52
yekunların baş məcmuya şamil edilməsi proseslərini proqram təminatı əsasında yerinə
yetirir.
Hər bir bölgə üzrə fiziki şəxslərin seçmə kataloqunu hazırlayarkən əvvəlcə
fiziki şəxslərin Dövlət reyestr üzrə siyahısı iqtisadi fəaliyyət növlərinin təsnifatı üzrə 45,
46, 47 kodları üzrə qruplaşdırılır.(20)
Sonra bu qruplar üzrə mexaniki üsulla seçmə
aparılır və hər on fiziki şəxdən biri seçilərək seçmə reyestrə daxil edilir. Əgər hər
hansı qrupda fiziki şəxslərin sayı ondan azdırsa, bu zaman yenədə həmin fiziki
şəxslərdən biri mütləq seçilir və ona görə də ümumi seçmənin xüsusi çəkisi 10 % -
dən çox olur. Dövlət reyestr üzrə fərdi sahibkarların sayını seçmə reyestr üzrə fərdi
sahibkarların sayına bölməklə, hər bir bölgə üzrə seçmə əmsalları hesablanır. Seçmə
məcmu üzrə əldə edilmiş yekunları bütün fərdi sahibkarlara şamil edərkən hər bir ilkin
hesabat üzrə göstəricilər müvafiq seçmə əmsalına vurulur və cəmlənir.Beləliklə,
respublika üzrə yekun göstəricilər hesablanır.
2008 – 2015 –ci ildə Azərbaycan Respublikasının regionları üzrə kiçik
müəssisələrin pərakəndə ticarət dövriyyəsinin dinamikası aşagıdakı kimi
olmuşdur:(31)
Dostları ilə paylaş: