MergedFile



Yüklə 1,03 Mb.
səhifə17/32
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#109455
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

SÜKAN İDARӘSİ


Avtomobilin idarә olunan tәkәrlәrinin döndәrilmәsini tәmin edәn quruluşların mәcmusu sükan idarәsi adlanır. Sükan idarәsinin vәzifәsi avtomobilin hәrәkәt istiqamәtini dәyişmәk vә ya saxlamaqdır. Avtomobilin tәhlükәsiz hәrәkәtinin tәmin edilmәsindә sükan idarәsinin rolu çox böyükdür. İdarәetmә orqanı – sükan çarxı – daima srücünün әlindә olduğu üçün müasir avtomobillәrdә o hәm dә informasiya funksiyasını yerinә yetirir – sükan çarxındakı qüvvәlәrdәn vә titrәyişlәrdәn sürücüyә yol örtüyünün vәziyyәti, tәkәrlәrin yolla ilişmәsinin yüklәnmәi haqda mәlumatlar ötürülür. Avtomobilin sükan idarәsi sükan çarxının dönmә bucağı vә avtomobilin hәrәkәt istiqamәtlәrnin dәyişmәsi arasında hiss olunan әlaqәni tәmin etmәli vә yüksәk etibarlılığa malik olmalıdır. İdarә olunma üçün tәlәb olunan qüvvә sürücünün çox yorulmasına sәbәb olmamalıdır vә eyni zamanda onu idarәolunan tәkәrlәrin yolla әlaqәsi haqqında mәlumatlandırmalıdır (“yolu hiss” etmәyi tәmin etmәlidir).

Avtomobilin hәrәkәt istiqamәti iki müxtәlif üsullsa dәyişilә bilәr:

avtomobilin tәkәrlәrinin vә ya bәndlәrinin üfüqi müstәvidә döndәrilmәsi hesabına (kinematik dönmә üsulu) vә ya bir bortdakı tәkәrlәrin sürәtinin azaldılması vә ya tormozlanması hesabına (tırtıllı dönmә). Әksәr avtomobillәrdә qabaq tәkәrlәrin döndәrilmәsi üsulundan istifadә olunur. Bu halda hәr bir idarә olunan tәkәr öz ox әtrafında üfüqi müstәvidә dönә bilәr. Bir oxun sağ vә sol tәkәrlәrinin dönmәsini sinxronlaşdırmaq üçün onlar oynaqlı mexanizmlә – trapesiya ilә birlәşdirilir. Sükan trapesiyası sağ vә sol tәkәrlәrin müxtәlif bucaq altında döndәrilmәsini tәmin edir, bu isә onlara döngәlәrdә müxtәlif radiuslar üzrә sürüşmәdәn diyirlәnmәyә imkan verir. İki oxlau avtomobilin adәtәn bir qabaq oxu idarәolunan tәkәrli olur. Bәzi hallarda belә avtomobillәrin idarә olunma qabiliyyәtini yüksәltmәk üçün bütün tәkәrlәri idarә olunan hazırlanır, lakin bu zaman sükan idarәsinin konstruksiyası mürәkkәblәşir vә yüksәk sürәtlәrdә idarәolunma ilә bağlı problemlәr meydana çıxır. Buna görә dә qabaq vә arxa idarә olunan tәkәrli avtomobillәrdә yüksәk sürәtlәrlә hәrәkәt etdikdә arxa tәkәrlәrin mәcburi idarә olunması söndürülür, tәkәrlәr isә neytral vәziyyәtdә fiksә edilir. Müasir sürәtli minik avtomobillәrindә idarә olunmayan arxa tәkәrli asqının konstruksiyası vә aparan sistemә linglәrin elastiki rezinmetal oynaqlarının bәrkidilmәsi (asqının elastokinematikası) döngәlәrdә hәrәkәt etdikdә kuzovun yana әyilmәsi vә tәkәrlәrә yan qüvvә tәsir etmәsi hesabına tәkәrlәrin kiçik bucaq altında dönmәsini tәmin edir. Bu hal idarәolunmayan tәkәrlәrin “kiçik dönmәsi” (dovorot) adlanır vә düzgün layihәlәndirilmiş asqıda sürәtli döngәlәrdә idarә olunma qabiliyyәtini yüksәltmәyә imkan verir.

Üçoxlu avtomobillәrdә bir ox idarә olunan ola bilәr, lakin bu zaman ikinci vә üçüncü idarәolunmayan oxlar yaxınlaşdırılmalıdır. әgәr bu oxlar paylanıbsa vә ya avtomobilin üçdәn çox oxu varsa tәkәrlәri yan sürüşmәsinin qarşısını almaq üçün bir neçә idarә olunan oxdan istifadә edilir. bu zaman sürücü bir başa yalnız birinci oxun tәkәrlәrini döndәrir, qalan oxların tәkәrlәri isә birinci oxla, onların dönmәsini idarә edәn mexaniki, hidravlik vә ya elektrohidravlik intiqalla әlaqәlәnir. Bәzi hallarda konstruksiyanı sadәlşdirmәk üçün çoxoxlu avtomobillәrin arxa dönәn tәkәrlәrini özüyüyerlәşәn hazırlayırlar, yәni döngәlәrdә onlara tәsir edәn yan qüvvәlrdәn asılı olaraq onlar özlәri müәyyәn bucaq altında dönürlәr.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin