35
edilmiş statistika məlumatlarında da müəyyən səhvlərə və xətalara rast gəlmək olar.
Statistika müşahidəsi nəticəsində əldə edilmiş kəmiyyətlə öyrənilən hadisənin həqiqi
qiyməti arasında yaranmış fərq statistika müşahidəsinin səhvi və ya xətası adlanır.
Müşahidənin səhvi mənşəyinə və xarakterinə görə müxtəlif olur. Bu səhvlər
müşahidə vahidlərini
tam əhatə etmədikdə, qeydiyyatı pis apardıqda və ya heç
aparmadıqda, məlumatları qəsdən təhrif etdikdə və sair hallarda baş verir.
Statistika müşahidəsinin səhvi yaranma mənbəyinə
və səhvlərin mahiyyətinə
görə müxtəlif olur. Müşahidənin səhvini adətən qeydiyyat və reprezentativ səhvlərə
ayırırlar. Bu səhvlərin hər biri müntəzəm və təsadüfi səhvlərə ayrılır. Qeydiyyat səhvi
faktların düzgün müəyyən edilməməsi və ya düzgün qeydə alınmaması
nəticəsində
baş verir. Belə səhvlərə müşahidənin bütün formalarında rast gəlmək mümkündür.
Təsadüfi qeydiyyat xətası müxtəlif təsadüfi səbəblər (məsələn, qeydiyyatçının faktları
düzgün dərk etməməsi və yaxud rəqəmləri təsadüfən səhv yazması nəticəsində) baş
verirBelə səhvlər kütləvi müşahidələr zamanı böyük ədədlər qanununun təsiri ilə
əsasən dəf edilir və müşahidənin nəticəsinə ciddi təsir etmir.
Müntəzəm qeyd
səhvləri ölçü vahidlərinin
Dostları ilə paylaş: