Metalkəsən dəzgahlar.
Metalkəsən dəzgahların təsnifatı.
Müasir maşın və cihazların texniki-istismar xarakteristiklarına, dəqiq və etibarlı işləmələrinə olduqca yüksək tələbat verilir. Bu göstəricilər maşın və cihaz detallarının emal olunmuş səthləri ölçülərinin yüksək dəqiqliyə malik olması və keyfiyyəti ilə təmin edilir. Bu baxımdan, yüksək keyfiyyətli pəstahlar istehsalı texnologiyasında müəyyən naliyyətlər əldə edilməsinə baxmayaraq maşınqayırmada kəsmə ilə emalın roluna və metalkəsən dəzgahların əhəmiyyətinə xüsusi diqqət yetirilməsinə tələbat daim artır.
Müasir metalkəsən dəzgahlar müxtəlif və təkmilləşdirilmiş işlək maşınlardır. Bunlarda mexaniki, elektrik və hidravlik üsullardan istifadə edilməklə hərəkətlər və iş tsikli idarə olunur. Həmin maşınlarda çox mürəkkəb texnoloji proseslər yerinə yetirilir. Dəzgahqayırmanın nailiyyətli inkişafı sənayemizin bütün sahələrini yüksək məhsuldarlığı və yüksək keyfiyyətli dəzgahlarla təmin etməyə imkan verir. Bu dəzgahlardan əksəriyyəti dünya standartları tələblərinin ödəyir.
Ölkəmizdə metalkəsən dəzgahların təsnifatı pəstah emalının texnoloji üsulundan asılı olaraq aparılır. Texnoloji emal üsuluna görə təsnifat kəsici alətin növü, emal ediləcək səthlətin xüsusiyyətləri və emal sxemi kimi əlamətlərə uyğun olaraq aparılır. Dəzgahlar tokar, deşmə, düzyonma, frezerləmə, cilalama, dişaçma, çatdırma, pardaqlama və s. dəzgahlarına ayrılır.
Əlamətlərinin kompleksinə görə təsnifat dəzgahların şərti işarələrinin Ümümdövlət Vahidlər sistemində daha dolğun göstərilmişdir. Bu, onluq sisteminə görə düzəldilmişdir; bütün metalkəsən dəzgahlar ON qrupa, hər bir qrup ON tipə, tip isə ON tip-ölçüyə bölünmüşdür. Qrupda dəzgahlar texnoloji emal üsulunun eyniliyi və ya təyinatının yaxınlığı baxımından (Məsələn, deşmə və içyonma) birləşdirilmişdir. Dəzgahların tiplərini bu əlamətlər xarakterizə edir; onların təyinatı, universallıq dərəcəsi, baş işlək orqanların sayı, konstruktiv xüsusiyyətləri. Tipin daxilində dəzgahlar texniki xarakteristikalarına görə fərqlənir.
Göstərilən təsnifata uyğun olaraq hər bir dəzgaha müəyyən şifr verilir. Şifrin birinci rəqəmi dəzgahların qrupunu, ikinci rəqəmi tipini, üçüncü rəqəmləri isə dəzgahların şərti ölçüsünü göstərir. İkinci və ya üçüncü yerdəki şifr eyni tip-ölçülü, lakin müxtəlif texniki xarakteristikaları dəzgahları fərqləndirməyə imkan verir. Şifrin axırındakı hərf bir baza modelindən olan dəzgahların modifikasiyasının müxtəlifliyini göstərir. Məsələn; 2N135 şifri ilə şaquli deşmə dəzgahları işarə edilir; (qrup 2, tip 1) , modernləşdirilmiş (N)-ən böyük şərti deşmə diametri 35 mm-ə bərabərdir.
Universallıq dərəcəsinə görə dəzgahlar universal, geniş təyinatlı, spesifik və xüsusi olmaqla 4 qrupa bölünür:
1. Universal metalkəsən dəzgahlar müxtəlif forma və ölçülərə, habelə geniş nomenklaturaya malik detalları emal etmək üçün tətbiq olunur.
2. Geniş təyinatlı dəzgahlar müxtəlif adlı detallar üzərində eyni, yaxud oxşar əməliyyat apardıqda tətbiq edilir.
3. Spesifik dəzgahlar eyni adlı, yaxud konstruksiya cəhətdən bir-birinə oxşar, lakin ölçülərinə görə fərqlənən detalların emalına tətbiq edilir.
4. Xüsusi dəzgahlar, başlıca olaraq, müəyyən bir detalı emal etmək, yaxud müxtəlif detallara müəyyən əməliyyatı yerinə yetirmək məqsədinə tətbiq edilir.
Avtomatlaşma dərəcəsinə görə dəzgahlar avtomatik, proqramla idarə olunan və yarımavtomatik olmaqla üç qrupa ayrılır. Bu dəzgahlara konstruksiya xüsusiyyətlərindən asılı olaraq əməliyyatlar qismən və ya tam avtomatlaşdırılır.
Dəqiqlik dərəcəsinə görə tətbiq olunan dəzgahlar normal (H) , çoxaldılmış (Ç), yüksək (V), xüsusi yüksək dəqiqlikli (A) və xüsusi dəqiq dəzgahlar (S) kimi fərqlənir.
Dəqiqlik çox yüksək olan detallar alınmasına üçün tətbiq edilən dəzgahlara presezion (ifrat dəqiq) da deyilir.
Konstruksiya xüsusiyyətlərinə görə üfü qi, şaquli, karusel və baraban dəzgah tipləri mövcuddur.
Şpindellərin sayına görə dəzgahlar birşpindelli və çoxşpindelli olur. Metalkəsən dəzgahlar supportların sayına görə birsupportlu və çoxsupportlu dəzgahlara ayrılır. Metalkəsən dəzgahlar ağır və yüngül olmaları ilə də fərqlənir. Yüngül dəzgahların kütləsi 10 T-dək, ağır dəzgahlarınkı isə 10 T-dan artıq olur.
Dostları ilə paylaş: |