqda onun vәrәqlәri qrafit yağı ilә yağlanır, yağlanma vәrәqlәri korroziyadan qoruyur vә onlar arasında sürtünmә qüvvәsini azaldır.
Ressor vәrәqlәri arasındakı sürtünmә kuzovun rәqslәrini söndürmәyә dә kömәklik edir vә bәzi hallarda asqıda amortizatorsuz keçinmәyә imkan verir. Ressor asqısı sadә konstruksiyaya, lakin böyük kütlәyә malik olur, buna görә dә o daha çox yük avtomobillәrindә vә bәzi artırılmış minik avtomobillәrindә istifadә edilir. Ressor asqılarının kütlәsini azaltmaq vә hәrәkәt sәlisliyini artırmaq üçün bәzәn az vәrәqli vә ya bir vәrәqli ressordan istifadә edilir.
Çox nadir hallarda asqıda armaturlaşdırılmış plastik ressorlardan istifadә edilir. Vәrәqli ressorun әsas üstünlüyü onların eyni zamanda asqının elastik vә istiqamәtlәndirici elementi funksiyasını aparmasıdır.
Dostları ilə paylaş: |