SÜKAN İNTİQALI
Sükan intiqalı idarә olunan müxtәlif tәkәrlәrin dönmә bucaqları arasında tәlәb olunan optimal nisbәti tәmin etmәli, asqı işlәdikdә tәkәrlәr dönmәmәli vә yüksәk etibarlılığa malik olmalıdır. Әn çox yayılan sükan dartqılarından, sükan oynaqlarından vә bәzәn aralıq (rәqqası) linglәrdәn ibarәt olan mexaniki sükan intiqalıdır (şәkil 7). Sükan oynağı bir neçә müstәvidә işlәmәli olduğundan o kürәvi hazırlanır. Belә oynaq içlikli gövdәdәn vә elastik örtük taxılmış kürәvi barmaqdan (şәkil 8) ibarәtdir. İçliklәr antifriksion xüsusiyyәtli materialdan hazırlanır. Örtük oynağın içinә çirk vә suyun düşmәsinin qarşısını alır.
Bir neçә idarә olunan körpülü çoxoxlu avtomobillәrin sükan intiqalı bir idarә olunan oxlu avtomobillәrdәn prinsipcә fәrqlәnmir, lakin çoxlu sayda dartqılar, oynaqlar vә linglәrә malik olur (şәkil 9).
Şәkil 7 . Niva Şevrolet avtomobilinin sükan intiqalı: 1 – yan ling; 2 – soşka; 3 – orta dartqı; 4 – rәqqasi ling; 5 – nizamlayıcı mufta; 6 – asqının oynaqlı dayağı; 7 – sağ dönmә yumruğu; 8 – asqının kürәvi oynağı; 9 – sağ dönmә yumruğunun lingi; 10 – rәqqasi lingin kronşteyni; 11 – sükan mexanizmi; 12 – kuzovun lonjeronu
Şәkil 8. Sükan intiqalının oynağı: 1 – kürәvi barmaq; 2 – çirkdәn qoruyucu qapaqcıq; 3 – oynağın gövdәsi; 4 – içlik; 5 – yay; 6 – qapaq
Şәkil 9 . VAZ 2106 avtomobilinin sükan idarәsi: 1 – yan dartqı; 2 – soşka; 3 – orta dartqı; 4 – rәqqası ling; 5 – nizamlayıcı mufta; 6 – qabaq asqının aşağı kürәvi oynağı; 7 – sağ dönmә
yumruğu; 8 – qabaq asqının yuxarı kürәvi oynağı; 9 – dönmә yumruğunun sağ lingi; 10 –
rәqqasi lingin kronşteyni; 11 – kuzovun sağ lanjeronu; 12 – yağdoldurma deşiyinin tıxacı; 13 –
sükan mexanizminin karteri; 14 – sükan idarәsinin valı; 15 – sükan idarәsinin üzlük örtüyü; 16 – sükan çarxı; 17 – sükan idarәsi valının yuxarı dayağının borusu; 18 – sükan idarәsi valının kronşteyni; 19 – kuzovun sol lonjeronu; 20 – nizamlayıcı muftanın dartıcı xamıtları; 21 – sol dönmә yumruğu
Dostları ilə paylaş: |