MəRKƏZİ Əlyazması hüququnda Ağayev Orxan İlham oğlu


- stratalar daxili vahidlərin maksimal yekcinsliyi



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix01.12.2023
ölçüsü1,84 Mb.
#136913
1   ...   6   7   8   9   10   11   12   13   ...   32
A-AYEV-ORXAN-LHAM-O-LU

 
- stratalar daxili vahidlərin maksimal yekcinsliyi.
 


33 
Bu seçmənin digər seçmə üsulları ilə müqayisədə əsas üstünlüyü ondan ibarətdir 
ki,burada 
reprezentativlik 
xətasının 
qiyməti 
xeyli 
dərəcədə 
az 
olur.
Stratalaşdırılmış seçmənin 3 növü vardır: 
 
1) proporsional seçmə - seçmənin məcmunun quruluşu baş məcmunun quruluşuna 
proporsionaldir.
 
2) bərabər seçmə - təbəqələr üzrə seçmə məcmusunun vahidlərinin bərabər 
yerləşdirilməsidır
 
3) optimal seçmə - hər bir təbəqə üzrə dispersiyanin qiymətinə proporsional olan 
hissələrin seçimidir.
 
Proporsional seçmənin əhəmiyyəti ondan ibarətdir ki, seçmə məcmusunda baş 
məcmuda olduğu kimi stratalar arasi nisbətlər qorunub saxlanır. Məsələn, əgər 10%-li 
seçmə aparılarsa, onda hər bir stratada seçmə 10%-li olmalidir.Hər tip üzrə bərabər 
həcmli seçmə, yəni seçmə vahidlərinin bərabər yerləşməsinə misal göstərək. Məsələn, 
seçmənin ümumi həcmi 3600 vahiddirsə və baş məcmu 8 təbəqəyə (tipə) bölübsə, 
onda hər tipdə seçmənin həcmi 450 vahid təşkil etməlidir. Baş məcmuda təbəqələrdə 
vahidlərin sayinin differensiyasi zamani bərabər yerləşmə üstünlük təşkil edir. 
 
Optimal seçməyə Neyman metodu da deyilirr.Belə ki, bu üsul ilk dəfə Neyman 
tərəfindən irəli sürülüb. Optimal seçmənin nəzəri əsasini araşdiraq. Baş məcmu 
yekcins olmadıqda reprezentativlik xətası daha böyük qiymət alir. Beləliklə, 
reprezentativ xətanin qiymətinin stratalar üzrə hamarlaşdirilmasi üçün seçmə 
məcmusunun tərkibində dispersiyasi yüksək olan strataların həcmini artırmaq 
lazimdir. Lakin bu növ seçmənin tətbiqi bəzən layihələşdirmə mərhələsində hər bir 
strata üzrə dispersiya haqqinda məlumatin məlumatin olmamasi üzündən mümkün 
olmur. Yalniz müayinə aparildiqdan sonra optimal seçmənin tətbiqinin nə dərəcədə 
məqsədəuyğun olduğunu söyləmək olar.
 
Stratalaşdirilmiş seçmədə hansının seçilməsi üçün əvvəlcədən hesablamalar 
aparılır və hansı ölçüdə seçmə məlumatlarının dəqiqliyinin artmasının baş verməsi 
məsələsi müəyyən edilir.


34 
Tipik seçmə bir çox hallarda bir neçə mərhələdən (pillədən)keçir. Lakin 
mərhələdə seçmənin öz vahidi olur. Buna çoxpilləli seçmə deyilir. Deyilənləri 
sənayenin müxtəlif sahələrində çalışan işçilərin ev təsərrüfatları büdcələrinin seçmə 
üsulu ilə statistik öyrənilməsi misalında izah edək.Əvvəlcə öyrənməyə cəlb olunan ev 
təsərrüfatlarının sənayenin müxtəlif sahələri arasında bölüşdürülür.Bu seçmənin 
birinci mərhələsidir. Bu mərhələdə müxtəlif sənaye sahələrinin təmsil olunması təmin 
edilir. Burada seçmə vahidi sənayenin ayrı – ayrı sahələridir. Sonra sənayenin hər 
bir sahəsində müəssisələr seçilir. Bu seçmənin ikinci mərhələsidir. Bundan sonra hər 
müəssisədə çalışan işçilərin ümumi sayından tədqiqata cəlb olunan işçilərin sayı 
müəyyən edilir və i.a. Bu seçmənin növbəti mərhələsidir. Bu proses tədqiqatın 
məqsədindən asılı olaraq davam etdirilir və işçilərin ailə büdcəsi tədqiq olunur. 
Bununla da iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin həyat tərzinə 
xarakteristika vermək olar. 
Kiçik müəssisələr əsasən çoxpilləli tipik seçmə əsasında müşahidəyə cəlb 
edilir.
Seryalı seçmə

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin