Spiral (burulmuş) yaylar adәtәn dairәvi en kәsikli polad çubuqdan hazırlanır. Yay şaquli ox üzrә sıxıldıqda onun dolaqları yaxınlaşır vә burulur. Yay silindrik formadadırsa onun deformasiyası zamanı onun dolaqları arasında mәsafә sabit saxlanır vә yay xәtti xarakteristikaya malik olur. Bu o demәkdir ki, silindrik yayın deformasiyası tәtbiq olunan qüvvә ilә düz mütәnasibdir, yayın sәrtliyi sabitdir. Burulmuş yayı en kәsik sahәsi dәyişkәn polad çubuqdan hazırlanarsa vә ya ona müәyyәn forma (çәllәk vә ya barama şәklindә) verilәrsә elastik element dәyişәn sәrtlikli olacaq. Belә yay sıxıldıqda әvvәlcә daha az sәrtlikli dolaqlar, sonra isә daha sәrt dolaqlar yaxınlaşacaq.
Şәkil . Yayların forması: a – silindrik eyni addımlı; b – silindrik dәyişkәn addımlı; c – konik; d – çәllәkşәkilli
Torsion (torsion – fransızcadan, burulma) yayın funksiyasını yerinә yetirәn burulmaya işlәyәn elastik mildir. Torsion yüksәk burulma gәrginliyinә vә böyük burulma bucağına (onlarla dәrәcә) imkan verәn, termiki emal olunmuş poladdan hazırlanır. O bütöv dairәvi en kәsikli vә ya hissәlәrdәn – dairәvi millәrdәn vә ya düzbucaqlı lövhәlәrdәn ibarәt ola bilәr.