Mirzə Ələkbər
Millət necə tarac olur-olsun, nə işim var?! Qoy mən tox olum, özgələr ilə nədi karım?! Dünyavü cahan ac olur-olsun, nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək-tək ayılan varsa da, həq dadıma çatsın, Mən salim olum, cümlə cahan batsa da, batsın; Millət necə tarac olur-olsun, nə işim var?! Düşmənlərə möhtac olur-olsun, nə işim var?!..
Bu çərxi-fələk tərsinə dövran edir imdi, Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə də özünü daxili insan edir imdi. Olmaz ki, hər əmrə dəxalət edə fəhlə, Dövlətli olan yerdə cəsarət edə fəhlə, Yainki hüquq üstə ədavət edə fəhlə... Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə də özünü daxili insan edir imdi. Fəhlə, mənə bir söylə, nədən hörmətin olsun? Axır nə səbəb söz deməyə qüdrətin olsun? Əl çək, bala, dövlətlilərə xidmətin olsun, Az-çox sənə verdiklərinə minnətin olsun!.. Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fəhlə də özünü daxili insan edir imdi...
Ax,bu uşaqlar necə bədzatdılar! Ax,bu uşaqlar necə bədzatdılar! Lap deyəsən cin kimi bir zatdılar! Bic-vələdüznalərə söz batmayır, Min də nağıl aç, birin aldatmayır, Keçdi gecə, mətləbə əl çatmayır, Nəşəmizə yaxşı xələl qatdılar! Ax,bu uşaqlar necə bədzatdılar! Hey yazıq arvad işi samanlayır, Gəh Fatını, gəh Sadığı yanlayır, Zeydi söyür, Kamiləni danlayır, Körpə deyil, hər biri söz anlayır, Əsl həqiqətdə də bədzatdılar! Lap deyəsən cin kimi bir zatdılar!..
Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş! Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! Ağrısını aldığım Feyz gəlir lap piyan, Çatcaq urub bir qoca saili, qusdurdu qan, Gözlərinə döndüyüm sanki bir aslan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! Sən öləsən, qoy hələ olsun əməlli cəvan, Bir qoçu olsun bu kim, aləmə salsın fəğan, Hər kəs ona söyləsin: Rüstəmi-dastan imiş! Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Məzlumluq edib başlama fəryadə, əkinçi! Məzlumluq edib başlama fəryadə, əkinçi! Qoyma özünü tülkülüyə, adə, əkinçi! Bir üzrlə hər gündə gəlib durma qapımda, Yalvarma mənə, boynunu kəc vurma qapımda, Gahi başına,gah döşünə vurma qapımda, Ləğv olma, ədəb gözlə bu məvadə,əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qara yel çəltiyə, bostanə, nə borcum? Lağ-lağ danışıb başlama fəryadə, əkinçi?..
Mən belə əsrarı qana bilmirəm, Qanmaz olub da dayana bilmirəm. Neyləməli, göz görür, ağlım kəsir, Mən günəşi göydə dana bilmirəm. Derlər usan, hərzəvü hədyan demə, Güc gətirir dərd, usana bilmirəm!
Dostları ilə paylaş: |