PAYLAYICI QUTU
Paylayıcı qutu burucu momenti aparan körpülәr arasında paylayır. Avtomobildә bir aparan körpü olduqda vә ya aparan körpülәr ötürmәlәr qutusundan bir tәrәfdә yerlәşdikdә vә keçidli hazırlandıqda paylayıcı qutu lazım olmur.
QAZ-66, UAZ kimi avtomobillәrin iki pillәli paylayıcı qutularında diferensial ümumiyyәtlә olmurdu vә hәr iki körpü öz aralarında sәrt әlaqәyә malik olurdu. Quru asfalt üzәrindә hәrәkәt etdikdә şinlәrin hәddәn artıq yeyilmәsinin qarşısını almaq üçün qabaq ox açılırdı, belәliklә bu avtomobillәr yalnız yolsuzluq şәraitindә vә ya qışda tam intiqallı olurdu.
Şәkil 1 . UAZ - 31512 avtomobilinin paylayıcı qutusu: 1 – aparan val; 2 – aparan valın yastığı; 3 aparan dişli çarx; 4, 7 – arxa körpünün intiqalının valının yastıqları; 5 – spidometrin aparılan dişli çarxı; 6 – spidometrin aparan dişli çarxı; 8, 20 – flanslar; 9 – arxa körpünün intiqalının valı; 10 – aralıq valın yastığı; 11 – aralıq val; 12 – qabaq vә arxa körpünün qoşulma dişli çarxı; 13 – yastıqların qapağı; 14 – qabaq körpünün intiqalının valı; 15, 19 – qabaq körpünün intiqalının valının yastıqları; 16 – karterin qapağı; 17 – karter; 18 – boşaltma deşiyinin tıxacı
Şәkil 1-dә UAZ-31512 avtomobilinin paylayıcı qutusu verilmişdir. Burucu moment ötürmәlәr qutusundan paylayıcı qutunun aparan valına 1 ötürülür. Aparan dişli çarx 3 kәnar sağ vәziyyәtә hәrәkәt etdirildikdә vә onun dişlәri axa körpünün dişli çarxının daxili dişli tacı ilә ilişmәyә girsә paylayıcı qutuda düz ötürmә – ikinci pillә qoşulur. Burucu moment aparan valdan 1 birbaşa arxa körpünün intiqalının valına 9, oradan isә arxa aparan körpüyә ötürülür. 12 dişli çarxı sağ kәnar vәziyyәtdә olarsa burucu moment qabaq körpünün intiqalının valı ilә 14 qabaq körpüyә dә ötürülür. Qabaq körpünü ayırma üçün 12 dişli çarxı sol vәziyyәtә hәrәkәt etdirilir.
Aşağı – alçaldıcı pillәni qoşmaq üçün aparan dişli çarx 3 kәnar sol vәziyyәtә hәrәkәt etdirilir (şәkildәki vәziyyәt) vә aralıq valın 11 dişli çarxı ilә ilişmәyә daxil etdirilir. Burucu moment aparan valdan aparan dişli çarx vasitәsi ilә aralıq vala vә oradan arxa vә qabaq körpülәrin intiqal vallarına (9 vә 14) ötürülür.
Ötürmәlәrin qoşulma mexanizmi bloklayıcı quruluşa – qıfıla malikdir. Qabaq körpünün intiqalı ayrıldıqda birinci ötürmәnin qoşulmasının qarşısı alınır. Belә qıfıl arxa aparan körpünün tәkәr intiqalını böyük yüklәnmәdәn qoruyur, onların qırılmasının qarsısın alır.
Müasir avtomobillәrdә oxlararası diferensial vә paylayıcı qutu çox halda bir konstruktiv qovşaqda birlәşdirirlәr. Paylayıcı qutu ötürmәlәr qutusundan daxil olan burucu momenti qabaq vә arxa baş ötürmәlәr arasında paylayır, oxlararası diferensial fırlanma tezliklәri arasında fәrqi kompensasiya edir, mәsәlәn, döngәlәrdә hәrәkәt etdikdә. Bununla transmissiyada әlavә güc axınının vә aparan tәkәrlәrin yolun sәthinә nәzәrәn sürüşmәsinin qarşısı alınır.
Bir oxun aparan tәkәrlәri yerindә fırlanarsa oxlararası diferensialı bloklamaq olar. Bunun sayәsindә ilişmәsi yaxşı olan tәkәrlәr böyük moment alacaq.
Şәkil 2. Diferensiallı paylayıcı qutu: 1 – mexaniki ötürmәlәr qutusu; 2 – konik oxlararası diferensial; 3 – yumruqcuqlu muftanın idarәetmә intiqalı; 4 – arxa oxa; 5 – diferensialın bloklanması; 6 – konik diferensial; 7 – qabaq oxa; 8 – kardan valı
Dostları ilə paylaş: |