Kim? Harada? Nə vaxt?
İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən hazırlanan və idarə edilən layihə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı, Qida və Meşə Siyasəti Nazirliyi, Təhsil Nazirliyi , Mədəniyyət və Turizm Nazirliyi daxil olmaqla işçi qrupu çərçivəsində hazırlanmışdır. Layihədə eyni zamanda İtalyan mətbəxini və İtaliyanı təmsil edən bütün əsas orqanlar, birliklər və qurumlar: İtalyanın Bölgələri, ICE Agentliyi, ENIT Agentliyi, universitetlər, Ticarət Palataları, aşpazlıq məktəbləri, sertifikataşdırılmış İtalyan restoran şəbəkələri və qida və şərab sektorundakı operatorlar iştirak edir.
Təxminən 300-ə yaxın diplomatik-konsulluq şəbəkəsi, İtalyan Mədəniyyət Qurumları və İtaliya Ticarət Agentlikləri tərəfindən planlaşdırılan 1000-dən çox fəaliyyət, YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Aralıq dənizi pəhrizi vasitəsilə sağlam həyat tərzini təşviq etmək və İtalyan kulinariya ənənəsini qorumaq məqsədi ilə geniş şəkildə təşəbbüsün bütün coğrafi bölgələri əhatə etməsinə imkan yaradır.
Təşəbbüs, dövlət və özəl sektorları ölkəmizin vahid təşviqat fəaliyyətinə fəal cəlb etmək məqsədi ilə İtaliya hökumətinin başlatdığı “Vivere ALL’Italiana”, yəni "İtalyansayağı yaşamaq" planının bir hissəsidir.
Bakıda
Bakı ictimaiyyəti, İtalyan mətbəxi həftəsinin ilk üç buraxılışına həvəslə reaksiya göstərərək, onu İtaliyanın həyat tərzi və mədəniyyətinin təbliğində ilin əsas tədbirlərindən birinə çevirməyə kömək etdi.
Bu il “Vivere ALL’Italiana”, yəni "İtalyansayağı yaşamaq " adı altında tam bir şəkildə təqdimat edəcəyik. İtaliya Respublikasının Bakıdakı Səfirliyi və İtaliya Ticarət Agentliyi tərəfindən təşkil edilən şam yeməkləri, dequstasiyalar, yemək hazırlama şouları və seminarlardan ibarət zəngin və çeşidli tədbirlər sayəsində saysız-hesabsız italyan ləzzətləri, bölgələrimizin dəyərli ənənələri və bəzi məşhur aşpazlarımızın öz qastronomik yenilikləri ilə bizimlə birlikdə qeyri-adi bir macəra yaşayacaqsınız.
Qida təlimi mövzusu qida təhlükəsizliyi, kənd təsərrüfatı ilə ətraf mühitin qorunması arasındakı əlaqə, sağlam qida mədəniyyətinin həyati əhəmiyyəti, ixtisaslaşmış və keyfiyyətli məhsul istehsal etməklə yerli iqtisadiyyatları gücləndirmək kimi qlobal problemləri araşdırmağa imkan verəcəkdir. Həftə İtaliya ilə Azərbaycan arasında körpülər quracaq: ən yaxşı Azərbaycan məhsulları İtalyan kulinariya ənənələrini zənginləşdirəcək, xüsusi tədbirlər ümumi məsələləri işıqlandıracaq və dövlət siyasəti sahəsində həll yollarını təklif edəcəkdir.
Azərbaycanlı mütəxəssislər və qida həvəskarları məşhur İtalyan aşpazlarının işlərini və bizim yüksək keyfiyyətli markaların məhsullarını kəşf edib zövq ala biləcəklər. Moda nümayişi və musiqi bu mənzərəni tamamlayaraq İtalyan Mətbəxi Həftəsini İtalyan həyat tərzinə həsr edilmiş və Azərbaycanda indiyə qədər keçirilmiş ən sensasiyalı tədbirə çevirəcək.
İtaliyanın Bakıdakı Səfirliyi və Bakıdakı İtaliya Ticarət Agentliyi Expo Milano 2015 üçün inşa edilən və mətbuata təqdim edilməsi üçün Bakıya gətirilən pavilyon olan Expo Cafe-də 12 Noyabr 17: 30-da mətbuat konfransı təşkil edərək çoxsaylı fəaliyyətlər haqqında məlumat verəcək.
Bakının bir neçə ən yaxşı restoranlarına dəvət etdiyimiz məşhur aşpazlar arasında Anna Maria Palma, Nikola Batavia və Stefano Boselli var və həftənin xüsusi qonağı dünyaca məşhur aşpaz Carlo Craccodur.
Tədbirlər proqramına, həmçinin Bakının əsas supermarketlərində (Port Baku Bazar, Bravo və Bazar Store) dequstasiya və yemək hazırlama şouları, qida təhlükəsizliyi və kənd təsərrüfatı, ətraf mühitin qorunması və inkişafı arasındakı əlaqəyə həsr olunmuş seminar və bu təşəbbüsə qoşulan restoranlar tərəfindən təklif olunan geniş çeşidli menyular daxildir (Baccanale, Da Massimo, Oronero. Scalini, Tosca və Zafferano)
Dostları ilə paylaş: |