Baş ötürmә aparan tәkәrlәrә ötürülәn mühәrrikin burucu momenti artırır vә onların fırlanma sürәtini lazımi hәddә qәdәr azaldır. Әsas dişli çarx cütlәrinin tipinә görә baş ötürmәlәrin aşağıdakı növlәri var: sonsuz vint, konik, hipoid vә silindrik. Baş ötürmәnin bir dişli çarx cütü varsa o birqat, iki dişli çarx cütü varsa ikiqat adlanır.
Sonsuz vint baş ötürmәsi digәr baş ötürmә tiplәri ilә müqayisәdә әn kiçik qabaritә malikdir vә әn az sәs әmәlә gәtirir. Lakin onun f.i.ә-lı kiçikdir (0,9 – 0,92), istehsalı mürәkkәbdir vә dişli tac üçün bahalı qalaylı bürünc tәlәb olunur.