MergedFile



Yüklə 1,03 Mb.
səhifə31/32
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#109455
1   ...   24   25   26   27   28   29   30   31   32
Qeyri-asılı asqı (şәkil 2) bir oxun tәkәrlәri öz aralarında birbaşa әlaqәsi olmur vә biri o birindәn asılı olmadan yerlәşdirilir. Qeyri-asılı asqıda tәkәrlәrdәn birinin yerdәyişmәsi digәrinә birbaşa ötürülmür. Tәkәrin yola vә kuzova nәzәrәn hәrәkәtinә görә qeyri-asılı asqılar: tәkәrlәri eninә, uzununa vә eyni zamanda hәm eninә vә hәm dә uzununa müstәvidә yerdәyişmә edәn asqılara bölünür.

Avtomobilin hәrәkәti zamanı tәkәrlәr yolun nahamarlıqları ilә görüşәrsә tәkәrlәr vә kuzov rәqs edәr. Bu rәqslәr söndürücü vә ya amortizator adlandırılan quruluşla söndürülür (şәkil 2). Hidravlik amortizatorun iş prinsipi rәqslәrin mexaniki enerjisinin maye sürtünmәsi hesabına istilik enerjisinә çevrilmәsi vә sonradan onun әtraf mühitә sәpәlәnmәsidir.





Şәkil 3. Rәqslәrin söndürülmәsi

Amortizator (frans. amortisseur) mexaniki enerjini istilik enerjisinә çevirәn quruluşdur. Amortizator (şәkil 4) asqıda söndürücü element olub hәrәkәt zamanı yaranan rәqslәrin söndürülmәsi (dempferlәmә) vә avtomobilin korpusuna vә çәrçivәsinә tәsir edәn tәkan vә zәrbәlәrin udulması üçün istifadә edilir. İlk vaxtlar friksion amortizatorlar, sonralar isә hidravlik vә qaz amortizatorloru istifadә olundu.

Tәsir prinsipinә görә hidravlik amortizatorlar birtәrәfli vә ikitәrәfli tәsirә malik olur. Birincilәr yalnız qaytarma gedişindә, ikincilәr isә − qaytarma vә sıxma gedişlәrindә rәqslәrin sönmәsini tәmin edir. İkitәrәfli amortizatorun sıxma gedişindә müqavimәti qaytarma gedişindәki müqavimәtindәn adәtәn 2 − 5 dәfә azdır. Bu yol nahamarlıqlarından tәsir edәn zәrbә vә tәkanların avtomobilin kuzovuna minimal dәrәcәdә ötürülmәsini tәmin etmәk üçün lazımdır. Bir vә iki borulu amortizatorlar mövcuddur.





Şәkil 4. Amortizatorun asqıda yerlәşmә sxemi: 1 – yuxarı qulaqcıq; 2 – qoruyucu örtük; 3 – ştok; 4 – gövdә (silindr); 5 – sıxmaqaytarma klapanları ilә birlikdә porşen; 6 – aşağı qulaqcıq; 7 – asqının lingi; 8 – kuzov

Minik avtomobillәrinin vә avtobusların asqılarında tez-tez daha bir quruluşdan, eninә dәyanәtlik stabilizatorundan istifadә edilir. O avtomobilin kuzovunun yana әyilmәsini vә eninә bucaq rәqslәrini azaldır. Stabilizator avtomobilin eninә yerlәşdirilmiş xüsusi elastik quruluşdur.




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin