Məşhur tarixi nəzəriyyəyə əsasən, köləlik sinifsiz cəmiyyətə doğru yolda bəşəriyyətin inkişafının labüd mərhələləri olan feodalizmdən və kapitalizmdən qabaq mövcud olub
Məşhur tarixi nəzəriyyəyə əsasən, köləlik sinifsiz cəmiyyətə doğru yolda bəşəriyyətin inkişafının labüd mərhələləri olan feodalizmdən və kapitalizmdən qabaq mövcud olub. Bununla həm razılaşmaq, həm də razılaşmamaq olar, lakin hüquq institutu və praktikası kimi köləlik bu gün hamılıqla pislənir.
Avropa Şurasının üzvü olan dövlətlər onu, hər halda öz ölkələrinin ərazisində çoxdan ləğv ediblər.Amerikada vətəndaş müharibəsi göstərdi ki, onların indi və keçmiş müstəmləkələrində inkişaf prosesi birmənalı olmayıb.İnsan hüquqları problemlərinə aid ilk beynəlxalq sənədlər hələ 19-cu yüzilliyin əvvəllərində meydana çıxıb və onlardan biri köləliyə aid olub.Kölələri dərhal azad etmək mümkün olmadığına görə, ilk addım kölə ticarətinin ləğvi olub.1815-ci ildən- 1880-ci ilədək olan dövrdə bir sıra ikitərəfli müqavilələr bağlanıb.Sonralar Millətlər Liqasının 22-ci maddəsilə təsis edilən mandat altında olma sistemi çərçivəsində bəyan edildi ki, mandat altında olan ərazilərdə xalqların rifahı və inkişafı "sivilizasiyaya sarsılmaz inam formalaşdırmalıdır" və mandatı dövlətlər həmin əraziləri bu şərtlə idarə etməlidirlər ki, kölə ticarəti kimi sui-istifadə halları qadağan edilsin.
Millətlər Liqasınınhimayəsi altında bağlanan köləliyin və kölə ticarətinin qadağan edilməsi haqqında 1926-cı il tarixli Beynəlxalq Konvensiya insan hüquqları üzrə ilk əsl ümumdünya müqaviləsi sayılır. Qanunla qadağan olunan bu əməl 1956-cı il Konvensiyasında, sonradan isə 1998-ci il Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda bir daha təsbit edilmiş və inkişaf etdirilmişdir.Sonrakı mərhələdə İkinci Dünya müharibəsindən sonra İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin 4-cü maddəsində bəyan edilirdi ki: "Heç kim köləlikdə və ya asılı vəziyyətdə saxlana bilməz; köləliyin və kölə ticarətinin bütün növləri qadağan edilir".
Köləliyin və asılı vəziyyətdə olmanın qadağan edilməsinə gəldikdə, Mülki-Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 8-ci maddəsi Ümumi Bəyannamənin 4-cü maddəsindən yalnız onunla fərqlənir ki, orada bu məsələyə ayrıca iki bənd həsr olunub.8-ci maddənin üçüncü bəndi İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndinin formulunda olduğu kimi, məcburi və ya icbari əməyi eyni formullarla qadağan edir, eyni zamanda, hər iki maddədə məcburi və ya icbari əməyin qadağan edilməsinə dair bir sıra istisnalar vardır.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya köləliyə anlayış verməyərək, 4-cü maddədə köləliyin və asılı vəziyyətdə olmanın qadağan edilməsi haqqında normanı təkrar edir və "məcburi və ya icbari əməyin" elan edilməsi haqqında müddəanı ona əlavə edir.Hətta qadağan haqqında sonuncu müddəa Beynəlxalq Əmək Təşkilatının 1930-cu il Konvensiyasından götürülmüş formulda mövcud idi.
Bu anlayışlar arasında oxşarlığa baxmayaraq, fərqləri də müəyyən etmək olar: köləlik insan üzərində xüsusi mülkiyyəti bildirir (Köləlik haqqında 1926-cı il Konvensiyasının verdiyi anlayış belədir: bu, "insanın elə vəziyyəti və ya halıdır ki, ona münasibətdə mülkiyyət hüququna xas olan bir neçə və ya bütün səlahiyyətlər həyata keçirilir").Asılı vəziyyətdə olma, yəni təhkimçilik, borc asılılığı, arvadları əmlak kimi köləliyə vermək və s.başqalarının əməyinin istismarına nisbətən az ekstremal formasıdır.
Belə adətlər Konvensiyanın iştirakçısı olan dövlətlərin yurisdiksiyası çərçivəsində daha mövcud deyil və ya hər halda açıq şəkildə mövcud deyil.Muzdla işə götürmə və ya övladlığa götürmə adı altında uşaqların satılmasını, yəqin ki, fərqləndirmək olar və bu hallar sözügedən qadağanların qüvvəsi altına düşə bilər.Asılı vəziyyətdə olma elə ümumi əmək şəraitindən xəbər verir ki, insan onlardan qurtula bilmir və ya onları ləğv edə bilmir.Asılı vəziyyətdə olma anlayışına daha sonra tərif verilmir və mətndə bu anlayışla məcburi əmək anlayışı arasında fərq izah edilmir.
Van Droogenberkin işi üzrəməruzəsində Komissiya bunu aşağıdakı kimi səciyyələndirdi: "...başqa şəxsə müəyyən xidmətlər göstərmək öhdəliyindən savayı, asılı vəziyyətdə olma anlayışı "təhkimli"nin başqasının mülkündə yaşamaq və bu vəziyyəti dəyişdirməklə öhdəliyini ehtiva edir".
Bu məsələ ilə bağlı Komissiya, məsələn, köləliyin, kölə ticarətinin və köləliyə oxşar olan institutların və adətlərin ləğvi haqqında 30 aprel 1956-cı il tarixli Əlavə Konvensiyanın 1-ci maddəsinə istinad edib.
Köləlik və asılı vəziyyətdə olma.
4-cü maddənin 1-ci bəndində deyilir:
Heç kəs köləlikdə və ya əsarət altında saxlanmamalıdır.
4-cü maddənin 1-ci bəndinə, əsas etibarilə həbsdə olan şəxslər, həbsdə olduqları müddətdə işləmək vəzifəsilə bağlı istinad edirlər.Bu cür hallarda Komissiya belə fikirdə olub ki, "köləlik"və ya "əsarət altında olma" termini, dünya ölkələrinin çoxunda, bir qayda olaraq, məhkumların olduqları situasiyaya tətbiq edilmir və bu, "məcburi və ya icbari əməyin" qadağan edilməsikontekstində Konvensiya tərəfindən, 4-cü maddənin 3-cü bəndinin "a" yarımbəndinə uyğun olaraq, dəqiq təsdiq olunur.
Yuxarıda adı çəkilən Van Droogenberkin işində ərizəçi iddia edirdi ki, residivist kimi hökumətin sərəncamına verilməsi faktı onu asılı vəziyyətə gətirib çıxardı, çünki o, cərimə koloniyasında saxlanılırdı, orada işləməyə borclu idi və icazəsiz oradan gedə bilməzdi; icazəni isə müdiriyyət öz mülahizəsinə görə verirdi.
Komissiya və Məhkəmə belə fikir söylədilər ki, burada söhbət asılı vəziyyətdə olmaqdan getmir, çünki görülən tədbir müəyyən müddətlə məhdudlaşırdı. Ona yenidən baxıla bilərdi və o, cinayət araşdırmasından sonra məhkəmənin qərarilə qəbul edilmişdi və beləliklə də, həmin tədbir sözügedən şəxsin hüquqi statusuna təsir göstərmirdi.3435-3438/67 №-li ərizələrin qəbul edilməsi barədə qərarda da analoji nəticələr çıxarıldı, bu ərizələrdə 15-16 yaşlarında doqquz illiyə hərbi-dəniz qüvvələrində qulluğa daxil olmuş dörd gənc bildirirdilər ki, onların tərxis olunmaq imkanına malik olmayaraq həyata keçirməli olduqları qulluq asılı vəziyyətdə olmalıdır.
Komissiya müəyyən etdi ki, onların həyata keçirdikləri qulluq 4-cü maddənin 3-cü bəndinə əsasən, "məcburi və ya icbari əməyin" qadağan edilməsi haqqında müddəadan istisna təşkil edir.Komissiya daha sonra qeyd etdi ki, hərbi qulluğu "məcburi və ya icbari əmək" termininin tətbiq dairəsindən dəqiq şəkildə xaric edən müddəa bu cür qulluğu, bütün hallarda məcburi qaydada "köləliyə və ya asılı vəziyyətdə olmağa" qarşı yönələn qadağanın işığında baxılmaqdan azad etmir.Bununla belə, o, ərizəçilərin şikayətini belə bir əsasa görə rədd etdi ki, müvafiq hüquq yetkinlik yaşına çatmayanların valideynlərinin razılığını tələb edir və bu cür razılıq, həqiqətən verilmişdi.