MergedFile


Pnevmatik elastik elementlәrdә



Yüklə 1,03 Mb.
səhifə29/32
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#109455
1   ...   24   25   26   27   28   29   30   31   32
Pnevmatik elastik elementlәrdә (pnevmoyastıqlarda) sıxılmış havanın elastik xüsusiyyәti istifadә edilir. Elastik element armaturlaşdırılmış rezindәn balon şәklindә hazırlanır vә xüsusi kompressordan verilәn sıxılmış hava ilә doldurulur. Pnevmoyastıqların forması müxtәlif ola bilәr. Qolçaq tipli (şәkil 96, a) vә balon tipli pnevmoyastıqlar (şәkil , b) geniş yayılmışdır.



Şәkil . Qolçaq (a) vә balon (b) tipli pnevmoyastıqların quruluşu: 1 – bәrkitmә sancağı; 2 – kombinә edilmiş sancaq (bәrkidilmә vә havanın verilmәsi); 3 – yivli taxma; 4 – hava verimi deşiyi; 5 – qapaq (üst vә alt); 6 – rezin kordlu örtük; 7 – porşen (stәkan); 8 – porşenin bәrkidilmә boltu; 9 – tarımlaşdırıcı halqa

Balon tipli pnevmoyastığın quruluşu şәkil 1, b-dә verilib. Balon tipli pnevmoyastığın örtüyü 6 bir neçә lay rezinlәnmiş kord parçasından (karkasdan), daxili hermetiklәşdirici vә xarici qoruyucu rezin layından ibarәtdir. Örtük üst vә alt qapaqlarda 5 fiksә olunub. Havanın verilmәsi üçün 4, hәmçinin dә pnevmoyastıqların bәrkidilmәsi üçün 3 qapaqlarda yivli oyuqlar açılır. Pnevmoyastığın ortasında tarımlaşdırıcı halqa 9 var. Pnevmoyastıqların bәzi tiplәrindә quraşdırılmış rezin dayandırıcı olur. Parçanın materialı kimi adәtәn poliamid lif (neylon, kapron) istifadә edilir. Çox hallarda kordun laylarının sayı 2 – 4 olur. Hәm natural kauçuk әsaslı, hәm dә sintetik rezin istifadә olunur. Rezinin daxili layı hәm hava keçirmәyәn, hәm dә yağadavamlı olmalıdır. Xarici lay yağların, benzinin, günәş şüalarının, ozonun tәsirinә yaxşı müqavimәt göstәrmәlidir. Xarici laylar üçün tez-tez neopren istifadә olunur. Örtüyün ümumi qalınlığı adәtәn 3 – 5 mm tәşkil edir.




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin